Özbəkistanla iqtisadi əlaqələr genişlənir - FOTO

Özbəkistanla iqtisadi əlaqələr genişlənir - FOTOİqtisadiyyat naziri Mikayıl Cabbarovun Şuşada Özbəkistanın investisiyalar, sənaye və ticarət naziri Ləziz Kudratovla görüşü zamanı iqtisadi tərəfdaşlığın müxtəlif istiqamətlər üzrə gücləndirilməsi barədə müzakirə aparılıb, birgə hökumətlərarası komissiyanın 12-ci iclası çərçivəsində bir sıra sənədlər imzalanıb.
Bu barədə İqtisadiyyat Nazirliyi məlumat yayıb.
Bildirilib ki, görüşdə dost Özbəkistanla ikitərəfli əlaqələrin inkişafında dövlət başçılarımızın siyasi iradəsinin, yüksəksəviyyəli səfərlərin, keçirilən görüş və tədbirlərin xüsusi rolu vurğulanıb. Qeyd olunub ki, iqtisadi əlaqələrin inkişafında mühüm platforma olan Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın fəaliyyəti qarşılıqlı səylərlə daha da aktivləşdirilib.
Görüşdə Azərbaycanın əlverişli biznes və investisiya mühiti, azad edilmiş ərazilərimizdə həyata keçirilən yenidənqurma və bərpa, həmçinin, biznesin dirçəldilməsi işləri, sərmayədarlar üçün yaradılan imkanlar barədə məlumat verilib, özbəkistanlı investorlar ölkəmizdə yaradılan işgüzar mühitdən yararlanmağa dəvət ediliblər.
Tərəflər iqtisadi tərəfdaşlığın müxtəlif istiqamətlər üzrə gücləndirilməsi və qarşılıqlı maraq doğuran digər məsələlər barədə müzakirə aparıblar.
Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın 12-ci iclasında iqtisadiyyat naziri, hökumətlərarası komissiyanın həmsədri Mikayıl Cabbarov tədbirin Şuşada təşkil olunmuş ilk hökumətlərarası komissiya iclası olduğunu vurğulayıb və Özbəkistandan olan dostlarla birgə keçirilməsindən məmnunluğunu ifadə edib. Azərbaycanın iqtisadiyyat naziri xalqlarımızı və ölkələrimizi dostluq münasibətləri, ortaq tarix, kök, ənənələr və mədəniyyətin birləşdirdiyini qeyd edib, əlaqələrin genişləndirilməsi məqsədilə reallaşdırılan tədbirlərin önəmini diqqətə çatdırıb. Bildirilib ki, Özbəkistanla qarşılıqlı faydalı əlaqələr yüksələn xətlə inkişaf edir.
Azərbaycan-Özbəkistan iqtisadi əlaqələri barədə məlumat verən iqtisadiyyat naziri qeyd edib ki, iqtisadi-ticari, investisiya tərəfdaşlığımız genişlənir. Azərbaycan-Özbəkistan İnvestisiya Fondunun yaradılması da investisiya əməkdaşlığının, işgüzar dairələr arasında dialoqun inkişafına yeni təkan verəcək. Bundan başqa, enerji, regionlararası əməkdaşlıq, sənaye, xüsusilə avtomobil sənayesi, tekstil, kənd təsərrüfatı, nəqliyyat-tranzit, səhiyyə, turizm, humanitar və digər sahələr üzrə əlaqələrin inkişafı iqtisadi əməkdaşlığımızın gündəliyində olan məsələlərdəndir.
İclasda Azərbaycanda əlverişli biznes mühiti, iqtisadi fəallığın artırılması yönündə tətbiq edilən mexanizmlər, azad olunmuş ərazilərimizdə həyata keçirilən reinteqrasiya tədbirləri barədə məlumat verilib, Özbəkistan tərəfindən Füzulidə 960 şagird yerlik məktəb binasının tikildiyi vurğulanıb, Qarabağın bərpasında iştirak etdiyinə görə qardaş ölkəyə minnətdarlıq ifadə olunub.
Özbəkistanın investisiyalar, sənaye və ticarət naziri Ləziz Kudratov hökumətlərarası komissiyanın Şuşada təşkilindən məmnunluğunu ifadə edib, Qarabağ və Şərqi Zəngəzurda aparılan yenidənqurma işlərinin yüksək qiymətləndirildiyini qeyd edib. Bildirilib ki, Özbəkistan işğaldan azad edilmiş ərazilərimizdə aparılan bərpa-quruculuq işlərinə töhfə verməyə daim hazırdır. Ləziz Kudratov ölkələrimiz arasında müxtəlif sahələrdə uğurlu tərəfdaşlıq əlaqələrini vurğulayıb, yeni əməkdaşlıq istiqamətləri, işgüzar münasibətlərin inkişafı və birgə layihələrin icrası barədə fikirlərini bölüşüb.
İclasda iqtisadi-ticarət əlaqələrinin şaxələndirilməsi, nəqliyyat-tranzit, sənaye, energetika, kənd təsərrüfatı, investisiya və digər sahələrdə tərəfdaşlıq münasibətlərinin inkişaf etdirilməsi barədə müzakirələr aparılıb.
İclasın sonunda Hökumətlərarası Komissiyanın həmsədrləri tərəfindən Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 12-ci iclasının yekunlarına dair Protokol imzalanıb. Sənədə əsasən, iqtisadi-ticarət, enerji, nəqliyyat, innovasiyalar və startaplar, səhiyyə, kənd təsərrüfatı, qida təhlükəsizliyi, su təsərrüfatı, turizm, humanitar və sosial sahələrdə əməkdaşlığın genişləndirilməsi nəzərdə tutulur.
Tədbirdə Azərbaycanın İqtisadiyyat Nazirliyi ilə Özbəkistanın Yenidənqurma və İnkişaf Fondu arasında Azərbaycan-Özbəkistan İnvestisiya Şirkətinin yaradılması haqqında saziş, həmçinin energetika sahəsində əməkdaşlığın genişləndirilməsinə dair sənədlər imzalanıb.
Özbəkistanla iqtisadi əlaqələr genişlənir - FOTOÖzbəkistanla iqtisadi əlaqələr genişlənir - FOTOÖzbəkistanla iqtisadi əlaqələr genişlənir - FOTOÖzbəkistanla iqtisadi əlaqələr genişlənir - FOTO/ azxeber.com

İqtisadiyyat       Tarix: 19 iyul 2023
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Quba Palace Hotel və Çin Qolf Assosiasiyası arasında əməkdaşlıq memorandumu imzalandı - FOTOLAR

Bu ilin 22–24 oktyabr tarixlərində Quba Palace Hotel-in nəzdində fəaliyyət göstərən Azərbaycan Milli Qolf Klubunda TURAN CUP silsiləsindən olan növbəti beynəlxalq qolf turniri keçirilib. xəbər verir ki, TURAN CUP 2026 Beynəlxal

Qızıl və gümüş bahalaşdı

Nyu-York birjasında qızıl və gümüşün qiyməti artıb. COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 0.31% artaraq 4.190 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 0.08% bahalaşaraq 59.58 AB

Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin

Bakcell abunəçilərinə mobil xidmətlərdən daha rahat, çevik və rəqəmsal şəkildə yararlanmaq üçün eSIM həllini təqdim edir. Fiziki SIM karta alternativ olan bu texnologiya mobil xidmətlərdən istifadəni daha sadə və funksiona

Yelo Bank-da Süd Vəzi Xərçəngi Maarifləndirmə Ayına həsr olunmuş seminar keçirilib

Hər ilin oktyabr ayı bir çox ölkədə süd vəzi xərçəngi ilə bağlımaarifləndirmə kampaniyaları ilə yadda qalır. Bu təşəbbüsə qoşulan Yelo Bankxanım əməkdaşları üçün peşəkar mütəxəssisin iştirakı ilə seminar təşkil edib.Məqsə

Azərbaycanda gələn il bütün şəhər və rayonlar dövlət büdcəsindən vəsait almayacaq

Gələn il Azərbaycanda 67 şəhər və rayonun hamısı öz xərclərini ödəyə biləcək. "Report"a istinadən xəbər verir ki, bu, "2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsində öz əksini tapıb. Xatırlada

Yelo Bank-ın "Parlaq sahillər" aksiyası çərçivəsində Hövsan sahili tullantılardan təmizlənib - FOTOLAR

Sahil zolaqları təkcə istirahət məkanı deyil, həm də dənizin ekosistemini qoruyan təbii sərhəddir. Yerə atılan plastik və digər tullantılar zamanla dənizə düşərək canlı aləmə təsir göstərir, ona görə də sahillərin təmiz saxlanmas

"Cahan Şirkətlər Qrupu"nun "BE Group" şirkəti "BakuBuild" sərgisində böyük maraqla qarşılanıb - FOTOLAR

Ölkəiqtisadiyyatına töhfələri, sənaye və istehsal sahəsində həyata keçirdiyi layihələrləseçilən "Cahan Şirkətlər Qrupu" 14–16 oktyabr 2026-cı il tarixlərində"BakuBuild" beynəlxalq tikinti sərgisində təmsi

Qızıl və gümüş bahalaşdı

Nyu-York birjasında qızıl və gümüşün qiyməti artıb. COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 0.58% artaraq 4.031 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 0.68% bahalaşaraq 54.31 AB

Xəyal etdi, inandı, qazandı — "Sürətlə Yeni Mövsümə" lotereyasının 'Changan Q07' qalibi danışdı

və platformalarında keçirilən "Sürətlə Yeni Mövsümə" stimullaşdırıcı lotereyası bir-birindən dəyərli hədiyyələri ilə qazandırmağa davam edir. Kampaniyanın 4-cü tirajının qalibləri müəyyənləşib və ilk avtomobili


azerbaycan xeberleri son xeberler yeni xeberler zelzele valyuta mezennesi banklar son xəbər cebheden xeberler