Özümüz istehsal edirik, amma baha alırıq: Bazardakı qiymət sirri açıldı

Özümüz istehsal edirik, amma baha alırıq: Bazardakı qiymət sirri açıldıAzərbaycanda yerli istehsalın artırılması, fermerlərin dəstəklənməsi və idxaldan asılılığın azaldılması istiqamətində müxtəlif tədbirlər həyata keçirilir. Lakin bazarlarda bəzən maraqlı mənzərə ilə qarşılaşırıq. Bəzən ölkəmizdə yetişdirilən meyvə-tərəvəz eyni məhsulun xaricdən gətirilən növündən daha baha qiymətə təklif olunur.
Bəs öz torpağımızda yetişən məhsul niyə daha baha başa gəlir?
KONKRET.azxəbər verir ki, məsələ ilə bağlı "Yeni Sabah"a danışan iqtisadçı-ekspert Akif Nəsirli yerli kənd təsərrüfatı məhsullarının baha olmasının əsas səbəblərini açıqlayıb:
"Yerli kənd təsərrüfatı məhsullarının idxal olunan analoji məhsullardan baha olmasının əsas səbəbi istehsalın maya dəyəri, məhsuldarlıq və logistika xərcləri ilə bağlıdır. Azərbaycanda fermer təsərrüfatlarının əksəriyyətinin kiçik və pərakəndə olması istehsalın miqyasını məhdudlaşdırır. Nəticədə toxum, gübrə, yanacaq, suvarma və texnika xərcləri məhsulun hər kiloqramına daha çox düşür. Xarici ölkələrdə isə iri təsərrüfatlar və müasir texnologiyalar hesabına daha ucuz istehsal mümkün olur".
Ekspertin sözlərinə görə, qiymətlərin artmasında vasitəçilərin də payı var:
"Qiymət artımında vasitəçilərin də ciddi rolu var. Məhsul fermerdən tədarükçüyə, oradan topdansatış bazarına, daha sonra mağaza və marketlərə çatana qədər hər mərhələdə əlavə xərc və ticarət əlavəsi yaranır. Xüsusilə fermerin məhsulunu birbaşa satış şəbəkələrinə çıxarmaq imkanları məhdud olduqda bu fərq daha da artır.
Problemin həlli üçün ilk növbədə istehsal xərcləri azaldılmalı, məhsuldarlıq artırılmalı, fermerlərin kooperativlərdə birləşməsi təşviq edilməlidir. Müasir soyuducu anbarların və logistika mərkəzlərinin yaradılması da vacibdir. Bu, fermerin məhsulunu mövsüm vaxtı ucuz satmaq məcburiyyətini aradan qaldıra bilər.
Eyni zamanda, fermerlə istehlakçı arasında birbaşa satış imkanları genişləndirilməli, supermarketlərlə istehsalçılar arasında birbaşa müqavilələr təşviq olunmalıdır. Topdansatış və pərakəndə ticarətdə rəqabət gücləndirilməli, süni qiymət artımlarına nəzarət edilməlidir.
Əsas məqsəd fermerin qazancını azaltmaq deyil, məhsulun maya dəyərini və tarladan bazara qədər yaranan əlavə xərcləri aşağı salmaq olmalıdır. Yalnız bu halda yerli məhsul həm fermer üçün gəlirli, həm də istehlakçı üçün əlçatan ola bilər".

Sosial       Tarix: 26 noyabr 2026
f Paylaş

Oxşar xəbərlər

Gürcüstanda azərbaycanlı iş adamının avtomobili atəşə tutulub

Gürcüstanın Qardabani rayonunun Qaracalar kəndində silahlı insident baş verib. Azərbaycanlı iş adamı Duriç Hacıyevin avtomobili atəşə tutulub. Hadisə iş adamı azyaşlı övladları ilə birlikdə evə qayıdarkən baş verib. İnsiden

Bəzi ərazilərdə qaz olmayacaq

Sabah saat 10:00-dan işlər yekunlaşanadək Biləsuvar rayonunun bəzi ərazilərində qaz olmayacaq. xəbər verir ki, bu barədə Lənkəran Regional Qaz İstismarı İdarəsi məlumat yayıb. Bildirilib ki, təmir-quraşdırma işləri ilə əlaqəda

Natiq Cəfərli: "İnsanlar rüşvəti problemi həll olunsun deyə verir"

Deputat Siyavuş Novruzov Milli Məclisin plenar iclasında səsləndirdiyi "Məmura rüşvət təklif etməsən, haradan alacaq? Rüşvət təklif edən tərəfə düzgün yolu göstərməliyik ki, fərasətsiz, təhsili olmayan övladını hədiyyələ

Bu şəxslərə müjdə: Güzəştli kreditlər veriləcək

Azərbaycanda əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, təhsilə əlçatanlığın artırılması, əhalinin məşğulluğunun təmin olunması, eləcə də sahibkarlığın və kənd təsərrüfatının inkişafı məqsədilə dövlət tərəfində

Ankara məktəbi'nə yeni direktor təyin edildi

"Ankara məktəbi" məktəb-liseyinə yeni direktor təyin edilib. xəbər verir ki, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin sədri Eşqi Bağırov müvafiq təyinatla bağlı əmr imzalayıb. Bildirilib ki, əmrə əsasə

Azərbaycanda ən yüksək maaş verilən şəhər və rayonlar - SİYAHI

Azərbaycanda orta aylıq nominal əməkhaqqının ən yüksək olduğu şəhər və rayonların adları açıqlanıb. -a istinadən xəbər verir ki, bu ilin yanvar-sentyabr aylarında ölkə üzrə orta aylıq nominal əməkhaqqı 1 172,7 manat təşki

Qızılın qiyməti yenidən ucuzlaşdı

Əmtəə bazarlarında qızıl və gümüşün qiymətində ucuzlaşma qeydə alınıb. xəbər verir ki, Nyu-Yorkun "COMEX" əmtəə birjasında qızılın bir troya unsiyası üzrə 2026-cı ilin fevral fyuçerslərinin qiyməti 0,49% azalara

Paytaxtda tikinti aparılan binadan yıxılan şəxs öldü - FOTO

Bakıda ölümlə nəticələnən bədbəxt hadisə baş verib. Yurd.Media-ya istinadən xəbər verir ki, Elvin Zeynalov hündürlükdən yıxılaraq həyatını itirib. Hadisənin tikinti işlərinin aparıldığı binada baş verdiyi bildirilir. Faktl

Qızıl almaq istəyənlər bu fürsəti qaçırmasın

"Comex" birjasında 2026-cı ilin dekabr ayı üçün qızıl füçersləri 2025-ci ilin sentyabrından bəri ilk dəfə 3 550 dollardan aşağı düşüb. KONKRET.azxəbər verir ki, Bakı vaxtı ilə saat 06:12-də qızılın bir troya unsiyasını


son xeberler azerbaycan xeberleri yeni xeberler sonxeber az gunun xeberleri son.xeber cəbhədən şad xəbər