"Sədərək" və "Binə"də nə baş verir? – Narahatedici məqamlar üzə çıxdı

Son vaxtlar "Sədərək" və "Binə" ticarət mərkəzlərində alıcı qıtlığı, satışların azalması, sahibkarların ciddi çətinliklərlə üzləşməsi barədə fikirlər səslənir. Bir vaxtlar alış-verişin ən qaynar nöqtələri hesab olunan bu bazarlarda indi əvvəlki canlanmanın olmadığı bildirilir. Sahibkarlar müştəri azlığından, yüksək xərclərdən və vergilərdən şikayətlənir, alıcılar isə qiymətlərin baha olmasından narazıdır. Bu durğunluq təkcə "Sədərək" və "Binə" ilə məhdudlaşmır, digər ticarət sahələrində də satışların zəiflədiyi iddia olunur. 
Azərbaycanda ticarət niyə bu vəziyyətə düşüb? Baş verənlərlə bağlı dövlət səviyyəsində hər hansısa tədbir görülə bilərmi? Bu, vətəndaşa necə təsir edəcək?
KONKRET.az xəbər verir ki, globalinfo.az-a danışan iqtisadçı Əkrəm Həsənov deyib ki, əsas səbəb ölkədə iqtisadi böhranın yaşanmasıdır:
"Azərbaycan hökuməti özü də bu il iqtisadi artımın olmadığını etiraf edib. İqtisadi artımın olmaması o deməkdir ki, insanların real gəlirləri artmır, əksinə, qiymətlərin yüksəlməsi səbəbindən xərcləri çoxalır. Qiymətlər davamlı olaraq bahalaşır. Belə şəraitdə insanların əksəriyyəti alış-verişi azaltmağa məcbur qalır, çünki kifayət qədər vəsaitləri yoxdur. İnsanlar məhsulun baha olduğunu deyəndə, əslində, onu öz gəlirlərinə nisbətən əlçatmaz hesab edirlər. Təbii ki, bu vəziyyət sahibkarlara da mənfi təsir göstərir".
İqtisadçı bildirib ki, hazırda hökumətin qarşısında duran əsas vəzifələrdən biri dövlət büdcəsinin gəlirlərini artırmaqdır:
"Bu məqsədlə vergi və gömrük inzibatçılığı gücləndirilib, sahibkarlardan əsaslı, bəzən isə təəssüf ki, əsassız ödənişlər tələb olunur. Əsassız ödənişlər dedikdə, yalnız rüşvəti nəzərdə tutmuram. Hazırda rüşvət halları o qədər də geniş yayılmayıb. Söhbət daha çox əsassız vergi hesablamalarından, gömrük tələblərindən və rüsumlardan gedir. Nəticədə sahibkarların vəziyyəti günü-gündən ağırlaşır. Bu baxımdan ölkədə normal qanunçuluq və investisiya mühiti yaradılmalı, sahibkarlara fəaliyyətlərini sərbəst şəkildə qurmaq imkanı verilməlidir ki, hamı qazansın. Əsas məqsədnə olursa-olsun dövlət büdcəsinidoldurmaqdan ibarət olmamalıdır. Əksinə, sahibkarlığa şərait yaradılmalı, qanunun aliliyi təmin edilməli, iqtisadi fəaliyyət üçün sərbəstlik verilməlidir. Belə olduqda, həm sahibkarlar qazanar, həm də dövlət büdcəsinə müvafiq ödənişlər daxil olar".

Sosial       Tarix: 24 noyabr 2026
f Paylaş

Oxşar xəbərlər

Azərbaycana ən çox pul ödəyən ölkələr AÇIQLANDI - Buna görə

Azərbaycanın kosmik xidmətlərinin ixracından əldə olunan gəlir 2026-cı ilin ilk səkkiz ayında 17,4 milyon dollar təşkil edib. xəbər verir ki, bu barədə deputat Vüqar Bayramov sosial şəbəkə hesabında paylaşım edib. O bildiri

Bu şəxslərə müjdə: Güzəştli kreditlər veriləcək

Azərbaycanda əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, təhsilə əlçatanlığın artırılması, əhalinin məşğulluğunun təmin olunması, eləcə də sahibkarlığın və kənd təsərrüfatının inkişafı məqsədilə dövlət tərəfində

Paytaxtda tikinti aparılan binadan yıxılan şəxs öldü - FOTO

Bakıda ölümlə nəticələnən bədbəxt hadisə baş verib. Yurd.Media-ya istinadən xəbər verir ki, Elvin Zeynalov hündürlükdən yıxılaraq həyatını itirib. Hadisənin tikinti işlərinin aparıldığı binada baş verdiyi bildirilir. Faktl

Sumqayıtda avtomobilin vurduğu piyada ölüb

Sumqayıt şəhərində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. "Report"a istinadən xəbər verir ki, avtomobil piyada - 1973-cü il təvəllüdlü Xəqani Ələsgər oğlu Şirinovu vurub. X. Şirinov aldığ

BDU-da nə dəyişəcək? - Kadr islahatı, imtahan sistemi…

Bakı Dövlət Universitetinin (BDU) yeni rektoru Məleykə Abbaszadənin ilk addımlarından biri imtahan sistemini dəyişdirmək olacaq. xəbər verir ki, bunu  -a açıqlamasında təhsil ekspert Ramin Nurəliyev bildirib. O qeyd edi

Bakıda İLK: Sürücüləri və sərnişinləri nə gözləyir?

Son illər Bakıda ictimai nəqliyyatın hərəkətinin təkmilləşdirilməsi və avtobusların xüsusi zolaqlarla hərəkətinin təmin edilməsi istiqamətində bir sıra addımlar atılır. Bu çərçivədə paytaxtda ilk dəfə avtobuslar üçün xüsus

Azərbaycanda beşinci sinif şagirdi vəfat etdi

Azərbaycanda məktəbli vəfat edib. -a istinadən xəbər verir ki, 5-ci sinif şagirdi Emilya dünyasını dəyişib. Məktəblinin ölüm səbəbi hələlik açıqlanmayıb. Qeyd edək ki, Emilya Zəngilan rayon 21 nömrəli tam orta ümumtəhsi

Bu qızıl yataqları Azərbaycan hökumətinə qaytarılır

Azərbaycanda qızıl və mis hasil edən "Anglo Asian Mining" şirkəti Qoşa və Ordubad müqavilə sahələri üzrə hasilat hüquqlarının müddətinin uzadılması üçün müraciət etməyəcək. Hər iki müqavilə sahəsi Azərbaycan hökumətin

Avtobus və taksi qiymətləri yenidən artacaq? - Rekord göstərici

Azərbaycanda nəqliyyat xidmətlərindən istifadə edənlərin sayı artdıqca bu sahədə qiymət məsələsi də diqqət mərkəzinə gəlir. Xüsusilə yanacaq, avtomobillərin ehtiyat hissələri, texniki xidmət və digər istismar xərclərini


azerbaycan xeberleri yeni xeberler son xeberler apa.az xeberler valyuta mezennesi 2026 bu gune olan xeberler ən son xəbər