Pakistanda GÜCLÜ ZƏLZƏLƏ: çox sayda ölən və yaralanan var - FOTO (YENİLƏNDİ)
Pakistanın cənubundakı Bəlucistan əyalətində baş verən zəlzələ zamanı həlak olanların sayı 20 nəfərə çatıb.
Publika.az xəbər verir ki, bu barədə "Dawn" qəzeti Təbii Fəlakətlərlə Mübarizə üzrə İdarəsinə istinadən məlumat yayıb.
Qeyd edilir ki, təbii fəlakət zamanı 300-dən çox insan xəsarət alıb.
Nəşrin məlumatına görə, yeraltı təkanlar əyalətin Kvette, Sibbi, Pişine, Çaman və digər şəhərlərində hiss edilib. Hakimiyyət orqanları təbii fəlakətin fəsadlarının aradan qaldırılması və qiymətləndirilməsi ilə məşğuldur. Qeyd edilir ki, əyalətin inzibati binaları dağılıb.
Xatırladaq ki, Pakistanda yerli vaxtla saat 22:01-də (Bakı vaxtı ilə saat 02:01-də) 5,7 maqnitudada zəlzələ baş verib.
.jpg)
xxx
Pakistanın cənubundakı Bəlucistan əyalətində baş verən zəlzələ zamanı azı 15 nəfər həlak olub.
Publika.az xəbər verir ki, bu barədə "Agence France-Presse" Pakistanın Təbii Fəlakətlərlə Mübarizə üzrə İdarəsinin nümayəndəsinə istinadən məlumat yayıb.
"İndiyə qədər olan məlumata əsasən 15-20 nəfər həlak olub. Ölənlərin sayı arta bilər", - idarədən agentliyə bildirilib.
Məlumata görə, təbii hadisə zamanı yaşayış binası uçub və bir neçə nəfər dağıntılar altında qalaraq həlak olub. Onlar arasında qadın və 6 uşaq da var.
BBC isə təbii hadisə zamanı 18 nəfərin həlak olduğunu xəbər verib.
Qeyd edək ki, ABŞ-ın Geologiya Xidməti daha əvvəl Pakistanda yerli vaxtla saat 22:01-də (Bakı vaxtı ilə saat 02:01-də) 5,7 maqnitudada zəlzələnin qeydə alındığını xəbər verib.
Zəlzələnin episentri Harnay şəhərindən 14 kilometr şimal-şərqdə, zəlzələ ocağı 20,8 kilometr dərinlikdə yerləşib. ("Report")

Neft yenidən ucuzlaşdı
ABŞ-nin F-16 qırıcısı qəzaya düşdü
Hüseyn əməliyyat olundu - Foto
Bu tarixdə Bakıda qaranlıq olacaq
Əli Nağıyev Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının 28-ci iclasına qatıldı
TDT-nin yeni strateji xətti: Təhlükəsizlikdən strateji tərəfdaşlığa
BMT sistemi normal fəaliyyət göstərsəydi ərazilərimizi güc yolu ilə geri almağa məcbur qalmazdıq
Karapetyanın ev dustaqlığı daha iki ay uzadıldı
Ağdamda toyda dava: Xəsarət alan var
Bakıda küçədə meyit tapıldı
Zelenskidən önəmli açıqlama: İkinci həmlə edildi
Beş dövlət Xəzər dənizi ilə bağlı yeni qərar verdi
Elza Seyidcahanın şeiri Kərkükdə dərc olundu: "Təyyarə ilə ora gedib, solo konsert verəcəm
Paşinyan TRIPP-lə bağlı məsələyə nöqtə qoydu: İkisi də Azərbaycanda olacaq
Bu gün Azərbaycanda Milli Musiqi Günüdür