Pakistanda məsciddə güclü partlayış - 59 ölü, 157 yaralı / YENİLƏNİB
Pakistanın Peşəvər şəhərində məsciddə baş verən partlayış nəticəsində ölənlərin sayı 59-a çatıb, daha 157 nəfər yaralanıb.
KONKRET.az xəbər verir ki, bu barədə Pakistanın ingilisdilli Dawn qəzeti LRH xəstəxanasının sözçüsü Məhəmməd Asimin bəyanatına istinadən məlumat yayıb.
Nəşrin məlumatına görə, hadisədən sonra əyalətdə qırmızı həyəcan səviyyəsi elan edilib. Qəzet əlavə edib ki, polis əməkdaşları ətraf ərazilərdə patrul və yoxlamaları gücləndirib.
Təhlükəsizlik rəsmilərinin sözlərinə görə, kamikadze partlayışı məscidin ön cərgəsində olarkən həyata keçirib.
Daha əvvəl hücumda 44 nəfərin öldüyü, 157-yə yaxın yaralının olduğu bildirilirdi. Yerli xəstəxanalara yerləşdirilənlərdən bəzilərinin vəziyyəti ağırdır. Xəstəxana yerli sakinlərdən qurbanlar üçün qan vermələrini xahiş edir.
18:25
Pakistanın Peşavar şəhərində məsciddə törədilən partlayış nəticəsində ölənlərin sayı 32 nəfərə çatıb.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, hadisə zamanı ərazidə 500-ə yaxın adam olduğu bildirilib.
Partlayışa görə, məsuliyyəti heç bir qruplaşma öz üzərinə götürməyib.
Turlar.az [newsid: 0-123300]

Xalidə Gözəl vəfat etdi
İnfantino İlham Əliyevə təşəkkür etdi - FOTOLAR
Sumqayıtda zəncirvari qəza: 5 avtomobil toqquşdu
Deputat Arzuxan Əlizadənin oğlu barədə 4 aylıq həbs qərarı verildi
Əhmədlidəki kütləvi davanın iştirakçıları məhkəməyə belə gətirildilər - ANBAAN GÖRÜNTÜLƏR
Zelenski: Ukrayna, ABŞ və Rusiya noyabrda üçtərəfli danışıqlar keçirəcək
Azərbaycanla bağlı sərt açıqlamalar verən Saral vəzifəsindən kənarlaşdırıldı
Ərdoğan Azərbaycanı təhdid edən müşavirini vəzifədən çıxardı? – Türkiyə mediasında yeni iddia
Bakıda avtomobil piyadanı vurub
Biləsuvarda ildırım elektrik xəttini vurdu: rayonun bir hissəsi işıqsız qaldı
Yumurta bazarında vəziyyət dəyişir: Qışda bizi nə gözləyir? - Foto
Azərbaycan-Hindistan münasibətlərində yeni səhifə açılır
Azərbaycan ictimaiyyətinə AĞIR İTKİ
"Xeyli vaxtdır görüşmürük, bir az darıxmışam
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır