Pakistanın "Babur" gəmisi İstanbulda suya buraxıldı
İstanbulda yerləşən Gəmiqayırma Zavodunda Pakistan MİLGEM (Milli gəmi) layihəsi çərçivəsində birinci gəmi "Babur"un (F-280) suya salınması və sahil patrul gəmi layihəsinin birinci "Akhisar" (P-1220) katerin ilk qaynağının vurulması münasibətilə mərasim keçirilib.
Publika.az xəbər verir ki, mərasimdə iştirak edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistan Prezidenti Arif Alvi iki dost və qardaş ölkənin münasibətlərinin dinamik inkişafından və məqsədlərindən bəhs ediblər.
Mərasimdə çıxış edən Türkiyə dövlət başçısı Rəcəb Tayyib Ərdoğan Kastamonu, Bartın və Sinop vilayətlərində sel fəlakətindən dünyasını dəyişənlərə Allahdan rəhmət, eləcə də Kahramanmaraşda yanğın söndürmə təyyarəsinin qəzaya düşməsi nəticəsində həyatını itirin türkiyəli və rusiyalı heyət üzvlərinə görə başsağlığı verərək, gündəlikdə olan məsələlərə, o cümlədən Əfqanıstandakı proseslərə münasibət bildirib. Türkiyə-Pakistan qardaşlıq münasibətlərini yüksək dəyərləndirilib.
Mərasimdə çıxış edən Pakistan Prezidenti Arif Alvi vurğulayıb ki, fərqli mədəniyyətə və dilə sahib olsaq da bir xalqıq. Dövlət başçısı vurğulayıb ki, Pakistan bundan sonra da Şimali Kipr türk qardaşlarının yanında olacaq.
Türkiyə-Pakistan dostluq və qardaşlıq münasibətlərini yüksək dəyərləndirən liderlər qarşıda duran vəzifələrdən və perispektivlərdən bəhs ediblər.
Turlar.az [newsid: 0-123300]

Lukaku millidəki karyerasını başa vurdu
Minimum maaşla bağlı müjdə: 100 manat artım
Andorra - Azərbaycan oyunu: Millimiz hesabı açdı
"PAŞA Holding"in dəstəyi ilə Azərbaycan xalçaları Bolqarıstanda nümayiş olunub
Manatın taleyi ilə bağlı mühüm qərar – Mərkəzi Bank hərəkətə keçir
Dünya liderlərinin hesablarına kiberhücumların arxasında kim dayanır? - AÇIQLAMA
Qanlı Gölün ətrafı dəyişir – Yenidənqurma işlərinə start verildi
Birbank hərbçilər üçün nağd kreditdə 5%-dək güzəşt təqdim edir
FT: Şirkətlər süni intellekt bumunun azalması fonunda 4,2 trilyon dollar itiriblər
Bu şəxslərə böyük güzəşt – Xərcləri dövlət qarşılayacaq
Bakıda obyekt yanır
Bakıda polis əməkdaşı vəfat etdi
Sürücü infarkt keçirdi, mikroavtobus dənizə düşdü
Qara dənizdə yük gəmisi batdı: 4 azərbaycanlı xilas edildi
Mağazada qiymət göstərməyənlər cərimələnəcək