Pakistanlı MBA tələbələri "Ulduz" şokolad fabrikində istehsalat turunda iştirak ediblər
Pakistanın Milli Elm və Texnologiya Universitetinin "Executive MBA" proqramı üzrə təhsil alan 27 tələbə və bir professorundan ibarət nümayəndə heyəti Veysəloğlu Şirkətlər Qrupuna daxil olan "Ulduz" şokolad fabrikinə istehsalat turu çərçivəsində səfər ediblər.
Tədbirin ilk hissəsində "Veysəloğlu-Distribusiya" şirkətinin kateqoriya meneceri Elnur Allahverdiyev və "Ulduz" şokolad fabrikinin regional ixrac üzrə mütəxəssisi Seymur Əsədli qonaqlara Veysəloğlu Şirkətlər Qrupunun tarixi, fəaliyyət istiqamətləri, keçdiyi inkişaf yolu, eləcə də "Ulduz" fabrikinin istehsal imkanları və ixrac potensialı barədə ətraflı məlumat veriblər.
Daha sonra tələbələr fabrikdə real istehsalat prosesi ilə yaxından tanış olub, texnoloji xətt üzrə gedişatı izləyiblər. Turun sonunda iştirakçılara "Ulduz" fabrikində istehsal edilən "I love Azerbaijan" premium şokoladları hədiyyə olunub və xatirə şəkili çəkdirilib.
Pakistanlı tələbələr bu səfəri Azərbaycanda istehsal sahəsi ilə tanışlıq baxımından əlamətdar hadisə kimi dəyərləndiriblər. Onlar gələcəkdə Veysəloğlu Şirkətlər Qrupuna daxil olan biznes nümunələri ilə daha yaxından əməkdaşlıq imkanlarını nəzərdən keçirəcəklərini vurğulayıblar.

/ azxeber.com

Xalidə Gözəl vəfat etdi
İnfantino İlham Əliyevə təşəkkür etdi - FOTOLAR
Sumqayıtda zəncirvari qəza: 5 avtomobil toqquşdu
Deputat Arzuxan Əlizadənin oğlu barədə 4 aylıq həbs qərarı verildi
Əhmədlidəki kütləvi davanın iştirakçıları məhkəməyə belə gətirildilər - ANBAAN GÖRÜNTÜLƏR
Zelenski: Ukrayna, ABŞ və Rusiya noyabrda üçtərəfli danışıqlar keçirəcək
Azərbaycanla bağlı sərt açıqlamalar verən Saral vəzifəsindən kənarlaşdırıldı
Ərdoğan Azərbaycanı təhdid edən müşavirini vəzifədən çıxardı? – Türkiyə mediasında yeni iddia
Bakıda avtomobil piyadanı vurub
Biləsuvarda ildırım elektrik xəttini vurdu: rayonun bir hissəsi işıqsız qaldı
Yumurta bazarında vəziyyət dəyişir: Qışda bizi nə gözləyir? - Foto
Azərbaycan-Hindistan münasibətlərində yeni səhifə açılır
Azərbaycan ictimaiyyətinə AĞIR İTKİ
"Xeyli vaxtdır görüşmürük, bir az darıxmışam
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır