Palma yağından istifadə edilməsi piylənmə və xroniki xəstəliklərin inkişafına səbəb olur

Palma yağından istifadə edilməsi piylənmə və xroniki xəstəliklərin inkişafına səbəb olurİndoneziya, Malayziya, Braziliya və Afrika ölkələrində yetişən palma ağacının meyvəsindən hazırlanan yağ ən ucuz bitki yağıdır. Elə buna görə də onun istifadə arealı durmadan artır. Dünyada il ərzində 50 milyon ton civarında palma yağı istehsal edilir. Yağ meyvənin həm tumundan, həm də gövdəsindən hazırlanır. Daha təhlükəli hesab olunan meyvənin gövdəsindən hazırlanan yağ ümumi palma yağının 55 faizini təşkil edir.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bir sıra hazır yeməklərin, şirniyyat və yarımfabrikantların hazırlanmasında palma yağından geniş istifadə olunur. Onun əhatə dairəsi təkcə qida sənayesi ilə məhdudlaşmır. Kosmetik vasitələrdən tutmuş bir çox təmizlik vasitələrinin istehsalına qədər həmin yağdan istifadə edilir.
Onu da deyək ki, inqridiyentlər sırasında palma yağı 200-dək alternativ ad altında göstərilə bilər. Məsələn, bitki yağı kimi. Bitki yağı o halda az zərərli hesab edilir ki, tərkibində doymuş yağların faizi az olsun. Mütəxəssislərin dediyinə görə, digər bitki yağları ilə müqayisədə palma yağının tərkibində doymuş yağların miqdarı xeyli yüksəkdir.
Ümumdünya Səhiyyə Təşkilatı və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) palma yağından istifadənin zərərləri ilə əlaqədar xəbərdarlıq edib. Doğrudur, palma yağının A, E, D vitaminləri ilə zəngin olduğunu da deyirlər. Onun tərkibində olan lütein görmə qabiliyyətini yaxşılaşdırır, eyni zamanda beynin inkişafına da yaxşı təsir göstərir. Lakin bu müsbət tərəfləri ilə yanaşı, zərərli cəhətləri də kifayət qədərdir. Aparılan təcrübə zamanı müəyyən edilib ki, palma yağı ilə qızdırılmış qida ilə yemlənən siçanlarda altı ay ərzində ürək xəstəlikləri əlamətləri müşahidə olunur.
Ümumdünya Səhiyyə Təşkilatının mütəxəssisləri hesab edirlər ki, palma yağından istifadə piylənmə və xroniki xəstəliklərin inkişafına səbəb olur. Ekspertlərin apardığı təhlillər zamanı məlum olub ki, dünyanın 23 ölkəsində palma yağının istehlakı ilə işemik ürək xəstəliklərinin artması arasında əlaqə var.
Həkimlərin dediyinə görə, palma yağı orqanizmdə tam sorulmur, toxumalarda toplanır və bu, metabolik pozğunluq yaradır. Onun piylənmə vermədiyi və çəki azaltdığı barədə deyilənlər həqiqətəuyğun deyil. Təcrübə göstərir ki, əksinə, ondan istifadə çəki artımına səbəb olur. Çəkinin artması isə bir sıra xəstəliklərin yaranmasının başlanğıcıdır.
Maraqlıdır ki, bütün zərərli xüsusiyyətlərinə baxmayaraq, dünyada palma yağının istehsalı və istehlakı durmadan artır. Məsələn, 1995-ci ildən 2017-ci ilədək dünyada onun istehlakında dörd dəfə artım qeydə alınıb.
Milli.Az /news.milli.az

Sağlamlıq       Tarix: 11 iyun 2020
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Gənclər arasında dəhşətli xəstəlik yayıldı – Həkim çağırış etdi

Son illər gənclər arasında autoimmun xəstəliklərə daha çox rast gəlinir. Məlumata görə, bu xəstəliklər vaxtında aşkarlanmadıqda ciddi sağlamlıq problemlərinə və müxtəlif orqanların zədələnməsinə səbəb ola bilər. Autoimmu

Çox işləmək piylənməyə səbəb olur

Kvinslend Universitetinin tədqiqatçıları belə qənaətə gəliblər ki, iş saatlarının azaldılması təkcə stressi deyil, ümumilikdə sağlamlığa da müsbət təsir edir. xəbər verir ki, onlarla ölkədən toplanan məlumatların təhlil

Çox yaşamaq istəsəniz

ABŞ-də aparılan bir araşdırmada pozitiv insanların daha çox ömür sürdüyü məlum olub. xəbər verir ki, təcrübədə onminlərlə qadın və kişilər 10 il boyunca izlənilib. Pozitiv insanların 11-15 il daha çox yaşadığı məlum olub

Yayda ən çox 3-4 dəfə kabab yeyə bilərsiniz - SƏBƏB

Əti açıq odda qızartmaqla kabab şəklində yemək orqanizmə zərərlidir. Ona görə də kababı yayda ən çox üç dəfə – ayda bir dəfə yesəniz, sağlamlığınıza zərər verməz. KONKRET. -a istinadən xəbər verir ki, bu fikri Perm Mill

Oturaq həyat tərzi sürənlərə XƏBƏRDARLIQ: Bu, sizi təhlükədən qoruyacaq

Uzun müddət oturaq vəziyyətdə qalmaq sağlamlıq üçün ciddi risklər yarada bilər. Xüsusilə hərəkətsiz həyat tərzi keçirən insanlarda dərin venaların trombozu kimi ürək-damar problemlərinin yaranma riski artır. Damar cərrah

Yayda çimməyin ölümcül riskləri barədə XƏBƏRDARLIQ

"İsti avqust sularında bakteriya və göbələklər sürətlə çoxalır. Qulaq kanalında qalan su isə infeksiyaların yaranması üçün əlverişli şərait yarada bilər". -a istinadən xəbər verir ki, bu barədə rusiyalı infeksionis

Güclü istilər gəlir - Ekoloqdan xəbərdarlıq

Yay fəsli Azərbaycana daxil olsa da, hava şəraitinin hələ də yazı və ya payızı xatırlatması, üstəlik yaxın günlər üçün yağış və dolu xəbərdarlıqlarının verilməsi diqqət çəkir. İqlim dəyişikliyi fonunda bu cür kəskin hav

İspaniyada hantavirusa ilk yoluxma halı qeydə alınıb

İspaniyada hantavirusa ilk yoluxma halı qeydə alınıb. Bu barədə   İspaniya Səhiyyə Nazirliyinin "X" sosial şəbəkəsindəki paylaşımına istinadən xəbər verir. Qurumun məlumatına görə, ötən gün aparılan test nəticəsind

Qəfil görünən damarlar hansı xəstəliklərin xəbərçisi ola bilər?

Əllərdə, ayaqlarda və ya sinə nahiyəsində damarların əvvəlkindən daha çox görünməyə başladığını hiss etmisiniz? Bir çox insan üçün bu, xüsusilə dəyişiklik qəfil olubsa, narahatlıq yaradır. -a istinadla xəbər verir ki, əksə


yeni xeberler azerbaycan xeberleri son xeberler şou biznes xəbərləri cəbhədən son xəbər sonxeber.az xeberler bugun 2026