Pambıq emalı sexində işçinin xəsarət alması faktı ilə bağlı araşdırma aparılır
Dekabrın 20-də saat 04 radələrində Sabirabad rayonu ərazisində yerləşən pambıq emalı sexində Qürbət İsayevin iş zamanı ağır dərəcəli bədən xəsarəti alması barədə rayon prokurorluğuna məlumat daxil olub.
Sabirabad Rayon Prokurorluğunun Open.az-a daxil olan məlumatına görə, aparılmış araşdırmalarla müəyyənləşdirilib ki, "MKT İK" MMC-nin Sabirabad rayonu ərazisində yerləşən pambıq emalı sexində işləyən Qürbət İsayev qeyd edilən tarixdə işlək vəziyyətdə olan mahlıc təmizləyici "Kliner" adlı qurğunun dişlərindəki pambıq tutqunluğunu aradan qaldırmaq üçün əlini həmin qurğuya daxil edib, həmin vaxt əynindəki pencək qurğunun dişlərinə ilişdiyi üçün qurğu onun sağ əlini dartaraq əlinin üçdə bir hissəsini amputasiya edib.
Dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə baxış keçirilib, məhkəmə-tibb ekspertizası təyin olunub və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.
Hazırda hadisənin başvermə səbəblərinin və təfərrüatlarının müəyyənləşdirilməsi istiqamətində araşdırmalar davam etdirilir.
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Borca görə qətlə yetirilən Xəyalənin FOTOSU
Zelenskidən ŞOK "Yalta-2" XƏBƏRDARLIĞI: Tramp, Putin və Si Cinpinin gizli planından QORXUR
Heydər Əliyev Mərkəzində 'Muzeylər və irs yerləri mədəniyyətlərarası dialoq məkanları kimi' mövzusunda panel müzakirəsi keçirilib
Azərbaycan ilə FAO arasında əməkdaşlıq müzakirə olunub
İpoteka krediti qaydaları dəyişdi
Azərbaycanda bəzi kəndlərin adları dəyişdirilə bilər - Diqqətçəkən açıqlama
AFFA 10 komandaya texniki məğlubiyyət verdi
"Real" Mbappeyə görə Çin xalqından üzr istədi
Azərbaycanın beynəlxalq sanksiya siyahısı yenilənib
Böyük Britaniyadan tarixi DƏSTƏK: Ukraynaya 12 milyard avroluq rekord yardım paketi AYRILDI
Azərbaycan və Sudan arasında mədəniyyət sahəsində əməkdaşlıq müzakirə edilib
Prezident İlham Əliyev İspaniyanın Baş nazirinə başsağlığı verib
Niderland Ukraynaya 1.2 milyardlıq yardım ayırır
Məşhur aktyor 46 yaşında vəfat etdi
Bank kartında pul saxlamaq təhlükəlidirmi? - Ekspert riskləri açıqladı