Pandemiya ilə bağlı vəziyyət imkan verəndən sonra ilk rəsmi səfərimi qardaş Özbəkistana edirəm

Pandemiya ilə bağlı vəziyyət imkan verəndən sonra ilk rəsmi səfərimi qardaş Özbəkistana edirəm"İlk növbədə, qardaş Özbəkistana səfərə dəvətə görə Şavkat Miromonoviçə dərin təşəkkürümü bildirmək istərdim. Şavkat Miromonoviçin qeyd etdiyi kimi, pandemiya ilə əlaqədar mən özümün bütün rəsmi səfərlərimi dayandırdım, iki ildən artıq müddətdə rəsmi səfərlər etmədim. Pandemiya ilə bağlı vəziyyət imkan verəndən sonra mən ilk rəsmi səfərimi qardaş Özbəkistana edirəm. Bu, bizim münasibətlərimizin təzahürü, xalqlarımızın qardaşlığının və dostluğunun təzahürüdür".
Bunu Özbəkistanda dövlət səfərində olan Azərbaycan Prezidenti İlham Əliyev Daşkənddə Heydər Əliyev Meydanının açılışı mərasimində çıxışı zamanı deyib.
"Əziz qardaşım Şavkat Miromonoviçin bu təşəbbüsünə, Daşkəndin mərkəzində atam Heydər Əliyevin xatirəsinə həsr edilmiş belə gözəl guşə yaradılmasına görə ona çox təşəkkür edirəm. Küçə, meydan, barelyef, gözəl park – bunlar Azərbaycan xalqının böyük Liderinin xatirəsinə, bütün Azərbaycan xalqına həqiqi qardaşlıq münasibətidir. Biz Azərbaycanda bunu çox yüksək qiymətləndiririk, çox təşəkkür edirik və bunu özbək qardaşlarımızın bizim Ulu Öndərə, ortaq tariximizə həqiqətən qardaşcasına münasibəti hesab edirik. Bu, həm də Heydər Əliyevin bütün həyatını həsr etdiyi bütün Azərbaycan xalqına hörmətdir. Mən atam haqqında səmimi sözlərinə görə Şavkat Miromonoviçə çox təşəkkür edirəm. O, bizim Liderimizi çox sanballı və dəqiq səciyyələndirdi. Heydər Əliyev bütün həyatını Azərbaycana xidmətə həsr edib.
Sovet dönəmində də, müstəqillik dövründə də həmişə xalqın yanında olub. Ən ağır dövrdə, xalqımız təcavüzə, təqiblərə məruz qaldığı vaxtlarda o, həmişə xalqın yanında olub. 1990-cı il yanvarın 20-də, Sovet İttifaqının parçalanmasından hələ iki il əvvəl o, sovet ordusunun Bakıya yeridilməsi, Azərbaycanın yüzlərlə günahsız vətəndaşının öldürülməsi və yaralanması ilə əlaqədar sovet rəhbərliyini açıq pisləmişdi. Bu, böyük siyasi əzmkarlıq tələb edirdi. Ona görə ki, o vaxt Sovet İttifaqının tarixə qovuşacağına hələ nə qədər qaldığı məlum deyildi. O, bunu etdi. Ən çətin dövrdə, Naxçıvan Muxtar Respublikası təcavüzə məruz qalanda da o, öz xalqının yanında idi. Naxçıvan Muxtar Respublikasına rəhbərlik edərkən əslində o, Azərbaycanın bu tarixi hissəsini, qədim torpağını təcavüzdən müdafiə etdi. Yenə onun təşəbbüsü ilə 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı məhz Naxçıvanda, Sovet İttifaqı dağılandan və Azərbaycan öz müstəqilliyini bərpa edəndən xeyli əvvəl dövlət bayrağı kimi rəsmən qəbul edilib" - dövlət başçısı bildirib.

Siyasi       Tarix: 21 iyun 2022
f Paylaş

Oxşar xəbərlər

Azərbaycan sabitliyin ciddi amilidir - Şimali Makedoniyanın Prezidenti

Azərbaycan sabitliyin ciddi amilidir, 2028-ci ildə Avropa Siyasi Birliyinin (ASB) sammitinin ölkədə keçirilməsi isə Bakıya göstərilən etimadı, onun regional və beynəlxalq proseslərdəki rolunun tanındığını nümayiş etdirir

İlham Əliyev Türkiyəyə səfərə gəlib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasının (COP31

Prezidentin Endi Börnhemlə də görüşü gözlənilir - Yenilənəcək

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə toplantısında iştirak etmək üçün İrlandiyanın paytaxtı Dublinə səfər edib. -ın məlumatına görə, yaxın saatlarda Preziden

Dövlət Komitəsi Göy məscidin mərasim zalına erməni şairin adının verilməsinə etiraz edib

İrəvanda yerləşən, Azərbaycan xalqının qədim tarixi-mədəni irsinin nümunələrindən biri olan Göy məscidin mərasim zalına erməni şairi Yeğişe Çarentsinin adının verilməsi tarixi-mədəni kimliyin təhrif olunmasına yönəlmiş növbət

Azərbaycanda Konstitusiya Günüdür

Bu gün Azərbaycanın əsas qanununun - Konstitusiyanın qəbul edildiyi gündür. xatırladır ki, Konstitusiya 31 il əvvəl - 12 noyabr 1995-ci ildə ümumxalq referendumu ilə qəbul edilib. Bu, Azərbaycanın müstəqilliyini bərpa etməsində

Özgür Özəl İlham Əliyevi təbrik edib

Yeni Partiyanın sədri Özgür Özəl Prezident İlham Əliyevə zəng edib. xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin "X" hesabında məlumat paylaşılıb. Məlumatda bildirilib ki, Özgür Özəl Zəfər Günü münasibətil

Baku TV': Azərbaycan COP31-də yaşıl enerji hədəflərini nümayiş etdirir

Azərbaycan COP31 çərçivəsində iqlim siyasəti və ekoloji təşəbbüsləri ilə yanaşı, milli dəyərləri, mədəniyyət və yaşıl enerji hədəflərini də təqdim edir. xəbər verir ki, bu barədə "Baku TV"nin hazırladığı süjetd

Putin: Bu, müharibənin davam etməsi deməkdir

Rusiya Prezidenti Vladimir Putin ABŞ-ın xüsusi elçiləri Stiv Uitkov və Cared Kuşnerlə görüşdə xarici hərbi kontingentlərin Ukrayna ərazisinə yerləşdirilməsinin müharibənin davam etməsi demək olduğunu bildirib. RIA Novosti-y

Azərbaycanın Niderlanddakı səfiri öz vəzifəsinin icrasına başlayıb

Anar Əcəmov Azərbaycan Respublikasının Niderland Krallığında fövqəladə və səlahiyyətli səfiri kimi vəzifəsinə başlayıb. xəbər verir ki, bu barədə o, bu barədə öz "X" hesabında məlumat verib. "Niderland Kral


son xeberler azerbaycan xeberleri yeni xeberler son.xeber hava haqqinda ən son xeberler metbuat