Azərbaycan sabitliyin ciddi amilidir - Şimali Makedoniyanın Prezidenti
Azərbaycan sabitliyin ciddi amilidir, 2028-ci ildə Avropa Siyasi Birliyinin (ASB) sammitinin ölkədə keçirilməsi isə Bakıya göstərilən etimadı, onun regional və beynəlxalq proseslərdəki rolunun tanındığını nümayiş etdirir.
KONKRET.azxəbər verir ki, bunu Şimali Makedoniyanın Prezidenti Qordana Silyanovska-Davkova Dublində keçirilən Avropa Siyasi Birliyinin (ASB) sammiti çərçivəsində trend-in sualını cavablandırarkən bildirib.
Onun sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyevin hazırkı sammitdə iştirakı və 12-ci sammitin Azərbaycanda keçirilməsi Avropa İttifaqının Avrasiya və Asiya ölkələri ilə münasibətləri genişləndirməyə artan marağını əks etdirir.
"Bu, yaxşı addımdır, eyni zamanda müəyyən etimad deməkdir. Bu o deməkdir ki, Azərbaycan həm də sabitliyin ciddi amili kimi nəzərdən keçirilir", – deyə o bildirib.
Silyanovska-Davkova qeyd edib ki, enerji böhranı fonunda Avropa ölkələri əhəmiyyətli enerji ehtiyatlarına malik dövlətlərə getdikcə daha çox diqqət yetirirlər.
"Ciddi enerji böhranı zamanı bütün yollar enerji resursları istehsalçıları kimi tanınan ölkələrə aparır", – deyə o vurğulayıb.
Azərbaycana gələcək səfərlərin perspektivlərindən danışan Şimali Makedoniyanın Prezidenti ölkə haqqında müsbət fikirlər səsləndirib, beynəlxalq tədbirlərin, o cümlədən COP-un yüksək səviyyədə təşkilini, eləcə də zəngin mədəni-tarixi irsini xüsusi qeyd edib.
O, xüsusilə Nizami Gəncəvinin irsinə marağı vurğulayaraq, onun Azərbaycan mədəniyyəti, tarixi və xalqı üçün əhəmiyyətini qeyd edib.
"Mən onun haqqında çox şey öyrəndim. Onun sizin mədəniyyətiniz, tarixiniz və xalqınız üçün nə qədər əhəmiyyətli olduğunu anlayıram. Orada heç vaxt unutmayacağım gözəl müzakirələr keçirildi", – deyə o əlavə edib.
Qeyd edək ki, İrlandiyanın paytaxtı Dublində 50-yə yaxın Avropa ölkəsinin və digər tərəfdaş dövlətlərin liderlərini bir araya gətirən Avropa Siyasi Birliyinin (ASB) 9-cu sammiti keçirilir.
Görüş Dublindəki Konfrans Mərkəzində Avropa Şurasının Prezidenti Antonio Koşta və İrlandiyanın Baş naziri Mixol Martininin həmsədrliyi ilə keçirilir. Sammit "Avropa – güclü, təhlükəsiz və qarşılıqlı əlaqəli" şüarı altında təşkil olunur.
Gündəlikdəki əsas mövzular arasında Avropanın təhlükəsizliyi, Rusiyanın Ukraynaya qarşı müharibəsi, iqtisadi rəqabət qabiliyyəti, enerji təhlükəsizliyi, nəqliyyat infrastrukturunun inkişafı və regional qarşılıqlı əlaqələrin gücləndirilməsi yer alır.
Avropanın müdafiə imkanlarına, kiberhücumlara, dezinformasiyaya və digər hibrid təhdidlərə qarşı mübarizəyə, eləcə də Avropa təhlükəsizliyinin təmin edilməsində Avropa ölkələri və ABŞ arasında məsuliyyət bölgüsünə xüsusi diqqət yetiriləcək.
İqtisadi gündəliyə innovasiyaların və rəqəmsal infrastrukturun inkişafı, nəqliyyat əlaqələrinin gücləndirilməsi, enerji resurslarının əlçatan və etibarlı tədarükünün təmin edilməsi, eləcə də Avropa iqtisadiyyatının xarici sarsıntılara qarşı dayanıqlığının artırılması daxildir.
Avropa Siyasi Birliyi 2022-ci ildə Rusiya-Ukrayna müharibəsinin başlamasından sonra Avropa ölkələri arasında siyasi dialoq və koordinasiya platforması kimi yaradılıb.
Azərbaycan üçün sammitdə iştirak enerji əməkdaşlığı, Cənubi Qafqazda sülh prosesi və nəqliyyat əlaqələrinin inkişafı baxımından xüsusi əhəmiyyət daşıyır.
ASB-nin 12-ci sammitinin 2028-ci ilin may ayında Azərbaycanda keçirilməsi planlaşdırılır. Bu, Bakıya Avropa liderlərini qəbul etmək, regional məsələlər və daha geniş Avropa gündəliyi üzrə dialoqu davam etdirmək imkanı verəcək.
Dublində Avropa Siyasi Birliyinin sammiti başa çatdıqdan sonra, noyabrın 13-də Avropa İttifaqına üzv 27 dövlətin liderlərinin ayrıca qeyri-rəsmi görüşü keçiriləcək.
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Türkiyə COP31 üçün xüsusi mahnı təqdim edib
İlham Əliyev Türkiyəyə səfərə gəlib
Öz xəyallarında yaratdıqları Atatürk obrazı ilə... - Ərdoğan
Prezident polşalı həmkarına məktub göndərdi
Marsol Group və İCMA üzvləri Zəfər abidəsini ziyarət etdilər - FOTOLAR
Azərbaycan və daha 3 ölkə təmiz enerji sazişi imzaladı
Kredit götürənlərə faiz güzəşti ediləcək? – Ekspertdən AÇIQLAMA
İllik 26 milyon avro maaşdan imtina edir
Arsen Venger FIFA prezidenti ola bilər
Türkiyə Ermənistanla sərhədi açır?
Bazarlarda göbələk təhlükəsi: Bu əlamətləri görsəniz, almayın
Qrip niyə həftələrlə sağalmır? – Həkim səbəbləri açıqladı
İzmirdə fabrikdə güclü partlayış: ölənlər var
Ziyansız bilib qəbul etdiyimiz bu vasitələr qaraciyəri məhv edir