Pandemiyaya qarşı ən yaxşı mübarizə aparan ölkənin adı açıqlandı
Vyetnam koronavirus pandemiyası ilə ən yaxşı mübarizə aparan ölkədir.
Publika.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının açıqlamasında deyilir.
Təşkilatın Koronavirusla Mübarizə Qrupunun lideri Mariya Van Kerkove bildirib ki, Vyetnam pandemiyaya qarşı sürətli və genişmiqyaslı hərəkət edib: "Onlar pandemiyaya nəzarət altına almağa kömək edən sistemə sahibdirlər. Bu, bütün ölkələrdə görməyimizi istədiyimiz bir sistemdir. Vyetnam infeksion xəstəliklərlə mübarizədə nəhəng təcrübəyə sahibdir".
Qeyd edək ki, Vyetnamda uzun müddətdən sonra ilk dəfə 31 iyulda koronavirusa yoluxma qeydə alınıb. Yeni pandemiyanın mərkəzi olaraq göstərilən Da Nanq şəhərində 1,1 milyonluq əhalisinin hamısının testdən keçirilməsi planlaşdırılır.
Xatırladaq ki, Vyetnamda bu günə qədər 670 nəfər koronavirusa yoluxub, 8 nəfər ölüb. 378 nəfər sağalıb.
Zümrüd
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Lukaku millidəki karyerasını başa vurdu
Minimum maaşla bağlı müjdə: 100 manat artım
Andorra - Azərbaycan oyunu: Millimiz hesabı açdı
"PAŞA Holding"in dəstəyi ilə Azərbaycan xalçaları Bolqarıstanda nümayiş olunub
Manatın taleyi ilə bağlı mühüm qərar – Mərkəzi Bank hərəkətə keçir
Dünya liderlərinin hesablarına kiberhücumların arxasında kim dayanır? - AÇIQLAMA
Qanlı Gölün ətrafı dəyişir – Yenidənqurma işlərinə start verildi
Birbank hərbçilər üçün nağd kreditdə 5%-dək güzəşt təqdim edir
FT: Şirkətlər süni intellekt bumunun azalması fonunda 4,2 trilyon dollar itiriblər
Bu şəxslərə böyük güzəşt – Xərcləri dövlət qarşılayacaq
Bakıda obyekt yanır
Bakıda polis əməkdaşı vəfat etdi
Sürücü infarkt keçirdi, mikroavtobus dənizə düşdü
Qara dənizdə yük gəmisi batdı: 4 azərbaycanlı xilas edildi
Mağazada qiymət göstərməyənlər cərimələnəcək