"Papanin" sakinləri həyəcan təbili çalır: Evləri başlarına uça bilər

Adı mütəmadi olaraq, mediada müxtəlif qalmaqallarda hallanan "Pilot 16" MMC ilə bağlı şikayətlər davam edir. Şirkətin "Elevan Park" yaşayış kompleksini inşa etdiyi Novruzov qardaşları küçəsinin("Papanin" deyilən ərazi) bir qrup sakini Editor.az-a müraciət edərək, həyatlarının və əmlaklarının təhlükədə olduğunu bildirirlər.
Onların sözlərinə görə, on illərdir yaşadıqları Nəsimi rayonu, Novruzov qardaşları küçəsində "Pilot 16" MMC inşaat işlərinə başladığı gündən ərazidə yaşayan sakinlər əsl cəhənnəmlə üz-üzədirlər: ""Pilot-16" şirkəti 4 ildir ki, nə qanunlara, nə dövlət qurumlarının tələblərinə, nə də vətəndaşların şikayətlərinə məhəl qoymur. Şirkətin qanunsuz əməlləri ilə bağlı bütün dövlət qurumlarına edilən müraciətlərə və onların da müvafiq tələblərinə baxmayaraq, "Pilot-16″ şirkəti yüzlərlə insanın yaşadığı ərazidə gecənin gec saatlarında, istirahət günlərində səhər çox erkən saatlarda ağır tikinti və betonlama işlərini davam etdirir. Bu şirkətin əlindən insanların gecə evində yatması, istirahət etməsi mümkünsüz hala gəlib. İnsanların faktiki yaşadığı evlərin 5-10 metrliyində aparılan ağır qazıntı işləri mənzilləri ağır qəzalı vəziyyətə salıb".
Sakinlərin sözlərinə görə, onlar illərdir ki, şirkətin ağır kranının altından hər gün ölüm qorxusu ilə keçməyə məcbur qalıb: "Düzgün təşkil edilməyən tikinti meydançasından hər gün müxtəlif ağır tikinti materialları vətəndaşların və avtomobillərin keçdiyi yola, insanların avtomobillərinə, evlərinin damlarına və həyətlərinə tökülür. Bütün bu faktlar FHN-nin müxtəlif struktur qurumlarının ərazidə apardığı araşdırmalar zamanı təsdiq edilmiş və bizə rəsmi məktublar göndərilmişdir".
Novruzov qardaşları küçəsinin sakinlərinin sözlərinə görə, əgər əvvəllər "Pilot 16" şirkəti evlərin 5-10 metrliyində ağır inşaat işləri aparırdısa, artıq bu işlər sakinlərin evlərinə bitişik mənzillərdə və həyətlərdə aparılır: "Şirkət insanların faktiki yaşadığı evlərin divarlarının bitişik olduğu mənzil və həyətləri sökməklə evləri məqsədli şəkildə qəzalı vəziyyətə salmağa çalışır. Evlərin zəmin qatından torpaq sürüşməsi baş verir. "Pilot-16" MMC və onun direktoru Aslan Quliyevin birbaşa göstərişi ilə hazırda bizə qarşı xüsusi plan hazırlanmaqdadır. Onun qanunsuz əməllərinə göz yummadığımız üçün Aslan Quliyev və himayədarları evimizin zorla əlimizdən alınması, bu mümkün olmadıqda bilərəkdən dağıdılması üçün fəaliyyətə keçib. Artıq üç gündür ki, evimizin arxa divarına bitişik həyətdə ağır söküntü işlərinə start verib. Söküntü hələ yüngül alətlər vasitəsi ilə getməsinə baxmayaraq, artıq evin divarları və tavanı silkələnməyə başlayıb. Yaranmış dəhşətli səs-küy 2 yaşlı körpə başda olmaqla, bütün ailəmizi qorxu altında saxlayır.
"Pilot-16" MMC və onun direktoru Aslan Quliyev yaxın günlərdə evimizə bitişik həyətə ağır texnika yeritməyə və söküntü işləri aparmağa hazırlaşır. Bu baş verərsə, evimizin divarı üstümüzə uçacaq. Ən yaxşı halda isə evimizi çirkli qrunt suları basacaq. Aslan Quliyev bu formada fəaliyyəti dəfələrlə müxtəlif qonşulara qarşı tətbiq edib. O, ağır texnikanı əraziyə yeritmək və guya təsadüfən toxunmaqla əslində qəsdən evimizi dağıtmağa çalışır. Bu baş verərsə uçan divarın altında qalan ailəmiz fiziki məhv olmaq təhlükəsi ilə üz-üzədir. Məqsəd nə olursa olsun, zorla bizi yeganə ata-baba yurdumuzdan çıxarmaqdır. Özləri hər gün fərqli bahalı maşınlarda əraziyə gəlir, bizə göz dağı verirlər. Bu qədər vəsaiti hansı yolla, hansı imkanlarla əldə ediblər, bizə bəlli deyil. Biz isə üfunət içində, ölmək təhlükəsi ilə yaşayırıq. Buna baxmayaraq, şirkət bizi ədalətsiz formada şəhərin mərkəzindəki evimizdən didərgin salmaq istəyir".
Sakinlər qeyd ediblər ki, yaranmış təhlükəli vəziyyətlə bağlı Baş prokurorluq, Fövqəladə Hallar Nazirliyi və Bakı şəhər İcra Hakimiyyətinə rəsmi qaydada müraciət ediblər.
Qeyd edək ki, şirkətin rəsmi baş direktoru isə Aslan Quliyevdir. Ancaq mediada yayılan və təkzib olunmayan xəbərlərə görə, şirkətin faktiki sahibi keçmiş oliqarx deputat Əsabil Qasımov və onun ailə üzvləridir. / azxeber.com

Sosial       Tarix: 29 oktyabr 2024
f Paylaş

Oxşar xəbərlər

"Tarixi abidəyə yazı yazmaq sadəcə vandalizm deyil, şəhərin yaddaşına müdaxilədir

Şuşaya səfər edən bəzi turistlərin şəhərin tarixi əhəmiyyət daşıyan qayaları üzərinə müxtəlif yazılar həkk etməsi gündəmə gəlib. . Yazıların bir qismi artıq təmizlənsə də, onların silinməsi zamanı Cıdır düzündəki qayalar

Sabah bu ərzilərdə işıq olmayacaq

Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması, artan yük tələbatının qarşılanması məqsədilə sentyabrın 4-də Bakıda, Abşeronda və Cəlilabadda bir sıra yaşayış məntəqələrinin elektrik şəbəkələrind

Aysel keçmiş həyat yoldaşına dəstək oldu - FOTO

Xəbər verdiyimiz kimi, Xalq artisti Murad Adıgözəlzadə xərçəng xəstəliyindən əziyyət çəkir. xəbər verir ki, bununla bağlı Prezidentin köməkçisi Anar Ələkbərov instaqram səhifəsində paylaşım edib. M.Adıgözəlzadənin keçmi

Soyuqdəymənin ilk əlamətləri zamanı bunları edin

Soyuqdəymənin ilk əlamətləri hiss olunan kimi xəstəliyi "ayaqüstə" keçirməyə çalışmaq məsləhət görülmür. Mütəxəssislər bu mərhələdə evdə qalmağı, istirahət etməyi və vəziyyət pisləşərsə həkimə müraciət etməyi tövsiy

Bacısının 19 yaşlı sevgilisini öldürmüşdü - Bu cəza verildi

Bu ilin aprel ayında Şəmkirdə 19 yaşlı Ramal Quliyevi bıçaqlayaraq qətlə yetirən 15 yaşlı F.Poladovun (şərti soyadlı) məhkəməsi başa çatıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, yetkinlik yaşına çatmayan şəx

Bəzi rayonlarda yağış yağır - FAKTİKİ HAVA

Sentyabrın 7-si saat 10:00-a olan faktiki hava açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin 6-sı axşamdan bəzi rayonlard

Göygöldə 32 yaşlı kişi bıçaqlandı

Göygöldə bıçaqlanma hadisəsi baş verib. xəbər verir ki, hadisə rayonun Hacıməlik kəndində qeydə alınıb. Belə ki, 1994-cü il təvəllüdlü Elcan Həsənov bıçaqlanma diaqnozu ilə Gəncədə yerləşən xəstəxanalardan birinə yerləşdirilib

Azərbaycanda toylar üçün yeni təklif - 2 saat, maksimum 100 nəfər

Toy mərasimlərinin ailə büdcəsinə yaratdığı maliyyə yükünün azaldılması üçün mərasimlərin müddəti və iştirakçı sayı ilə bağlı müəyyən məhdudiyyətlərin tətbiqi təklif olunur. Sosioloq Hüseyn İbrahimov yeni sabah-a açıqlamasınd

Arıqlamaq istəyənlərin NƏZƏRİNƏ - Nahar üçün ideal vaxt açıqlandı

Naharın hansı saatda yeyilməsi yalnız gündəlik qidalanma rejiminə deyil, çəkiyə nəzarətə də təsir göstərə bilər. Aparılan araşdırmalardan birində arıqlamağa çalışan 420 nəfərin qidalanma vərdişləri izlənilib. Məlum olub ki


yeni xeberler son xeberler azerbaycan xeberleri xeberler bugun 2026 dunyada son xeberler sou xeberler axsam az xeberler