Parisə arxalanan İrəvan təxribatlarla sülhü pozur - MÜHARİBƏ ehtimalı artır

Parisə arxalanan İrəvan təxribatlarla sülhü pozur - MÜHARİBƏ ehtimalı artırErmənistan sülh müqaviləsinin imzalanmasını yubatmağa çalışır. Avropadakı bəzi güclər, xüsusilə Fransa bu məsələdə Ermənistana dəstək verir".
KONKRET.az xəbər verir ki, bunu "Report"a açıqlamasında siyasi analitik, professor Sabir Məmmədli deyib.
O bildirib ki, Ermənistanda siyasi oyunçuların çoxluğu bu ölkənin cəmiyyətində gərginlik yaradır: "Bu, orduya da siraət edir. Düşünürəm ki, təxribatlar birbaşa sülh prosesinə qarşı yönəlib. İkincisi, ermənilərin Laçın sərhəd-nəzarət buraxılış məntəqəsi vasitəsilə rahat hərəkət etməsi də qarşı tərəfi narahat edir, qıcıqlandırır. Üçüncüsü isə Ermənistanın təxribatları həm də Rusiyaya etiraz cəhdidir".
Analitik qeyd edib ki, Azərbaycan ordusu kifayət qədər sərrast addımlar atır: "Ermənistan təxribatlarını davam etdirərsə, genişmiqyaslı eskalasiyanın başlaması mümkündür. Bu, Ermənistan-Azərbaycan müharibəsi olacaq. Qarşı tərəf bizi savaşa məcbur edir. Xüsusilə nəzərə almaq lazımdır ki, hələ də anklavlar məsələsi həll olunmayıb. Həmin anklavlar tarixi Azərbaycan torpaqlarıdır. Bunu Ermənistanın baş naziri Nikol Paşinyan da etiraf etsə də, hələ anklavları qaytarmır. Sözügedən məqam vəziyyəti daha da qəlizləşdirir. Ermənistan indi sadəcə olaraq eyforiyadadır. Qarşı tərəf başa düşməlidir ki, sabotaj cəhdlərinin sonunda genişmiqyaslı müharibənin başlama ehtimalı onlar üçün yaxşı nəsə vəd etmir".
Parisə arxalanan İrəvan təxribatlarla sülhü pozur - MÜHARİBƏ ehtimalı artırProfessorun sözlərinə görə, Ermənistanın Azərbaycanla mübarizə aparmaq gücü yoxdur: "Heç Fransa da Ermənistana kömək etməyəcək. Odur ki, müharibə düşmən üçün arzuolunmaz ssenaridir. Amma həm Avropa ittifaqı, həm də Rusiya növbəti gərginlikdə maraqlıdırlar. Ona görə də diqqətli, soyuqqanlı olmaqda fayda var. Düşünürəm ki, müharibə başlamasa belə, lokal əməliyyatlara start verilməsi mümkündür. Reallıq ondan ibarətdir ki, nə üçüncü qüvvələr, nə Ermənistan hərbi-siyasi hakimiyyəti sülh istəyir. Nikol Paşinyan üçüncü tərəflərə müqavimət göstərə biləcək siyasi iradəyə sahib deyil".
Qeyd edək ki, Ermənistan təxminən 10 gündür şərti dövlət sərhədində və Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində silahlı təxribatlar törədir, Azərbaycan Ordusunun mövqelərini atəşə tutur. Buna cavab olaraq Azərbaycan Silahlı Qüvvələri adekvat tədbirlər görür.

Siyasi       Tarix: 18 iyun 2023
f Paylaş

Oxşar xəbərlər

Azərbaycan və Türkiyə prezidentlərinin görüşü Gürcüstan mediasının diqqət mərkəzindədir

Gürcüstan mediası Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb. xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri bu ölkə mediasının diqqət mərkəzində olub. Bu ölkənin aparıc

Ərdoğan sabah Qarabağa gəlir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sabah Azərbaycana səfər edəcək. Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanəddin Duran məluma

Ərdoğan hökuməti toplayır - Azərbaycan səfəri

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə bu gün Beştəpədə Nazirlər Kabinetinin toplantısı keçiriləcək. nocommentaz-a istinadən bildirir ki, hökumətin iclasında əsas müzakirə mövzularından birinin milyonlarl

Bolşeviklərin vədləri və reallıq: İnqilab xalqı necə məhv etdi

1917-ci ilin Fevral inqilabı zamanı bolşeviklər partiyasının sıralarında cəmi 24 min nəfər var idi. Lakin cəmi altı ay sonra, həmin ilin oktyabrında onların sayı təxminən 350 min nəfərə çatmışdı. Bu, Rusiya imperiyasını

XİN: 8 Noyabr xalqın milli birliyinin, sarsılmaz iradəsinin, əzminin və Vətənə bağlılığının rəmzidir

8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixinin ən şanlı səhifələrindən birini təşkil edir. Bu əlamətdar gün 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Qələbənin, xalqımızın mill

Azərbaycanda Dövlət Bayrağı Günüdür

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür. xatırladır ki, Prezident İlham Əliyevin 17 noyabr 2009-cu il tarixli sərəncamına əsasən, hər il noyabrın 9-u ölkədə Dövlət Bayrağı Günü kimi qeyd edilir. Azərbaycan müstəqilliyin

Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır

"Azərbaycan–Çin ticarətində rekord göstəricilər ölkəmizin artan geoiqtisadi əhəmiyyətini nümayiş etdirir". Bu fikirləri -a açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov Azərbaycanla Çin arasında ticarət dövriyyəsini

Merz Trampla Ukraynadakı müharibəni müzakirə etdi

Almaniya kansleri Fridrix Merz ABŞ Prezidenti Donald Trampla telefon danışığı aparıb. KONKRET.azaxaraz-a istinadən xəbər verir ki, bu barədə "N-tv" məlumat yayıb. Məlumata görə, hər iki tərəf Ukraynaya qarşı müharibəni

Fransada 1,6 milyonluq etiraz: Makron hakimiyyətini nə gözləyir?

Fransada bahalaşmaya qarşı keçirilən kütləvi etiraz aksiyalarında 600 mindən çox insan iştirak edib. "Associated Press"in məlumatına görə, Fransa Daxili İşlər Nazirliyi nümayişçilərin sayını 600 min nəfər, həmkarla


azerbaycan xeberleri son xeberler yeni xeberler cəbhədən ən son xəbər son xeber az cəbhədən son xəbərlər 2026 hava haqqinda