"Parislə Bakını eyni tərəziyə qoymaq mümkün deyil" - "Öz gözündə tiri görməyən" Makron belə İFŞA OLUNDU - ÖZƏL

"Fransa başdan-ayağa problemlər girdabında boğulan bir ölkədir. Təbii ki, söhbət bu ölkənin sosial rifah halından yox, digər məsələlərdən gedir. Bütün mənfi tendensiyalar Makron administrasiyası tərəfindən dəstəklənir və icra olunur".
Bu fikirləri KONKRET.az-a açıqlamasında politoloq Turan Rzayev səsləndirib. O bildirib ki, son illər Fransada neonasizmin, irqçiliyinin və İslamafobiyanın sürətlə yayıldığını görmək mümkündür:
"Fransa dünyada hər nə qədər demokratik dəyərlərin beşiyi və müdafiəçisi kimi tanınsa da, reallıq ondan ibarətdir ki, bu ölkədə çürümüş və insanlıq tarixinə yaraşmayan bir çox ideologiya formalaşır. Bu hadisələr Fransada ilk və son deyil. Fransızlar artıma meylli deyillər və bu səbəbdən də ölkəyə Qərbi Afrika dövlətlərindən hər il yüzlərlə miqrant gəlir. Bu isə öz növbəsində milliyətçiliyi və irqçiliyi daha da artırır. Təbii ki, baş verən hadisələrdə Makron hakimiyyətinin səriştəsizliyi xüsusi vurğulanmalıdır. Çünki Makron seçki prosesində bir çox irqçi və İslamafob açıqlamaları ilə yadda qalıb.
Bu gün Fransa prezidenti Emmanuel Makron başda Azərbaycan olmaqla bir çox ölkələrin daxili işlərinə "burnunu soxmaqla" məşğuldur. Amma onun öz ölkəsindəki vəziyyətdən xəbəri yoxdur. Biz bilirik ki, Fransada Azan səsinə, hicaba və Qurani-Kərimə qarşı ciddi kampaniyalar həyata keçirilir. Bundan əlavə irqçilik pik həddədir. Qaradərili insanlara qarşı kütləvi iğtişaşların və hücumların şahidi oluruq. Əslində Fransa başdan-ayağa problemlər girdabında boğulan bir ölkədir. Təbii ki, söhbət bu ölkənin sosial rifah halından yox, digər məsələlərdən gedir. Bütün mənfi tendensiyalar Makron administrasiyası tərəfindən dəstəklənir və icra olunur".
Politoloqun sözlərinə görə, başda AŞPA olmaqla digər beynəlxalq təşkilatlar Fransanın bu cür mənfur siyasətinə səssiz qalırlar:
"Lakin Azərbaycanla bağlı məsələlərdə çox radikal qərarların qəbul olunduğunu görürük. Bu gün Fransa Azərbaycanda daxili işlərə müdaxilə etməyə çalışır. Qondarma və separatçı rejiimin, işğalçıların müdafiəsinə qalxır. Bütün bunlar rəsmi Parisin Azərbaycanın ərazi bütövlüyünə qarşı hörmətsizliyi kimi dəyərləndirilir. Baş verənlər Fransanın ermənipərəst siyasət yürütdüyünü sübuta yetirir. Təbii ki, erməni lobbisinn dəstəyi ilə prezident seçilən Makrondan başqa nəsə gözləmək mümkün deyil.
Bir sözlə, Fransa tarixin yaddaşında qara ləkələrə qalan bəşəri cinayətlərin icraçısıdır. Afrikadakı kölə ticarətini, Əlcəzairdəki soyqırımı və digər hadisələri buna misal göstərmək olar. Ona görə də, beynəlxalq təşkilatlar Fransada baş verən polis zorakılığına səssiz qalmamalıdır. Bu gün Azərbaycanda da müxtəlif millətərin nümayəndələri yaşayır və təhsil alır. Lakin Azərbaycan heç zaman insanların rənginə və ya dininə görə onları diskirminasiyaya məruz qoymayıb. Fransa bizdən iqtisadi baxımdan güclü olsa da, dəyərlərin qorunub saxlanılması və icrası nöqteyi-nəzərdən Parislə Bakını eyni tərəziyə qoymaq mümkün deyil".
Müşviq Tofiqoğlu,
KONKRET.az

Siyasi       Tarix: 30 iyun 2023
f Paylaş

Oxşar xəbərlər

Azərbaycan, ABŞ və Ermənistan üçtərəfli işçi qrup yaratdı 

ABŞ, Azərbaycan və Ermənistan hökumətləri Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutunun (TRIPP) həyata keçirilməsini sürətləndirmək məqsədilə üçtərəfli texniki planlaşdırma qruplarının fəaliyyətinə başlayıblar. -a istinadə

KTMT-də iştirak etməkdə maraqlı deyilik - Paşinyan

Ermənistan artıq KTMT-də iştirak etməkdə maraqlı deyil. axaraz-a istinadən xəbər verir ki, bunu Ermənistanın Baş nazir Nikol Paşinyan deyib. "İstəyirəm ki, bundan sonra Ermənistanın KTMT ilə bağlı maraqlarının tükəndiyin

Ərdoğan hökuməti toplayır - Azərbaycan səfəri

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə bu gün Beştəpədə Nazirlər Kabinetinin toplantısı keçiriləcək. nocommentaz-a istinadən bildirir ki, hökumətin iclasında əsas müzakirə mövzularından birinin milyonlarl

Bu gün Azərbaycanda Zəfər Günüdür

Bu gün Azərbaycanın İkinci Qarabağ müharibəsində qazandığı tarixi Qələbənin altıncı ildönümü - Zəfər Günü qeyd olunur. xəbər verir ki, Zəfər Günü Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyevin 2020-c

Euronews' Azərbaycanda Zəfər Gününün qeyd olunmasını nümayiş etdirib

Avropanın "Euronews" televiziya kanalı 44 günlük Vətən Müharibəsində Azərbaycanın qələbəsinin altıncı ildönümünə və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bayram tədbirlərində iştirakına həsr olunmuş materia

Rusiya bu ölkəyə qarşı da hərəkətə keçir - NATO müharibəyə qoşulur?

Finlyandiya Quru Qoşunlarının komandanı general-leytenant Passi Vəliməki "Bloomberg" agentliyinə açıqlamasında ölkəsinin Rusiya ilə sərhəddə tank əleyhinə xəndəklər və maneələrdən ibarət müdafiə xətti inşa etməy

Ərdoğan böyük dövlət qurur, Putin isə... Türkiyədə niyə daşınmaz əmlak satışa çıxarılır?

İstanbulun ən bahalı rayonlarından biri olan Beyoğlunda daşınmaz əmlakın kütləvi şəkildə satışa çıxarılması nə ilə bağlıdır? Türkiyə regionda dəyişən geosiyasi vəziyyətdən necə yararlanır?. – Burada, İstanbulda hər şey saki

Hikmət Hacıyev: Zəfər Günü ərəfəsində gözəl Şuşada olmaq insana sonsuz qürur və xoşbəxtlik hissi yaşadır

Zəfər Günü ərəfəsində gözəl Şuşada olmaq insana sonsuz qürur və xoşbəxtlik hissi yaşadır. xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdir

Ermənistan bu ölkədən külli miqdarda raket alır

Hindistan "Pinaka" raket artilleriyası proqramını genişmiqyaslı şəkildə genişləndirməyə doğru irəliləyir. Hazırda təxminən 400 raketin tədarük prosesi həyata keçirilir. -a istinadən xəbər verir ki, bu barədə "İndia


yeni xeberler azerbaycan xeberleri son xeberler en son xeber son xeberler bugun 2026 azerbaycan xeber.az 2026 metbuat