Parlamentin iki komitəsi Şuşada iclas keçirdi: Nələr müzakirə edildi?

Parlamentin iki komitəsi Şuşada iclas keçirdi: Nələr müzakirə edildi?İyunun 11-də Milli Məclisin Aqrar siyasət və Regional məsələlər komitələrinin Şuşa şəhərində birgə iclası keçirilib.
Bu barədə Oxu.Az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov Prezident İlham Əliyevin fərmanı ilə Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarının yaradılmasının ölkədə regional iqtisadi idarəetmənin təkmilləşdirilməsi və ərazicə optimallaşdırılması baxımından əhəmiyyətindən bəhs edib.
Bu iqtisadi zonalara daxil olan rayonların hər birinin özünəməxsus zəngin təbii resurslara, yüksək iqtisadi potensiala malik olmasını diqqətə çatdırıb.
Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev Şərqi Zəngəzur və Qarabağ iqtisadi bölgəsinə daxil olan rayonların iqtisadiyyatında ənənəvi sahələrə üstünlük verilməklə yanaşı, rəqabətədavamlı qeyri-ənənəvi sahələrin də inkişaf etdirilməsi ilə bağlı qeydlərini bildirib. O, işğaldan azad olunmuş ərazilərdə aqrar sahənin inkişafı ilə bağlı fikirlərini səsləndirib.
İclasda deputatlar Vətən müharibəsində böyük Zəfərdən sonra azad edilmiş ərazilərdə aparılan geniş vüsətli tikinti və quruculuq işlərini, regionun iqtisadi inkişafı və tərəqqisi istiqamətində həyata keçirilən layihələri,  o cümlədən "Yaşıl enerji zonası" konsepsiyasını yüksək dəyərləndiriblər.  
Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonalarının inkişaf potensialı, Böyük Qayıdışın gerçəkləşdirilməsi prosesi ilə bağlı fikirlərini bölüşüblər.
Dinləmələrdə çıxış edənlər iqtisadi zonaların hərtərəfli inkişafının ölkəmizin ümumi iqtisadiyyatının daha da böyüməsinə və dövlətimizin qüdrətinin artmasına  öz töhfələrini verəcəyinə inamlarını ifadə ediblər.
Bununla da Milli Məclisin Aqrar siyasət və Regional məsələlər komitələrinin Şuşa şəhərində keçirilən birgə iclası başa çatıb.

Sosial       Tarix: 11 iyun 2022
f Paylaş

Oxşar xəbərlər

İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA

"İranda benzinin qiymətinin kəskin artırılmasının Azərbaycana ciddi iqtisadi təsir göstərəcəyini düşünmürəm. Azərbaycan və İran iki suveren dövlətdir və hər bir ölkənin öz iqtisadi siyasəti və reallıqları var"

Bacısının 19 yaşlı sevgilisini öldürmüşdü - Bu cəza verildi

Bu ilin aprel ayında Şəmkirdə 19 yaşlı Ramal Quliyevi bıçaqlayaraq qətlə yetirən 15 yaşlı F.Poladovun (şərti soyadlı) məhkəməsi başa çatıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, yetkinlik yaşına çatmayan şəx

Qeyri-qida malları ilə bağlı YENİ QAYDA 

Azərbaycana idxal edilən qeyri-qida istehlak mallarının təhlükəsizlik tələblərinə uyğunluğuna nəzarət gücləndirilib. Trend-ə istinadla xəbər verir ki, bununla bağlı dəyişikliklərin əks oldunduğu, iyulun 13-də qəbul edilə

Sentyabrda tıxaclara qarşı vacib addım: 150 avtobus xəttə çıxacaq

Bakıda metro təmiri, tələbələrin şəhərə qayıdışı və "Formula 1" yarışlarının yol məhdudiyyətlərinin eyni vaxta düşməsi sentyabrda tıxac riskini artırır. xəbər verir ki, mövzu ilə bağlı nəqliyyat üzrə ekspert Elməddi

Azərbaycanda ata oğlunun toyunda həbs olundu

Şirvanda toyda insident yaşanıb. " "a istinadla xəbər verir ki, hadisə "Aytac" şadlıq sarayında baş verib. Hadisəyə səbəb isə toy məclisində kriminal məzmunlu musiqinin səsləndirilməsi olub. Bu zaman xidmətd

Azərbaycanda qadınlarla kişilərin maaşı arasında CİDDİ FƏRQ

Azərbaycanda qadınlarla kişilərin orta aylıq əmək haqqı arasında ciddi fərq qalmaqdadır. -a istinadla xəbər verir ki, 2025-ci ildə muzdla çalışan kişilərin orta aylıq nominal əmək haqqı 1264 manat, qadınların isə 874,6 mana

Daha çox maaş almaq istəyirsinizsə... – Bu bacarıq gəlirinizi artıra bilər

Xarici dil bilmək artıq yalnız əlavə bacarıq deyil, bir çoxsahədə işə qəbul zamanı namizəddən tələb olunan əsas meyarlardan birinəçevrilib. Xüsusilə ingilis və rus dillərini bilmək müxtəlifvakansiyalarda üstünlük kimi göstərilir

Bu şəxslər 10 min manatadək cərimə olunacaqlar

Ağacların üzərinə qanunsuz yerləşdirilən 267 reklam qurğusu sökülüb. xəbər verir ki, bu barədə Dövlət Reklam Agentliyi (ADRA) məlumat yayıb. Bildirilib ki, 2026-cı ilin yanvar-avqust aylarında Bakı və regionlarda aparıla

Qonşu ölkədə dollar kəskin bahalaşdı

İranda qiymət artımı və valyuta bazarında gərginliyin davam etdiyi vaxtda ABŞ dollarının məzənnəsi misli görünməmiş həddə – 225 min tümənə çatıb. xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb. Digər əsas valyutalard


son xeberler azerbaycan xeberleri yeni xeberler xeberler bu gun sosial yardim en son xeberler bu gun axsam.az xeberler