Paşinyan: Azərbaycanla sülh hətta min il əhəmiyyət kəsb edəcək

Paşinyan: Azərbaycanla sülh hətta min il əhəmiyyət kəsb edəcək2025-ci il avqustun 8-də Vaşinqton sammitində təsbit edilən Ermənistan və Azərbaycan arasındakı sülh son iki il yarım ərzində Cənubi Qafqaz üçün ən mühüm hadisələrdən biri olub.
Bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan Avropa Parlamentində çıxış edərkən bildirib.
"Son iki il yarımın ən yaddaqalan hadisəsi Ermənistan və Azərbaycan arasında bərqərar edilmiş sülhdür. O, 8 avqust 2025-ci ildə ABŞ-nin paytaxtı Vaşinqtonda, Ağ Evdə Azərbaycan Prezidenti İlham Əliyev və mən birgə bəyannamə imzaladığımız zaman rəsmən təsbit edildi. Bu sənəd mahiyyətcə Ermənistan və Azərbaycan arasında sülhü bərqərar etdi", - Paşinyan bildirib.
O vurğulayıb ki, bu gün Cənubi Qafqazda baş verən dəyişikliklər "minilliklərlə olmasa da, əsrlərlə" əhəmiyyət kəsb edir.
Baş nazir həmçinin bildirib ki, Vaşinqton bəyannaməsi çox vacib və həssas bir məsələni - regional kommunikasiyaların blokdan çıxarılmasını həll etməyə imkan verib.
"Bu səylər tərəflərin beynəlxalq və daxili kommunikasiyalarında qarşılıqlı fayda nəzərə alınmaqla, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında Ermənistan Respublikasının ərazisi vasitəsilə maneəsiz əlaqəni də əhatə edəcək", - o bildirib.
Paşinyanın sözlərinə görə, TRIPP (Tramp Marşrutu) layihəsi getdikcə konkretləşəcək. "Yaxın gələcəkdə Ermənistan və ABŞ müvafiq sazişlər imzalayacaq və layihənin praktik icrasına başlanılacaq", - Paşinyan bildirib.
"2025-ci il, 1991-ci ildə müstəqillik əldə edildikdən bəri sərhəddə ölən və yaralananların qeydə alınmadığı, sərhədyanı bölgə sakinlərinin atəş səsləri eşitmədiyi ilk il oldu", - o qeyd edib.
report

Siyasi       Tarix: 11 mart 2026
f Paylaş

Oxşar xəbərlər

Buxarada Azərbaycan–Özbəkistan dostluq konserti təşkil olunub

Buxarada keçirilən "Azərbaycan Mədəniyyəti: Ədəbiyyat və Sənət Həftəsi" çərçivəsində şəhərin tarixi məkanlarından biri olan Kukeldaş mədrəsəsində Azərbaycan və Özbəkistan musiqiçilərinin iştirakı ilə konsert proqram

Hindistanın XİN rəhbəri Azərbaycana gəlib

Hindistanın xarici işlər naziri Kirti Vardhan Sinqh Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) VII sammitində iştirak etmək üçün Bakıya gəlib. xəbər verir ki, bu barədə nazir "X" sosia

"Ermənistanla Azərbaycan arasında anklav və eksklavlar olmamalıdır

Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla sülhün əsas prinsipləri haqqında fikirlərini açıqlayıb. . Bu barədə o, sosial şəbəkə hesablarında canlı yayım zamanı danışıb. Paşinyan bildirib ki, sülh sazişinin imzalanmas

Ermənistanla bağlı qətnamələr 30 il niyə icrasız qaldı? – Politoloqdan AÇIQLAMA

"Ermənistanın keçmiş rəhbərliyi hərbi cinayətlərdə və terror hadisələrində iştirakına görə daha ciddi məsuliyyət daşıyır, lakin beynəlxalq ictimaiyyət bu məsələdə susqunluq nümayiş etdirir". Bu sözləri politolo

İlham Əliyev Hakan Fidanı qəbul etdi

Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 15-də Türkiyə Respublikasının xarici işlər naziri Hakan Fidanı qəbul edib. Görüşdə Azərbaycan-Türkiyə münasibətlərində son dövrlərdə müşahidə olunan proseslər ətrafında fikir mübadiləs

Nazirlər Kabineti 'Azərişıq' və 'Azərenerji' ilə bağlı qaydada dəyişiklik edib

Nazirlər Kabineti 14 mart 2017-ci il tarixli qərarı ilə təsdiq edilmiş "Elektroenergetika və qaz təchizatı sahəsində fəaliyyət göstərən paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər arasınd

Paşinyan razılaşmaya əməl edəcəkmi? - Zəngəzur dəhlizi ilə bağlı AÇIQLAMA

Paşinyanın sülhlə bağlı son mesajlarından sonra Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesi, eləcə də Zəngəzur dəhlizi və digər nəqliyyat-kommunikasiya xətlərinin açılması ilə bağlı müzakirələr genişlənib

Bakıda Azərbaycan və Qazaxıstan prezidentləri görüşdülər - FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin oktyabrın 15-də Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev ilə görüşü olub. Söhbət zamanı Azərbaycan-Qazaxıstan strateji tərəfdaşlıq və müttəfiqlik əlaqələrini

Zelenski Brüsselə getdi - Onlarla görüşəcək

Ukrayna Prezidenti Volodimir Zelenski Avropa Şurasının iclasında iştirak etmək və tərəfdaşları ilə danışıqlar aparmaq üçün Brüsselə gedib. xəbər verir ki, o bu barədə özünün teleqram kanalında məlumat verib. Zelenskinin NAT


son xeberler yeni xeberler azerbaycan xeberleri xeber.az xəbər xabarlar xeberler bugun 2026