"Paşinyan Azərbaycanla sülh müqaviləsi bağlamaq üçün buna məcburdur" - AÇIQLAMA

Baş nazir Nikol Paşinyanın ölkə konstitusiyasına dəyişikliklə bağlı referendum keçirmək istəyi Ermənistanda birmənalı qarşılanmayıb. Ermənistan cəmiyyətində qızğın müzakirələrə səbəb olan bu təklifə diasporadan da ciddi təpkilər var. Amma Baş nazir yeni referendum keçirilməsində israrlıdır.
Bəs Ermənistan konstitusiyasında dəyişiklik baş verərsə, düşmən ölkə Azərbaycana qarşı ərazi iddialarından əl çəkəcəkmi?
KONKRET.az xəbər verir ki, Gürcüstanlı politoloq İrakli Qoqavanın sözlərinə görə, Paşinyan Ermənistan konstitusiyasının preambulasını dəyişməyə çalışır. Əgər bu baş verməyəcəksə belə çıxacaq ki, Azərbaycana ərazi iddiası Ermənistanın milli məqsədidir:
"Gələcəkdə Ermənistanı kimin idarə edəcəyi və Ermənistan konstitusiyasındakı bu bəndin necə istifadə ediləcəyi məlum deyil. Prezident Əliyevin dəfələrlə bəyan etdiyi kimi, bu hüquqi norma konstitusiyadan çıxarılmadan Azərbaycan və Ermənistan arasında sülh sazişinin əldə olunması mümkün deyil. Ermənistanda da bu məsələyə ciddi yanaşmalıdırlar. Dinc gələcəkləri naminə onlar belə bir qərar verməyə borcludurlar. Düşünürəm ki, Ermənistan cəmiyyətinin əksəriyyəti bunu başa düşür və Paşinyan da bu istiqamətdə ciddi addımlar atır. Ərazi bütövlüyü prinsipi şübhə altına alınmamalıdır".
Politoloqun fikrincə, Cənubi Qafqaz ölkələri davamlı və uzunmüddətli sülhə gətirib çıxaracaq əməkdaşlıq modeli axtarmalıdırlar. Bunun üçün bir neçə prinsip əsas şərt kimi götürülməli və buna əməl olunmalıdır: "Cənubi Qafqaz regionunda bütün münaqişələrin həlli, güc mərkəzlərinin iqtisadi maraqlarına hörmət və kommunikasiyaların açılması yeni modelin inkişafına şərairt yaradacaq. Düşünürəm ki, Nikol Paşinyan Azərbaycanla sülh müqaviləsinə maneəni aradan qaldırmaq üçün referenduma gedəcək".
Qazaxıstanlı politoloq Fərhad Kasenov isə bildirib ki, konstitusiya referendumu zamanı bəzi detalları nəzərə almaq lazımdır: "Nikol Paşinyan 6 ildir Ermənistana rəhbərlik edir. Bu adam öz tamaşaçısının əhval-ruhiyyəsini hiss etməyi bacarır. İndi o, çoxdan başladığı siyasi oyunu bitirməyi düşünür. Sülh müqaviləsinin bağlanmasından sonra Ermənistan üçün dünyaya yeni pəncərə açılacaq. Azərbaycan regionun lider dövlətidir və onun xeyir-duasını almadan hər hansı layihəni gerçəkləşdirmək mümkün deyil. Yeganə sual budur ki, Paşinyan yaranan tarixi şansdan necə istifadə edəcək və revanş tərəfdarlarını cilovlamaqla irəliyə doğru addım ata biləcəkmi?"
Qazaxıstanlı politoloqun fikirincə, erməni xalqı 30 illik işğalçılıqdan sonra həyata ayıq baxışını bərpa etməyin çətin mərhələsini yaşayır: "Bu cür iddiaların rədd edilməsi müsbət potensial vəd edir. Amma buna kütləvi şüurun uzunmüddətli ətaləti mane olur. Əslində, yaxın gələcəkdə həm Ermənistan rəhbərliyinin, həm də bütün cəmiyyətin qarşıdan gələn dəyişikliklərə nə dərəcədə hazır olduğu və onların keçdiyi problemlərin pis dairəsindən çıxıb-çıxmayacaqları bəlli olacaq".
Vəli Həsənov,
KONKRET.az

Siyasi       Tarix: 05 fevral 2024
f Paylaş

Oxşar xəbərlər

ABŞ tarixində ilk müsəlman senator seçildi – Abdul Əl-Səyyid Mayk Rocersi məğlub etdi

ABŞ tarixində ilk dəfə müsəlman siyasətçi Senata seçilib. KONKRET.azxəbər verir ki, demokrat namizəd, 42 yaşlı Abdul Əl-Səyyid Miçiqan ştatından senator seçkilərində respublikaçı Mayk Rocersi məğlub edərək tarixə düşüb. Misi

İtaliya XİN rəhbəri Azərbaycana gəlir

İtaliyanın xarici işlər naziri Antonio Tayani noyabrın sonunda Azərbaycana səfər edəcək. KONKRET.azxəbər verir ki, bu barədə Report-a diplomatik mənbə bildirib. Məlumata görə, XİN rəhbəri səfər çərçivəsində Azərbaycanın rəsm

Rəcəb Tayyib Ərdoğan Azərbaycana gələcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana gələcək. xəbər verir ki, -ın əldə etdiyi məlumata görə, səfər çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 8 Noyabr - Zəfər Günü münasibətilə keçiriləcək bayra

Vardanyanın arvadı Bakıya gəlmək istəyir

Bakıda həbsdə olan erməni separatçı Ruben Vardanyanın həyat yoldaşı Veronika Zonabend beynəlxalq qadınlardan ibarət humanitar nümayəndə heyətinin Azərbaycana səfəri ilə bağlı açıqlama yayıb. -a istinadən xəbərinə görə,

Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır

"Azərbaycan–Çin ticarətində rekord göstəricilər ölkəmizin artan geoiqtisadi əhəmiyyətini nümayiş etdirir". Bu fikirləri -a açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov Azərbaycanla Çin arasında ticarət dövriyyəsini

Ərdoğan böyük dövlət qurur, Putin isə... Türkiyədə niyə daşınmaz əmlak satışa çıxarılır?

İstanbulun ən bahalı rayonlarından biri olan Beyoğlunda daşınmaz əmlakın kütləvi şəkildə satışa çıxarılması nə ilə bağlıdır? Türkiyə regionda dəyişən geosiyasi vəziyyətdən necə yararlanır?. – Burada, İstanbulda hər şey saki

Ermənistan bu ölkədən külli miqdarda raket alır

Hindistan "Pinaka" raket artilleriyası proqramını genişmiqyaslı şəkildə genişləndirməyə doğru irəliləyir. Hazırda təxminən 400 raketin tədarük prosesi həyata keçirilir. -a istinadən xəbər verir ki, bu barədə "İndia

Hacıyevin Ermənistana səfəri ilə bağlı suala Mirzoyanın cavabı

Ermənistan xarici işlər və beynəlxalq ticarət naziri Ararat Mirzoyan Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin Ermənistana səfəri barədə danışıb. KONKRET. -a istinadla xəbər verir ki, bu barədə Ermənistan parlamentind

Sahibə Qafarova Qazaxıstana səfər edib

Milli Məclisin sədri Sahibə Qafarova Qazaxıstana işgüzar səfərə gəlib. Bu barədə Milli Məclisə istinadən xəbər verir. Məlumata görə, Astana şəhərinin Nursultan Beynəlxalq Aeroportunda Milli Məclisin sədrini Qazaxıstan Qurultayını


son xeberler azerbaycan xeberleri yeni xeberler son xabarlar bugun xeberler idman xeberleri son xəbər