"Paşinyan bilir ki, Bakı ilə zarafat etməyin acı nəticələri olur" - AÇIQLAMA

Ermənistanda gözlənilən konstitusiya islahatlarından sonra İrəvanın Azərbaycana qarşı ərazi iddialarından geri çəkiləcəyi iddia olunur. Ancaq buna şübhə ilə yanaşanlar da kifayət qədərdir. Onlar hesab edir ki, danışıqlar prosesini ləngitməyə hesablanan bu gedişlərin də bir sonu olmalıdır.
Rusiyalı politoloq Dmitri Babiç hesab edir ki, Paşinyan Azərbaycanla sülh müqaviləsi imzalamaq istəsə də, ona mane olan qüvvələr yetərincədir: "Azərbaycanla sülh müqaviləsi Paşinyanın Qərb müttəfiqlərinin istəyidir. O, tapşırığı yerinə yetirir və ya ən azı ABŞ və Aİ ölkələrindəki hakim dairələrdə buna çalışırmış kimi təəssürat yaratmağa çalışır. Bu, onun siyasətinin əsas xəttidir. Paşinyanın bəzi bəyanatları ona millətçilərə "hesabat vermək" üçün lazımdır".
Qazaxıstanlı politoloq Ruslan Salixov isə bildirib ki, Qərbdən dəstək gözləyən Paşinyan öhdəliklərin icrasını maksimum gecikdirir:
"Paşinyan həqiqətən də böyük planlar qurmur, o, ani bəxtlərin və təsadüfi hadisələrin siyasətçisidir. Bu mənada deyə bilərik ki, o, bir siyasətçi kimi çoxdan siyasi iradə nümayiş etdirməyi dayandırıb. Sadəcə  axınla gedir və heç nəyə cavabdeh olmadığını daim vurğulayır. "Mənim bununla heç bir əlaqəm yoxdur" devizi altında davam edən Paşinyan kursu ona məsuliyyətdən uğurla qurtulmağa imkan verir. Nikol dəyişməyə çalışsa da, ətrafdakı şərait  Ermənistanın əleyhinədir. Diqqət edin, Paşinyan 44 günlük müharibədə məğlubiyyətə görə məsuliyyəti dərhal rədd edərək, buna görə Ermənistanın əvvəlki liderlərini günahlandırdı. Yeri gəlmişkən, indiyə qədər revanşistlərin həddən artıq aşağı reytinqini nəzərə alsaq, görünür bu, işə yaradı. Paşinyanın ictimai çıxışları da kamuflyaj edilmiş müraciətdir. Lakin Azərbaycanın 2022 və 2023-cü ilin sentyabrında atdığı addımlar Paşinyanı və onun kabinetini nəzərəçarpacaq dərəcədə qorxudub. Artıq Ermənistanda hər kəs anlayıb ki, Bakı ilə zarafat etməyin acı nəticələri olur. Ona görə də Paşinyan Azərbaycanla sülh müqaviləsi imzalamağa razı olacaq".
Vəli Həsənov,
KONKRET.az

Siyasi       Tarix: 06 fevral 2024
f Paylaş

Oxşar xəbərlər

ABŞ tarixində ilk müsəlman senator seçildi – Abdul Əl-Səyyid Mayk Rocersi məğlub etdi

ABŞ tarixində ilk dəfə müsəlman siyasətçi Senata seçilib. KONKRET.azxəbər verir ki, demokrat namizəd, 42 yaşlı Abdul Əl-Səyyid Miçiqan ştatından senator seçkilərində respublikaçı Mayk Rocersi məğlub edərək tarixə düşüb. Misi

İtaliya XİN rəhbəri Azərbaycana gəlir

İtaliyanın xarici işlər naziri Antonio Tayani noyabrın sonunda Azərbaycana səfər edəcək. KONKRET.azxəbər verir ki, bu barədə Report-a diplomatik mənbə bildirib. Məlumata görə, XİN rəhbəri səfər çərçivəsində Azərbaycanın rəsm

Rəcəb Tayyib Ərdoğan Azərbaycana gələcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana gələcək. xəbər verir ki, -ın əldə etdiyi məlumata görə, səfər çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 8 Noyabr - Zəfər Günü münasibətilə keçiriləcək bayra

Vardanyanın arvadı Bakıya gəlmək istəyir

Bakıda həbsdə olan erməni separatçı Ruben Vardanyanın həyat yoldaşı Veronika Zonabend beynəlxalq qadınlardan ibarət humanitar nümayəndə heyətinin Azərbaycana səfəri ilə bağlı açıqlama yayıb. -a istinadən xəbərinə görə,

Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır

"Azərbaycan–Çin ticarətində rekord göstəricilər ölkəmizin artan geoiqtisadi əhəmiyyətini nümayiş etdirir". Bu fikirləri -a açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov Azərbaycanla Çin arasında ticarət dövriyyəsini

Ərdoğan böyük dövlət qurur, Putin isə... Türkiyədə niyə daşınmaz əmlak satışa çıxarılır?

İstanbulun ən bahalı rayonlarından biri olan Beyoğlunda daşınmaz əmlakın kütləvi şəkildə satışa çıxarılması nə ilə bağlıdır? Türkiyə regionda dəyişən geosiyasi vəziyyətdən necə yararlanır?. – Burada, İstanbulda hər şey saki

Ermənistan bu ölkədən külli miqdarda raket alır

Hindistan "Pinaka" raket artilleriyası proqramını genişmiqyaslı şəkildə genişləndirməyə doğru irəliləyir. Hazırda təxminən 400 raketin tədarük prosesi həyata keçirilir. -a istinadən xəbər verir ki, bu barədə "İndia

Hacıyevin Ermənistana səfəri ilə bağlı suala Mirzoyanın cavabı

Ermənistan xarici işlər və beynəlxalq ticarət naziri Ararat Mirzoyan Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin Ermənistana səfəri barədə danışıb. KONKRET. -a istinadla xəbər verir ki, bu barədə Ermənistan parlamentind

Sahibə Qafarova Qazaxıstana səfər edib

Milli Məclisin sədri Sahibə Qafarova Qazaxıstana işgüzar səfərə gəlib. Bu barədə Milli Məclisə istinadən xəbər verir. Məlumata görə, Astana şəhərinin Nursultan Beynəlxalq Aeroportunda Milli Məclisin sədrini Qazaxıstan Qurultayını


son xeberler azerbaycan xeberleri yeni xeberler son xabarlar bugun xeberler idman xeberleri son xəbər