Paşinyan bütün rəqiblərini həbs etdirdi
Ermənistanın Xüsusi İstintaq Xidməti İrəvanda ötən gün qanunsuz mitinqlər təşkil etdiyinə və keçirdiyinə görə 10 müxalifətçini həbs edib.
Publika.az xəbər verir ki, saxlanılanlar arasında "Çiçəklənən Ermənistan" partiyasının lideri Gaqik Tsarukyan, "Daşnaksütyun" nümayəndəsi Geqam Manukyan, Respublika Partiyasının nümayəndələri Eduard Şarmazanov, David Hambardzumyan və Ara Saakyan Ermənistan Cinayət Məcəlləsinin 225.1-ci maddəsinə əsasən zorakılıqla müşayiət olunan kütləvi iğtişaşların təşkili, odlu silah istifadəsi və ya hakimiyyət nümayəndəsinə silahlı müqavimət göstərməkdə ittiham olunur.
"Daşnaksütyun" üzvü İşxan Saqatelyan, Milli Təhlükəsizlik lideri Qarnik İsagulyan, "Vahid Ermənistan" partiyasının lideri Artur Qazinyan isə Ermənistan Cinayət Məcəlləsinin 307.1-ci maddəsinə əsasən dövlət sirrini ehtiva edən sənədlər yaymaqda günahlandırılır.
Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri, "Vətən" partiyasının lideri Artur Vanetsyan və politoloq Suren Surenyan isə hər iki maddəyə əsasən məsuliyyətə cəlb olunub.
Daha iki nəfərə - Vahaqn Çaxalyan və Xraçya Qukasyana yazılı öhdəlik verilib.
Cinayət işlərinin ibtidai istintaqı davam edir.
Xatırladaq ki, 11 noyabrda İrəvanda baş nazir Nikol Paşinyanın istefası tələbi ilə mitinq keçirilmişdi. Aksiyaları 17 müxalifət partiyası təşkil etmişdi.
Etirazların bu gün də davam edəcəyi gözlənilir.
Zümrüd
Kurslar.az kurslar [newsid: 0-123300]

Lukaku millidəki karyerasını başa vurdu
Minimum maaşla bağlı müjdə: 100 manat artım
Andorra - Azərbaycan oyunu: Millimiz hesabı açdı
"PAŞA Holding"in dəstəyi ilə Azərbaycan xalçaları Bolqarıstanda nümayiş olunub
Manatın taleyi ilə bağlı mühüm qərar – Mərkəzi Bank hərəkətə keçir
Dünya liderlərinin hesablarına kiberhücumların arxasında kim dayanır? - AÇIQLAMA
Qanlı Gölün ətrafı dəyişir – Yenidənqurma işlərinə start verildi
Birbank hərbçilər üçün nağd kreditdə 5%-dək güzəşt təqdim edir
FT: Şirkətlər süni intellekt bumunun azalması fonunda 4,2 trilyon dollar itiriblər
Bu şəxslərə böyük güzəşt – Xərcləri dövlət qarşılayacaq
Bakıda obyekt yanır
Bakıda polis əməkdaşı vəfat etdi
Sürücü infarkt keçirdi, mikroavtobus dənizə düşdü
Qara dənizdə yük gəmisi batdı: 4 azərbaycanlı xilas edildi
Mağazada qiymət göstərməyənlər cərimələnəcək