Paşinyan deyir ki, çəkiclə başlarını əzəcəm... - Ohanesyan
Ermənistanda yeni bir ideya ilə ortaya çıxanlar var. İrəvan indi də yeni komissiya yaratmaq niyyətindədir. Guya bu dövlət komissiyası 44 günlük müharibədəki məglubiyyəti və minlərlə hərbçi itkisində günahkar olanları araşdıracaq.
Publika.az Axar.az-a istinadən xəbər verir ki, bu sözləri Ermənistanın "Pressinq" verlişinin efirində Almaniyada universitetdə çalışan dosent, hüquqşünas Qor Ohanesyan deyib.
"Belə bir komissiya bir neçə il əvvəl də yaratmışdıq. Aprel döyüşlərini incələyirdi. Axırı nə oldu? Ermənistanın öz içində müharibə başladı. İrəvan dünya ictimaiyyəti qarşısında biabır oldu, müttəfiqləri ilə üz-üzə gəldi. İndi də belə olacaq. Biz öz içimizdə düşmən axtara-axtara bütün güclü fiqurlarımızı yox edəcəyik. Bu komissiya daha çox müxalifət ilə mübarizə sxeminə oxşayacaq. Mən 12 ildir Almaniyada yaşayıram. Burada belə bir şey heç vaxt baş verə bilməz. Çünki burada dövlət xadimləri ağıllarına gələni danışa bilməz. Xalq onları siyasətdən yox edər. Ermənistanda isə Paşinyan açıq-aydın deyir ki, mən çəkic ilə müxalifət liderlərinin başlarını əzəcəm, amma xalq ona səs verir", - deyə o qeyd edib.

Lukaku millidəki karyerasını başa vurdu
Minimum maaşla bağlı müjdə: 100 manat artım
Andorra - Azərbaycan oyunu: Millimiz hesabı açdı
"PAŞA Holding"in dəstəyi ilə Azərbaycan xalçaları Bolqarıstanda nümayiş olunub
Manatın taleyi ilə bağlı mühüm qərar – Mərkəzi Bank hərəkətə keçir
Dünya liderlərinin hesablarına kiberhücumların arxasında kim dayanır? - AÇIQLAMA
Qanlı Gölün ətrafı dəyişir – Yenidənqurma işlərinə start verildi
Birbank hərbçilər üçün nağd kreditdə 5%-dək güzəşt təqdim edir
FT: Şirkətlər süni intellekt bumunun azalması fonunda 4,2 trilyon dollar itiriblər
Bu şəxslərə böyük güzəşt – Xərcləri dövlət qarşılayacaq
Bakıda obyekt yanır
Bakıda polis əməkdaşı vəfat etdi
Sürücü infarkt keçirdi, mikroavtobus dənizə düşdü
Qara dənizdə yük gəmisi batdı: 4 azərbaycanlı xilas edildi
Mağazada qiymət göstərməyənlər cərimələnəcək