Paşinyan Ərdoğanla sazişə hazırlaşır: 3 bənd var
Ermənistanın qara günləri hələ qarşıdadır. Cəmiyyət vətəndaş müharibəsinin bir addımlığındadır. Hər keçən gün Ermənistanda siyasi bombanın partlayacağı ana yaxınlaşırıq.
Publika.az Axar.az-a istinadla xəbər verir ki, bu fikirlərlə Ermənistan parlamentinin vitse-spikeri İşxan Saqatelyan çıxış edib.
Onun sözlərinə əsasən, yaxın vaxtlarda onun partiyası böyük yürüş təşkil edəcək:
"Minlərlə insan İrəvan küçələrinə çıxacaq. Və əsl siyasi bomba effekti yaradacaq. Bu dalğa qarşısına keçəni məhv edəcək. Bizdə olan dəqiq məlumata əsasən, Ərdoğan ilə Paşinyan arasında gizli razılaşma əldə olunub. Razılaşmanın 3 bənddən ibarət olduğu bildirilir:
1. İrəvan "erməni soyqırımı" fikrindən çəkinəcək
2. Azərbaycanın ərazi bütövlüyünü tanıyacaq
3. Zəngəzur dəhlizi açıqlacaq.
Əgər yaxın günlərdə Ermənistan hökuməti bunu rəsmi olaraq bəyan etsə, Ermənistan cəmiyyyəti Paşinyanı güc yolu ilə devirməyə qalxacaq. Bu alınacaq, yoxsa yox? Bu, çox qəliz sualdır, çünki hazırda Ermənistan cəmiyyəti didərgin haldadır. Bu insanlar biabırçı məğlubiyyətin baş rolunda gedən Paşinyanı yenidən seçkilərdə qalib edən şəxslərdir. Bunlarla uzağa getmək olacaqmı?"

Neft yenidən ucuzlaşdı
ABŞ-nin F-16 qırıcısı qəzaya düşdü
Hüseyn əməliyyat olundu - Foto
Bu tarixdə Bakıda qaranlıq olacaq
Əli Nağıyev Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının 28-ci iclasına qatıldı
TDT-nin yeni strateji xətti: Təhlükəsizlikdən strateji tərəfdaşlığa
BMT sistemi normal fəaliyyət göstərsəydi ərazilərimizi güc yolu ilə geri almağa məcbur qalmazdıq
Karapetyanın ev dustaqlığı daha iki ay uzadıldı
Ağdamda toyda dava: Xəsarət alan var
Bakıda küçədə meyit tapıldı
Zelenskidən önəmli açıqlama: İkinci həmlə edildi
Beş dövlət Xəzər dənizi ilə bağlı yeni qərar verdi
Elza Seyidcahanın şeiri Kərkükdə dərc olundu: "Təyyarə ilə ora gedib, solo konsert verəcəm
Paşinyan TRIPP-lə bağlı məsələyə nöqtə qoydu: İkisi də Azərbaycanda olacaq
Bu gün Azərbaycanda Milli Musiqi Günüdür