"Paşinyan Ermənistan Respublikasını ləğv edəcək və yerinə heç nə yaratmayacaq" - Sasunyan
"Yeni Konstitusiya ilə Ermənistanın baş naziri Nikol Paşinyan hazırkı Ermənistan Respublikasını ləğv edir".
KONKRET.az xəbər verir ki, bu sözləri "The California Courier" qəzetinin baş redaktoru, ictimai xadim Harut Sasunyan deyib.
O qeyd edib ki, Paşinyanın yeni Konstitusiyanın qəbulu ilə konkret nə planlaşdırdığı barədə məlumatı olmasa da, baş nazirin əvvəlki çıxışlarına, eləcə də hakimiyyətin ümumi ritorikasına əsaslanaraq belə düşünür.
"Əgər Paşinyan bunu yeni və daha yaxşı bir şey yaratmaq məqsədi ilə edirsə, başqa məsələ. Amma o, bunu etmək fikrində deyil, çünki o, yeni nəsə yaratmaq iqtidarında deyil. Ermənistanın gerbi, himni və ola bilsin bayrağı dəyişdiriləcək. Onun gerblə bağlı açıqlamaları yadımdadır, demişdi ki, Ermənistanın gerbində heç vaxt aslan olmayıb, ancaq gerbdə aslan təsvir olunub. Bu şərhlər o qədər gülüncdür ki, əgər ölkənin baş naziri tərəfindən deyilməsəydi, onları ciddiyə almazdım deyə", – Sasunyan əlavə edib.
O, hesab edir ki, Paşinyan yeni Konstitusiya ilə Türkiyə-Azərbaycan müttəfiqliyinin tələblərini yerinə yetirir.
Günel Mikayılova,
KONKRET.az
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər
Gənc iş adamı toyda qəfil öldü - Foto
Bir neçə cinayətə görə axtarışda olan 74 yaşlı qadın həbs edildi
İran ordusunun zabiti öldürüldü
KTMT-də iştirak etməkdə maraqlı deyilik - Paşinyan
Oğlu öldürülən qadın gəlinini bağışladı, məhkəmə cəzasını azaltdı
Ağır məğlubiyyət: Respublikaçılar Trampdan siyasi kursunu dəyişməyi tələb edir
Ərdoğan böyük dövlət qurur, Putin isə... Türkiyədə niyə daşınmaz əmlak satışa çıxarılır?
Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu
Azərbaycan Hava Yolları gələcəyin texniki mütəxəssislərini yetişdirir - FOTOLAR
"Vəziyyəti düzəltməyə çalışacağıq" - Qurban Qurbanov
39 yaşlı kişi evində ölü tapıldı
Mingəçevirdə yük maşını bataqlıqda batdı