Paşinyan: "Ermənistan Rusiyanın müttəfiqi deyil"
"Ukrayna ilə müharibədə Rusiyanın müttəfiqi deyilik. Biz bu münaqişədən narahatlıq keçiririk. Çünki bütün münasibətlərimizə birbaşa təsir edir".
KONKRET.az xəbər verir ki, bu fikri Ermənistanın baş nazir Nikol Paşinyan səsləndirib.
Daha sonra o əlavə edib:
"Qərbdə bizim Rusiyanın müttəfiqi olduğumuzu düşünürlər. Rusiyada isə görürlər ki, biz Ukrayna müharibəsində onların müttəfiqi deyilik. Və belə çıxır ki, biz bu vəziyyətdə heç kimlə müttəfiq deyilik. Biz bundan qaçırıq, ona görə ki, vəziyyətlə bağlı heç bir fikrimiz yoxdur", – deyə Paşinyan bildirib.
Baş nazir deyib ki, Ermənistanın problemləri onlara başqalarının problemlərinə qarışmağa imkan vermir.
"Bizim çətinliklərimiz geosiyasətlə yox, coğrafiya ilə bağlıdır. Dünya siyasəti nə qədər dəyişsə də, coğrafi mövqeyimiz dəyişməyəcək. Ona görə də biz xalqımıza elə bir siyasi baxış təqdim edirik ki, burada xarici siyasətin əsas məqsədi ilk növbədə yaxın qonşularımızla normal münasibətlər olmalıdır", – deyə Paşinyan əlavə edib.
Günel Mikayılova,
KONKRET.az

Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə paylaşım olunub
"Sabah" doğma meydanda xal itirdi
"Şəfa" "Araz-Naxçıvan"a, "Zirə" "Qəbələ"yə qarşı
"Zəfər turu": "İmişli" "Sumqayıt"a, "Sabah" "Şamaxı"ya qarşı
Məşhur aktrisa vəfat etdi
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
Tramp Pekinin köməyi ilə iki müharibəni bitirməyə çalışır
"KamAz" dəmir maneələrə çırpıldı - Sürücü öldü
Türkiyədə mikroavtobus faciəsi - 9 ölü
Benzin qiyməti kəskin ucuzlaşdı
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Bu hərbçilərə ali hərbi rütbələr verildi - Adlar
Ərdoğan sabah Qarabağa gəlir
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi