Paşinyan Ermənistanın əvvəlki prezidentlərini xəyanətdə İTTİHAM EDİR
Ermənistan Baş naziri Nikol Paşinyanın parlamentdə istintaq komissiyasına söylədiklərinin bəzi detalları Azərbaycan oxucusu üçün də maraqlıdır. Paşinyanın ziddiyətli çıxışları əslində daxili auditorya üçün hesablanıb və baş nazir sadəcə siyasi manipulyasiya edir.
Bir çox məqamlarda reallığı təhrif edən Paşinyan: "Biz beynəlxalq ictimaiyyətin Dağlıq Qarabağı de-yure Azərbaycanın tərkib hissəsi hesab etməsi problemi ilə üzləşməmişik" – kimi cəfəng fikirlər söyləyir.
Beynəlxalq aləm Azərbaycanın ərazi bütövlüyünü tanıyır və Qarabağ da Azərbaycan ərazisidir. Belə ucuz bəyənatlarla erməni cəmiyyətini aldatmağa çalışan Paşinyan əslində hakimiyyətə gəldiyi 5 ilin hesabatını verir. Müharibə zamanı ermənilərin başına gələnləri indi baş nazirin dilindən yenidən gündəmə gətirilməsi, məğlubiyyətə müxtəlif don geyindirmələri də hakimiyyətin düşündüyü yeni bir oyundur. Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan edən Nikol Paşinyan Qarabağın statusunun açarı beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycana həvalə olunub deyir.
Paşinyan bildirib ki, əvvəlki prezidentlərin komanda yoldaşları Qarabağ probleminin həll variantının olduğunu deyirlər:
"Yaxşı, belə idisə özləri niyə həll edə bilmədilər? İndi mən onların hamısını xəyanətdə və fərarilikdə ittiham edə bilərəm. Onların hər birinin münaqişəni Ermənistanın xeyrinə həll etmək üçün imkanları var idi. Bəs niyə həll etmədilər?", – deyə Nikol Paşinyan bildirib.
Vəli Həsənov,
KONKRET.az
Xidmetler [newsid: 0-123300]

Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə paylaşım olunub
"Sabah" doğma meydanda xal itirdi
"Şəfa" "Araz-Naxçıvan"a, "Zirə" "Qəbələ"yə qarşı
"Zəfər turu": "İmişli" "Sumqayıt"a, "Sabah" "Şamaxı"ya qarşı
Məşhur aktrisa vəfat etdi
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
Tramp Pekinin köməyi ilə iki müharibəni bitirməyə çalışır
"KamAz" dəmir maneələrə çırpıldı - Sürücü öldü
Türkiyədə mikroavtobus faciəsi - 9 ölü
Benzin qiyməti kəskin ucuzlaşdı
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Bu hərbçilərə ali hərbi rütbələr verildi - Adlar
Ərdoğan sabah Qarabağa gəlir
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi