Paşinyan Ermənistanın təcavüzkar siyasətini bir daha etiraf etdi

Paşinyan Ermənistanın təcavüzkar siyasətini bir daha etiraf etdi Paşinyan Ermənistanın təcavüzkar siyasətini bir daha etiraf etdi
"Bu ilin 10 iyul tarixində Yerevanda keçirilən Təhlükəsizlik Şurasının iclasında Ermənistanın Milli Təhlükəsizlik Strategiyasının müzakirəsi zamanı bu ölkənin bölgədə sülh və təhlükəsizliyə birbaşa hədə törədən təcavüzkar siyasəti baş nazir N.Paşinyanın dilindən növbəti dəfə etiraf edildi".
Xarici İşlər Nazirliyindən Oxu.Az-a daxil olan məlumatda belə deyilir. 
Bilririlir ki, Azərbaycanın beynəlxalq tanınmış torpaqlarına qarşı əsassız ərazi iddialarını, beynəlxalq hüququ kobudcasına pozaraq hərbi işğala əsaslanan siyasətini ölkənin milli strategiyasında əks etdirən Ermənistan bölgədə ciddi təhlükə ocağı olaraq qalmaqdadır:
"Azərbaycanın ərazilərini hərbi işğal edib bu ərazilərdə yaşayan erməni icmasının öz müqəddəratını müəyyən etməsindən danışan və bunu "milli məqsəd" kimi təhlükəsizlik strategiyasında əks etdirən işğalçı Ermənistan beynəlxalq hüququn, o cümlədən 1975-ci il Helsinki Yekun Aktının prinsiplərini yenidən görməzlikdən gəlir. Xalqların öz müqəddəratını təyin etməsi prinsipinin heç bir halda Azərbaycanın Dağlıq-Qarabağ bölgəsində yaşayan erməni icmasına şamil olunmadığını və ümumiyyətlə, Helsinki Yekun Aktının 8-ci bəndində öz müqqəddəratını təyin etmə prinsipinin BMT Nizamnaməsi, beynəlxalq hüququn norma və prinsipləri, xüsusilə ərazi bütövlüyünə uyğun şəkildə ifadə edilməsini təsbit edildiyini xatırladırıq.
Ermənistan rəhbərliyinin Azərbaycanın hərbi işğal altında saxladığı ərazilərində "suverenlik" iddiası, işğalçı siyasətinin nəticələrinin qorunub saxlanılmasının münaqişənin həlli üzrə aparılan danışıqların məqsədi kimi müəyyən etməsi bu ölkənin münaqişənin həlli prosesinə ciddi əngəl törətdiyini və beynəlxalq ictimaiyyətin qərar və qətnamələrinə hörmətsizlik nümayiş etdirdiyini açıq şəkildə göstərir.
Ermənistan rəhbərliyi anlamalıdır ki, hazırda apardıqları siyasətə görə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində tamamilə tək qalıblar. Bu ölkənin beynəlxalq reallıqlardan uzaq və sadəlövh milli təhlükəsizlik strayegiyası iflasa uğrayan daxili siyasəti sakitləşdirmək cəhdindən başqa bir şey deyildir.
Beynəlxalq tanınmış əraziləri, o cümlədən müvəqqəti işğal altında olan Dağlıq Qarabağ və ətraf rayonları da daxil olmaqla ərazi bütövlüyünü və azərbaycanlı məcburi köçkünlərin öz evlərinə geri qayıtmasını təmin etmək üçün Azərbaycanın cavab tədbirləri beynəlxalq hüquqa, BMT Nizamnaməsinə, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə və ölkə Konstitusiyasının ona verdiyi haqqa əsaslanır. Bölgədə artan gərginliyin məsuliyyəti isə bilavasitə işğalçı Ermənistanın üzərindədir".

Siyasi       Tarix: 12 iyul 2020
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Netanyahu onlardan milyonluq təzminat tələb edir

İsrailin baş naziri Benyamin Netanyahu bir neçə yerli KİV və tanınmış jurnalistlərə qarşı məhkəmə iddiası qaldırıb. xəbər verir ki, bu barədə "Likud" partiyası məlumat yayıb. İskə səbəb həmin media qurumlarını

Prezident və xanımı Bakıda sərgidə

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 30-da Bakı Ekspo Mərkəzində keçirilən "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi və "Securex Caspian" 15-ci Beynəlxal

Prezident Birləşmiş Krallığın dövlət nazirini qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 30-da Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının müdafiə üzrə dövlət naziri Lord Vernon Kioakeri qəbul edib. xəbər verir ki, qonaq qəbula görə minnətdarlığın

Dövlət və hökumət rəsmiləri Bakıdakı Zəfər parkında - FOTOLAR

27 Sentyabr – Anım Günü ilə əlaqədar Baş nazir Əli Əsədov, Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev, Milli Məclisin sədri Sahibə Qafarova, digər dövlət və hökumət rəsmiləri Bakıdakı Zəfər parkında olublar. Dövlə

Prezident ona general rütbəsi verdi

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Azərbaycan Respublikası Prokurorluğunun əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələrin verilməsi ilə bağlı Sərəncam imzalayıb. -un məlumatına görə, Sərəncamla Nihad Ənvər oğl

Leyla Əliyeva daha bir görüş keçirdi - FOTOLAR

Sentyabrın 29-da Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibi Raffaella Culiani ilə görüş keçirib. xəbər verir ki, Raffaella Culiani görüşdə Azərbaycan nümayənd

Mehriban Əliyevadan Anım Günü ilə bağlı paylaşım

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın sosial şəbəkə hesablarında 27 Sentyabr – Anım Günü ilə bağlı paylaşım edilib. paylaşımı təqdim edir:

Meloni İlham Əliyevə təşəkkür etdi

İtaliyanın "Eni" şirkətindən sonra Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) də törəmə şirkəti "Italiana Petroli" (IP) şəbəkəsində benzin və dizel yanacağının qiymət həddini təyin etmək qərarın

İlham Əliyev AQEM Media Forumunun iştirakçılarına müraciət ünvanlayıb

Prezident İlham Əliyev "Qütbləşmiş dünyada media vasitəsilə etimadın qurulması" mövzusunda AQEM (Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə) Media Forumunun iştirakçılarına müraciət ünvanlayıb


azerbaycan xeberleri son xeberler yeni xeberler cəbhədən ən son xəbər ən son xəbər cəbhədən ən son xəbərlər en son xeberleri