Paşinyan ETİRAF ETDİ: "Azərbaycan tərəfi həmin məqamdan istifadə edir"
"2020-ci ilin dekabrında Ermənistan Silahlı Qüvvələri Sovet Ermənistanının sərhədlərinə çəkilib. Bu addım yeni hərbi gərginlikdən qaçmaq üçün atılıb".
Publika.az "Sputnik Ermənistan"a istinadla xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Gorus-Qafan avtomobil yolunun Azərbaycan ərazisindən keçən hissəsində İrana məxsus yük maşınlarının Azərbaycan polisi tərəfindən yoxlanılması ilə bağlı sualı cavablandırarkən deyib.
Onun sözlərinə görə, bununla da sovetdən qalma inzibati sərhəd dövlət sərhədinə çevrilib: "Gorus-Qafan avtomobil yolu iki yerdə Ermənistan Respublikası və ya Sovet Ermənistanı ərazisindən çıxır. Məhz buna görə də məlum rayonlarda hamının gördüyü lövhələr quraşdırılıb və dayaq məntəqəsi yaradılıb".
N.Paşinyan bildirib ki, 2020-ci ilin dekabrında bu yoldan nəqliyyat vasitələrinin tranziti kimi istifadə edilməsinə dair razılıq əldə olunub: "Razılaşmanın mətnində xarici ölkələrə məxsus yüklərin daşınması nəzərdə tutulmadığından, ehtimal edirəm ki, bu şəraitdə Azərbaycan tərəfi həmin məqamdan istifadə edir".

Neft yenidən ucuzlaşdı
ABŞ-nin F-16 qırıcısı qəzaya düşdü
Hüseyn əməliyyat olundu - Foto
Bu tarixdə Bakıda qaranlıq olacaq
Əli Nağıyev Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının 28-ci iclasına qatıldı
TDT-nin yeni strateji xətti: Təhlükəsizlikdən strateji tərəfdaşlığa
BMT sistemi normal fəaliyyət göstərsəydi ərazilərimizi güc yolu ilə geri almağa məcbur qalmazdıq
Karapetyanın ev dustaqlığı daha iki ay uzadıldı
Ağdamda toyda dava: Xəsarət alan var
Beş dövlət Xəzər dənizi ilə bağlı yeni qərar verdi
Elza Seyidcahanın şeiri Kərkükdə dərc olundu: "Təyyarə ilə ora gedib, solo konsert verəcəm
Bu gün Azərbaycanda Milli Musiqi Günüdür
Tıxacda vaxt itirmək istəməyənlər üçün Biləcəridə yeni mənzil imkanları
Afət Fərmanqızıdan daha bir qalmaqallı məhkəmə: Müğənni bloqeri məhkəməyə verdi
Ölkələrimizdə əhalinin artması prosesi müşahidə olunur' - Prezident