Paşinyan güc strukturlarına yeni rəhbərlər təyin etdi: baş kəşfiyyatçının 29 yaşı var...
Ermənistanın baş naziri Nikol Paşinyan silahlı qüvvələrin baş qərargah rəisi və polis rəisi postuna, o cümlədən, milli təhlükəsizlik xidmətinə yeni təyinatlar edib.
Publika.az xəbər verir ki, Paşinyan bu barədə Feysbukda yazıb.
"General-leytenant Onik Qasparyanın baş qərargah rəisi, polkovnik Argişti Kyaramyanın milli təhlükəsizlik xidmətinin direktoru, polkovnik Vaqe Kazaryanın polis rəisi (daxili işlər naziri -red) təyin edilməsi ilə bağlı qərar qəbul etdim", - Paşinyan bildirib.
Qərar Ermənistan prezidenti tərəfindən imzalanandan sonra qüvvəyə minəcək.
Qeyd edək ki, baş qərargah rəisi Artak Davtyan, milli təhlükəsizlik xidmətinin rəisi Eduard Martirosyan və polis rəisi Arman sarkisyan bu gün istefa verib. Milli təhlükəsizlik xidmətinin yeni direktorunun 29 yaşı olması və tərcümeyi-halında atasının adının qeyd olunmaması diqqət çəkir.
Asif
Kurslar.az kurslar [newsid: 0-123300]

Lukaku millidəki karyerasını başa vurdu
Minimum maaşla bağlı müjdə: 100 manat artım
Andorra - Azərbaycan oyunu: Millimiz hesabı açdı
"PAŞA Holding"in dəstəyi ilə Azərbaycan xalçaları Bolqarıstanda nümayiş olunub
Manatın taleyi ilə bağlı mühüm qərar – Mərkəzi Bank hərəkətə keçir
Dünya liderlərinin hesablarına kiberhücumların arxasında kim dayanır? - AÇIQLAMA
Qanlı Gölün ətrafı dəyişir – Yenidənqurma işlərinə start verildi
Birbank hərbçilər üçün nağd kreditdə 5%-dək güzəşt təqdim edir
FT: Şirkətlər süni intellekt bumunun azalması fonunda 4,2 trilyon dollar itiriblər
Bu şəxslərə böyük güzəşt – Xərcləri dövlət qarşılayacaq
Bakıda obyekt yanır
Bakıda polis əməkdaşı vəfat etdi
Sürücü infarkt keçirdi, mikroavtobus dənizə düşdü
Qara dənizdə yük gəmisi batdı: 4 azərbaycanlı xilas edildi
Mağazada qiymət göstərməyənlər cərimələnəcək