Paşinyan lüks həyat yaşayır - Davtyan
"Nikol Paşinyan özünü 2018-ci il inqilabının varisi kimi təqdim edir. Amma yoxsulluğun 30% olduğu ölkədə ilk olaraq inqilabçı məmurlar öz maaşlarını qaldırdılar. Paşinyanın nazirləri öz maaşlarını 1,5 milyon (5196 manat), digər yüksək rütbəli məmurlar isə 1 milyon drama (3464 manat) çatdırdılar. Bu da hamısı deyil".
Publika.az xəbər verir ki, bunu erməni ictimai-siyasi xadim Hayk Davtyan deyib. O bildirib ki, özünü "təmiz adam" kimi göstərməyə çalışan Ermənistanın baş naziri hazırda lüks həyat yaşayır:
"O, 2019-cu ildə özünə 200 000 dollarlıq avtomobil aldı. Bir ay sonra onun bütün siyasi komandası eyni cür addım atdı. Paşinyan utanmadan özünün və komandasının bu addımına haqq qazandırır. Bunu ölkənin nüfuzu ilə əlaqələndirir. Paşinyanın bu addımları Ermənistana prestij gətirmir. Əksinə, ölkəmizi alçaldır. Çünki sənin ölkəndə əhalinin 30 faizi acdır və sən 200 000 dollarlıq maşında gəzirsən. Üstəlik, Nikolun xəyanətkar komandası var. O, hakimiyyətdən gedəndən sonra Paşinyanı ən çox söyən onlar olacaq. Çünki dostluq etməyi, axıra qədər əqidələrinin arxasınca getməyi bilmirlər".
Tural Turan
Kurslar.az kurslar [newsid: 0-123300]

Neft yenidən ucuzlaşdı
ABŞ-nin F-16 qırıcısı qəzaya düşdü
Hüseyn əməliyyat olundu - Foto
Bu tarixdə Bakıda qaranlıq olacaq
Əli Nağıyev Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının 28-ci iclasına qatıldı
TDT-nin yeni strateji xətti: Təhlükəsizlikdən strateji tərəfdaşlığa
BMT sistemi normal fəaliyyət göstərsəydi ərazilərimizi güc yolu ilə geri almağa məcbur qalmazdıq
Bu səlahiyyət Daxili İşlər Nazirliyinə həvalə olundu
Bəhlul Mustafazadə yenə əməliyyat olundu
Avropa Liqası: daha 9 oyun baş tutacaq
17 sentyabr - Ümumdünya Pasiyent Təhlükəsizliyi Günüdür
Tələbəni xaric etmək doğru deyil' - Deputat ADMİU-dakı qalmaqaldan danışdı
Karapetyanın ev dustaqlığı daha iki ay uzadıldı
"2 milyonum olsaydı, toyda oxumazdım" - Eldəniz Məmmədov
Ağdamda toyda dava: Xəsarət alan var