"Paşinyan məğlub olmağımız üçün hər şeyi etdi"- Baş Qərargah rəisinin keçmiş birinci müavinindən açıqlama
Son bir həftə ərzində Ermənistanda baş verənlər, Paşinyanın açıqlamaları qarşılıqlı ittihamlarla yadda qalır. Ermənistan parlamentində yaradılan 44 günlük müharibə ilə bağlı yaradılan komissiyada ifadə verən baş nazirin söylədiklərinin əks təsirləri də olur. Bu dəfə Paşinyanın sözlərinə Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin keçmiş birinci müavini Tiran Xaçatryan reaksiya verib:
"Paşinyan deyəndə ki, ordu nə istəsə, ondan imtina edilməyib, ona bir neçə epizod xatırlatmaq lazımdır. Məsələn, orduya pul lazım idi, ordu istəyirdi, amma vermədi. Üstəlik, pulun nə üçün lazım olduğu, konkret hansı məqsədlərə xərclənəcəyi barədə peşəkar və ətraflı əsaslandırmalar var idi".
Tiran Xaçatryan qeyd edir ki, hökumət ordu üçün sadəcə istədiyini və ya uyğun bildiyini edib.
Ümumiyyətlə, təqdim olunan məsələlərin heç birini Paşinyan həll etməyib. O nə danışır?
Paşinyan hökumətinin istifadəyə yararsız hərbi texnika almaq qərarına toxunan Tiran Xaçatryan qeyd edir ki, hökumət hərbi texnika almaq barədə qərar qəbul etdiyi vaxt ona qarşı çıxanlar var idi. Hərbiçilərin Paşinyandan medal və rütbə tələb etməsi məsələsində general deyir ki, ola bilsin Paşinyanın orduda xüsusi, isti və yaxın münasibəti olan şəxslər ondan medal və rütbə istəyiblər. O, isə imtina etməyib.
Xatırladaq ki, 2020-ci ildə Ermənistan Silahlı Qüvvələri Baş Qərargah rəisinin keçmiş birinci müavini, general-leytenant Tiran Xaçatryan müharibənin ən qızğın vaxtında-oktyabrın 22-də Ermənistan Respublikasının Milli Qəhrəmanı adına layiq görülüb. Amma "Milli Qəhrəman" medalının ona verilmədiyini, medalın hazırda müdafiə nazirliyində olduğunu deyib.
Daha sonra Xaçatryan Paşinyanın bu gün toxunduğu bir sıra məsələlərdən də danışıb:
"Paşinyan bu gün bəyan edib ki, Dağlıq Qarabağ məsələsinin həlli ilə bağlı erməni baxışından imtina etmək lazım idi. Paşinyanın sözlərinə görə, belə bir tələbi Azərbaycan irəli sürüb. Əslində, baş nazir Qarabağın öz müqəddəratını təyinetmə hüququndan imtina edib. Legitim hüquq əldə etmək üçün müharibəyə ehtiyac olduğunu etiraf edib. Paşinyan məğlub olmağımız üçün hər şeyi etdi", – deyə Tiran Xaçatryan bildirib.
Vəli Həsənov,
KONKRET.az

Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə paylaşım olunub
"Sabah" doğma meydanda xal itirdi
"Şəfa" "Araz-Naxçıvan"a, "Zirə" "Qəbələ"yə qarşı
"Zəfər turu": "İmişli" "Sumqayıt"a, "Sabah" "Şamaxı"ya qarşı
Məşhur aktrisa vəfat etdi
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
Tramp Pekinin köməyi ilə iki müharibəni bitirməyə çalışır
"KamAz" dəmir maneələrə çırpıldı - Sürücü öldü
Türkiyədə mikroavtobus faciəsi - 9 ölü
Benzin qiyməti kəskin ucuzlaşdı
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Bu hərbçilərə ali hərbi rütbələr verildi - Adlar
Ərdoğan sabah Qarabağa gəlir
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi