Paşinyan müharibə və məğlubiyyətlə bağlı etirafları niyə məhz indi ETDİ? - Nikolun gizli planı ilə bağlı İLGİNC AÇIQLAMA

Paşinyan müharibə və məğlubiyyətlə bağlı etirafları niyə məhz indi ETDİ? - Nikolun gizli planı ilə bağlı İLGİNC AÇIQLAMAPaşinyanın müharibə və Ermənistan ordusunun məğlubiyyəti ilə bağlı açıqlamaları həm öz ölkəsində, həm də Azərbaycan cəmiyyətində maraqla qarşılanıb. Əslində Nikolun Üçtərəfli Bəyanata nə zaman və hansı şərtlər daxilində imza atdığını etiraf etməsi bəlli olsa da, onun bütün bunları niyə məhz indi dilə gətirməsi maraq doğurur. Bəs görəsən, Paşinyan bu etirafları ilə nəyə nail olmaq istəyir? Onun hansısa planı var, yoxsa fikirləri daxili auditoriyaya hesablanıb?
MövzunuKONKRET.az-a şərh edən politoloq Elçin Mirzəbəyli bildirib ki, Paşinyanın söylədiyi fikirlər əslində Azəbaycan cəmiyyəti üçün yeni deyil: "Sadəcə olaraq Paşinyan həqiqətləri ermənisayağı dilə gətirir. Yaxud onların bir hissəsini desə də, qalanlarını söyləmək istəmir. Bu fikirlərin indi dilə gətirilməsi isə istintaqla bağlı olan məsələdir. Amma burada başqa bir faktor da var. Nikol Paşinyan bir müddət öncə Azərbaycanın ərazi bütövlüyünü tanıdığını və Qarabağın ölkəmizin tərkib hissəsi olduğunu vurğuladı. İstintaqa veridyi ifadədə səsləndirdiyi fikirlər isə onun həmin mövqeyi ilə üst-üstə düşmür. Çünki Nikol Şuşanın "işğalından" danışır. Amma Şuşa uzun illər Ermənistan ordusunun işğalı altında idi və Azərbaycan öz ərazisini azad etdi. Bu konteksdən yanaşanda Paşinyanın fikirlərində yenə ziddiyyətlərin olduğunu görə bilərik. Digər tərəfdən, indiki şəraitdə İstintaq Komitəsinin apardığı işin mahiyyəti bəlli deyil. Söhbət 44 günlük müharibə dövründə baş verən hadisələrdən gedirsə, o zaman İstintaq Komitəsi hüquqi cəhətdən bütün dünyada qəbul edilən normalar əsasında başqa məqamlara diqqət çəkməlidir. Bu, Azərbaycan torpaqlarının uzun illər qanunsuz olaraq işğal altında saxlanılması, təbii sərvətlərimizin talanması, xalqımıza qarşı həyata keçirilən soyqırım faktları və mülki vətəndaşlarımıza qarşı həyata keçirilən müharibə cinayətləridir. Ermənistanın İstintaq Komitəsi hüquqi araşdırmanı məhz bu istiqamətdə aparmalıdır. Əks halda İstintaq Komitəsi hansı səlahiyyətlə və haqla Azərbaycan ərazilərinin azad edilməsi məsələsini Paşinyanla birlikdə "işğal edilən" ərazilər kimi dəyərləndirir? Bu faktın özü də Ermənistanın müvafiq istintaq qurumlarının özünün cinayət törətdiyini və başqa dövlətə qarşı ərazi iddiaları irəli sürdüyünü sübuta yetirir".
Politoloqun sözlərinə görə, Paşinyanın fikirləri etiraf yox, növbəti manipulyasiyadır: "Nikol Paşinyan indiki şəraitdə Ermənistan revanşistlərinin qarşısında özünü təmizə çıxarmaq üçün uydurulmuş situasiyadan danışır. Əslində Ermənistan ordusunun hansı səbəblərdən məğlub olduğunun bir hissəsini dilə gətirməklə məsuliyyəti özündən əvvəlki hakimiyyətin üzərinə yükləməyə çalışır. Çünki Paşinyan müharibəyə qədər qısa zaman kəsiyində Ermənistana rəhbərlik edib. Amma müharibəyə qədər Ermənistan ordusunun formalaşmasında qismən Ter-Petrosyan, daha sonra isə Koçaryan və Sarkisyan iştirak ediblər. Hesab edirəm ki, Paşinyan əslində bu istintaqı daha çox özündən əvvəlki siyasi hakimiyyətlərə qarşı yönəltməyə çalışır. Yəni prosesin təməlində ona qarşı olan qüvvələri müəyyən qədər neytrallaşdırmaq məsələsi dayanıb".
Müşviq Tofiqoğlu,
KONKRET.az

Siyasi       Tarix: 20 iyun 2023
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Azərbaycan və Türkiyə prezidentlərinin görüşü Gürcüstan mediasının diqqət mərkəzindədir

Gürcüstan mediası Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb. xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri bu ölkə mediasının diqqət mərkəzində olub. Bu ölkənin aparıc

Ərdoğan sabah Qarabağa gəlir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sabah Azərbaycana səfər edəcək. Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanəddin Duran məluma

Ərdoğan hökuməti toplayır - Azərbaycan səfəri

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə bu gün Beştəpədə Nazirlər Kabinetinin toplantısı keçiriləcək. nocommentaz-a istinadən bildirir ki, hökumətin iclasında əsas müzakirə mövzularından birinin milyonlarl

Bolşeviklərin vədləri və reallıq: İnqilab xalqı necə məhv etdi

1917-ci ilin Fevral inqilabı zamanı bolşeviklər partiyasının sıralarında cəmi 24 min nəfər var idi. Lakin cəmi altı ay sonra, həmin ilin oktyabrında onların sayı təxminən 350 min nəfərə çatmışdı. Bu, Rusiya imperiyasını

XİN: 8 Noyabr xalqın milli birliyinin, sarsılmaz iradəsinin, əzminin və Vətənə bağlılığının rəmzidir

8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixinin ən şanlı səhifələrindən birini təşkil edir. Bu əlamətdar gün 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Qələbənin, xalqımızın mill

Azərbaycanda Dövlət Bayrağı Günüdür

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür. xatırladır ki, Prezident İlham Əliyevin 17 noyabr 2009-cu il tarixli sərəncamına əsasən, hər il noyabrın 9-u ölkədə Dövlət Bayrağı Günü kimi qeyd edilir. Azərbaycan müstəqilliyin

Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır

"Azərbaycan–Çin ticarətində rekord göstəricilər ölkəmizin artan geoiqtisadi əhəmiyyətini nümayiş etdirir". Bu fikirləri -a açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov Azərbaycanla Çin arasında ticarət dövriyyəsini

Merz Trampla Ukraynadakı müharibəni müzakirə etdi

Almaniya kansleri Fridrix Merz ABŞ Prezidenti Donald Trampla telefon danışığı aparıb. KONKRET.azaxaraz-a istinadən xəbər verir ki, bu barədə "N-tv" məlumat yayıb. Məlumata görə, hər iki tərəf Ukraynaya qarşı müharibəni

Fransada 1,6 milyonluq etiraz: Makron hakimiyyətini nə gözləyir?

Fransada bahalaşmaya qarşı keçirilən kütləvi etiraz aksiyalarında 600 mindən çox insan iştirak edib. "Associated Press"in məlumatına görə, Fransa Daxili İşlər Nazirliyi nümayişçilərin sayını 600 min nəfər, həmkarla


azerbaycan xeberleri son xeberler yeni xeberler cəbhədən ən son xəbər son xeber az cəbhədən son xəbərlər 2026 hava haqqinda