"Paşinyan orduya güvənmir, Aşotyanı həbs edir, Ərdoğanın tərifi ilə şərəflənir"

Ermənistanın tanınmış müxalifət liderlərindən biir olan Armen Aşotyanın həbsi ölkədə şok effekti yaradıb.
KONKRET.azxəbər verir ki, erməni siyasi şərhçiləri verdikləri analizlərdə belə bir hadisənin ölkə üçün başucalığı gətirməyəcəyi qənaətində olduqlarını vurğulayıblar.
Jurnalistlərlə söhbətində politoloq Qrant Melik-Şahnazaryan da öz növbəsində qeyd edib ki, A.Aşotyanın saxlanması hazırkı hakimiyyətin həyata keçirdiyi proqramın tərkib hissəsidir.
"Hakimiyyət bununla rəhbərliyə necə gəldikləri proqramı ardıcıl olaraq həyata keçirir. Bu proqramın həyata keçirilməsi, birincisi, Türkiyə-Azərbaycan tandeminə güzəştləri, ikincisi, Ermənistan daxilində müqavimətin neytrallaşdırılmasını nəzərdə tutur", – deyən politoloq Armen Aşotyanın hər zaman Ermənistanın maraqlarından danışan siyasətçi olduğunu vurğulayıb. O vurğulayıb ki, bütün bunlar hakimiyyətin maraqlarına cavab vermir.
"Armen Aşotyan xarici siyasətdə baş verən prosesləri hər zaman ilk şərh edən siyasətçidir, deyə bilərik ki, o, həm də müxalifət düşərgəsinin, cəmiyyətin vətənpərvər hissəsinin hansı istiqamətə yönəldiyini, hansı tezislərin irəli sürülməli olduğunu göstərib. Ermənistanın maraqları və real təhlükələrin haradan gəldiyi qorunmalıdır.
Paşinyan belə bir insanı azadlıqdan məhrum etməklə, əslində, siyasi rəqiblərinin təmsil olunduğu müqavimət mərkəzlərinin növbəti imkanlarını da əlindən almağa çalışır. Bu, düşünülmüş siyasətdir", – Qrant Melik-Şahnazaryan vurğulayıb.
"Nikol Paşinyan Qərb, Türkiyə-Azərbaycan himayədarları tərəfindən dəstəklənir, ona görə də o, bu yolla gedəcək. Baxın, nə baş verir? Paşinyan deyir ki, "Bizim səhvimiz odur ki, orduya güvəndik". Və bu açıqlama məhz sərhəddə vəziyyətin gərgin olduğu, düşmənin bu gün Ermənistan ərazisinə soxulduğu bir vaxtda verilir. Ona görə də iki gün əvvəl Ərdoğanın tərifləri ilə şərəflənir", – deyə politoloq bildirib.
O qeyd edib ki, "Hakimiyyət son səylərini göstərir, mübarizə aparanların əzmini qırmaq üçün artıq bütün resursları tükənir.
Biz bu mərhələni keçməliyik, bundan sonra əminəm ki, qələbələrlə yanaşı, ölkəni bərpa etmək üçün də ciddi resursumuz olacaq".
Sevinc Paşayeva,
KONKRET.az

Siyasi       Tarix: 16 iyun 2023
f Paylaş

Oxşar xəbərlər

Azərbaycan, ABŞ və Ermənistan üçtərəfli işçi qrup yaratdı 

ABŞ, Azərbaycan və Ermənistan hökumətləri Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutunun (TRIPP) həyata keçirilməsini sürətləndirmək məqsədilə üçtərəfli texniki planlaşdırma qruplarının fəaliyyətinə başlayıblar. -a istinadə

İlham Əliyevdən həmkarına təbrik

Prezident İlham Əliyev Braziliya Federativ Respublikasının Prezidenti Luiz İnasio Lula da Silvaya təbrik məktubu göndərib. xəbər verir ki, təbrik məktubunda deyilir:. "Braziliya Federativ Respublikasının Prezidenti vəzifəsin

Ərdoğan: Birdir bizim hər halımız; sevincimiz, kədərimiz; bayraqlarda hilalımız

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "X"dəki hesabında Azərbaycana səfəri, Prezident İlham Əliyevlə görüşü barədə videoçarx paylaşıb. xəbər verir ki, Ərdoğan paylaşımına "Birdir bizim hər halımız; sevincimiz

Azərbaycan mədəniyyət ictimaiyyəti Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

Azərbaycan mədəniyyət ictimaiyyəti Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib. xəbər verir ki, təbrikdə deyilir:. "Möhtərəm cənab Prezident, 8 noyabr - Zəfər Günü Azərbaycan torpaqlarının işğaldan aza

Prezident İlham Əliyev: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi

Yeni salınan kəndlər, şəhərlər, köçkünlərin doğma torpaqlara qayıtması – yəni biz bu məsələlərlə məşğuluq və deyə bilərəm ki, bütün Azərbaycan xalqı bu fikirlə yaşayır. KONKRET.azxəbər verir ki, bu barədə Prezident İlha

Hikmət Hacıyev: Zəfər Günü ərəfəsində gözəl Şuşada olmaq insana sonsuz qürur və xoşbəxtlik hissi yaşadır

Zəfər Günü ərəfəsində gözəl Şuşada olmaq insana sonsuz qürur və xoşbəxtlik hissi yaşadır. xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdir

Rusiya bu ölkəyə qarşı da hərəkətə keçir - NATO müharibəyə qoşulur?

Finlyandiya Quru Qoşunlarının komandanı general-leytenant Passi Vəliməki "Bloomberg" agentliyinə açıqlamasında ölkəsinin Rusiya ilə sərhəddə tank əleyhinə xəndəklər və maneələrdən ibarət müdafiə xətti inşa etməy

İran XİN-dən 14 iranlının Azərbaycanda arzuolunmaz elan edilməsinə münasibət

İran Xarici İşlər Nazirliyi (XİN) 14 İran vətəndaşının Azərbaycanda "arzuolunmaz şəxs" elan edilməsi ilə bağlı məlumata münasibət bildirib. KONKRET.azapa-ya istinadən xəbər verir ki, İran XİN-in sözçüsü İsmayı

Ərdoğan sabah Qarabağa gəlir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sabah Azərbaycana səfər edəcək. Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanəddin Duran məluma


son xeberler yeni xeberler azerbaycan xeberleri en son xəbərlər bugün sonxəbərlər bugünki xəbərlər xeberler bugun