Paşinyan: "Qarabağ məsələsində müttəfiqimiz yoxdur"
"Özümüzü aldatmağa ehtiyac yoxdur. Çünki BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi sadəcə bir kağız parçası deyildi".
KONKRET.az xəbər verir ki, bu fikirləri Ermənistanın baş naziri Nikol Paşinyan 44 günlük müharibənin hallarının araşdırılması üzrə komissiyasının iclasında deyib.
Onun sözlərinə görə, "Dağlıq Qarabağ üzrə danışıqlar prosesi və onun məzmunu birbaşa Ermənistandakı daxili siyasi vəziyyətdən asılı idi".
Paşinyanın qeyd etdiyi kimi, əsas hadisələrdən biri ATƏT-in Lissabon sammiti və birinci prezident Levon Ter-Petrosyanın dərc etdiyi "Müharibə, ya sülh" məqaləsidir. "Əslində Ter-Petrosyan qeyd edib ki, status-kvo uzunmüddətli ola bilməz. Özümüzü aldatmağa ehtiyac yoxdur və Qarabağ məsələsində bizim müttəfiqimiz yoxdur. Petrosyan məqaləsində Qarabağın hansı statusda – ya müstəqil və ya Ermənistanın, yoxsa Azərbaycanın tərkibində olmasını açıqlamayıb", – deyə Paşinyan bildirib.
Paşinyanın sözlərinə görə, ekspertlər BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi və "Azərbaycanın 7 rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğalını" bildirən 4 qətnaməsində qoşunların dərhal və ilkin şərt olmadan oradan çıxarılmasının tələb olunduğunu açıq şəkildə açıqlamayıblar. Həmin qətnamələrdə Dağlıq Qarabağ "Azərbaycan Respublikasının bölgəsi" adlandırılıb. Paşinyan əlavə edib ki, bu sənədlər sadəcə kağız parçası deyildi. Bununla bağlı o qeyd edib ki, 1996-cı ildə ATƏT-in Lissabon sammitinin heç bir hüquqi qüvvəsi olmasa da, beynəlxalq ictimaiyyətin mövqeyi göstərdi ki, Azərbaycanın ərazi bütövlüyü beynəlxalq aləmdə tanınır. Məhz Azərbaycanın sərhədləri daxilində Dağlıq Qarabağa yüksək muxtariyyət statusu verilə bilərdi.
Rəsmiyyə Şərifova,
KONKRET.az

Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə paylaşım olunub
"Sabah" doğma meydanda xal itirdi
"Şəfa" "Araz-Naxçıvan"a, "Zirə" "Qəbələ"yə qarşı
"Zəfər turu": "İmişli" "Sumqayıt"a, "Sabah" "Şamaxı"ya qarşı
Məşhur aktrisa vəfat etdi
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
Tramp Pekinin köməyi ilə iki müharibəni bitirməyə çalışır
"KamAz" dəmir maneələrə çırpıldı - Sürücü öldü
Türkiyədə mikroavtobus faciəsi - 9 ölü
Benzin qiyməti kəskin ucuzlaşdı
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Bu hərbçilərə ali hərbi rütbələr verildi - Adlar
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi