Paşinyan Qarabağla bağlı 2016-cı il danışıqlarından NƏLƏR DEDİ?
2016-cı ildə (Aprel savaşından sonra - red.) Ermənistan Qarabağ danışıqları ilə bağlı faciəvi təklif aldı.
Publika.az Axar.az-a istinadla xəbər verir ki, bu barədə Ermənistan Baş naziri Nikol Paşinyan deyib.
"2016-cı ildə Minsk Qrupunun həmsədrləri üç təkliflər paketi təqdim etdilər. Hansı ki, həmin paketdə 2011-ci ildən bəri ilk dəfə olaraq Dağlıq Qarabağın aralıq statusu məsələsi yer almadı. Faciə bunda deyil. Heç kim demir ki, bu danışıqlara əsasən Dağlıq Qarabağın müvəqqəti statusu məsələsi BMT Təhlükəsizlik Şurasına həvalə edilirdi", - baş nazir əlavə edib.
Paşinyanın sözlərinə görə, bütün bu illər ərzində erməni tərəfi Qarabağ məsələsinin yekun həllini Minsk Qrupunun öhdəsinə buraxmağa çalışsa da, 2016-cı ildə problemin həlli BMT TŞ-yə keçdi.
Erməni baş nazir qeyd edib ki, bu halda BMT TŞ-nin qərarı proqnozlaşdırılan idi, belə ki, 1993-cü il qətnaməsində "Dağlıq Qarabağ Azərbaycandır" ifadəsi əksini tapır və Azərbaycanın ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı qeyd edilirdi.
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Neft yenidən ucuzlaşdı
ABŞ-nin F-16 qırıcısı qəzaya düşdü
Hüseyn əməliyyat olundu - Foto
Bu tarixdə Bakıda qaranlıq olacaq
Əli Nağıyev Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının 28-ci iclasına qatıldı
TDT-nin yeni strateji xətti: Təhlükəsizlikdən strateji tərəfdaşlığa
BMT sistemi normal fəaliyyət göstərsəydi ərazilərimizi güc yolu ilə geri almağa məcbur qalmazdıq
Bu səlahiyyət Daxili İşlər Nazirliyinə həvalə olundu
Bəhlul Mustafazadə yenə əməliyyat olundu
Avropa Liqası: daha 9 oyun baş tutacaq
17 sentyabr - Ümumdünya Pasiyent Təhlükəsizliyi Günüdür
Tələbəni xaric etmək doğru deyil' - Deputat ADMİU-dakı qalmaqaldan danışdı
Karapetyanın ev dustaqlığı daha iki ay uzadıldı
"2 milyonum olsaydı, toyda oxumazdım" - Eldəniz Məmmədov
Ağdamda toyda dava: Xəsarət alan var