Paşinyan Rusiyada ona verilən bu sualdan ÖZÜNÜ İTİRDİ - VİDEO
Ermənistanın baş naziri Nikol Paşinyan Rusiyanın Kazan şəhərində Avrasiya İqtisadi Birliyi hökumət başçılarının toplantısı zamanı "İzvestiya" qəzetinin müxbirinin gözlənilməz sualı ilə qarşılaşıb və özünü itirib. Jurnalist ona müavini Tiqran Avinyanın seçkilərdən sonra baş nazir olacağı haqda sual verib.
"Müxalifət nümayəndələri baş nazir postuna sizin müavininiz Tiran Avinyanın namizədliyini təklif edir",-jurnalist Paşinyana bildirib. Ermənistan baş naziri bu məlumat qarşısında açıq-aşkar özünü itirib, nəsə deməyə çalışıb. Amma jurnalist davam edib və ona sual verib: "Tiqran Avinyan baş nazir olacağı halda Rusiya ilə hansı münasibətlər quracaq?"
Paşinyan deyib ki, Avinyan onun müavinidir, onun siyasi komandasının üzvüdür və aralarında fikir ayrılıqlarının yaranacağını gözləmir. "Bağışlayın, Tiqran Avinyan mənim siyasi tərəfdaşımdır. Mən düşünürəm ki, biz seçkilərə birlikdə gedəcəyik və aramızda fikir ayrılıqları olmayacaq",-o bildirib.
Bu vaxt jurnalist Paşinyana istefa verdiyini xatırladıb, amma o deyib ki, baş nazirin səlahiyyətlərini icra etməkdə davam edir. (virtualaz.org)
/publika.az
f Paylaş
Lukaku millidəki karyerasını başa vurdu
Minimum maaşla bağlı müjdə: 100 manat artım
Andorra - Azərbaycan oyunu: Millimiz hesabı açdı
"PAŞA Holding"in dəstəyi ilə Azərbaycan xalçaları Bolqarıstanda nümayiş olunub
Manatın taleyi ilə bağlı mühüm qərar – Mərkəzi Bank hərəkətə keçir
Dünya liderlərinin hesablarına kiberhücumların arxasında kim dayanır? - AÇIQLAMA
Qanlı Gölün ətrafı dəyişir – Yenidənqurma işlərinə start verildi
Birbank hərbçilər üçün nağd kreditdə 5%-dək güzəşt təqdim edir
FT: Şirkətlər süni intellekt bumunun azalması fonunda 4,2 trilyon dollar itiriblər
Bu şəxslərə böyük güzəşt – Xərcləri dövlət qarşılayacaq
Bakıda obyekt yanır
Bakıda polis əməkdaşı vəfat etdi
Sürücü infarkt keçirdi, mikroavtobus dənizə düşdü
Qara dənizdə yük gəmisi batdı: 4 azərbaycanlı xilas edildi
Mağazada qiymət göstərməyənlər cərimələnəcək