Paşinyan Rusiyanı Fransayla əvəz etmək üçün məqam gözləyir - ŞƏRH

Paşinyan Rusiyanı Fransayla əvəz etmək üçün məqam gözləyir - ŞƏRHSentyabrın 1-də Ermənistanın Kəlbəcər istiqamətində törətdiyi təxribata cavab verən Azərbaycan Ordusu düşmənin xeyli sayda hərbi texnikasını və canlı qüvvəsini məhv edib. Növbəti dəfə döyüş meydanında başı əzilən Ermənistan yenə təxribatlarından əl çəkmir. Bu dəfə Qarabağda yerləşən qanunsuz hərbi birləşmələr fəallaşıb. Rusiya sülhməramlılarının nəzarətində olan ərazilərdə qeyri-qanuni silahlı birləşmələr səngər qazır, fortifikasiya qurğuları quraşdırırlar. Ermənistan mətbuatı isə dezinformasiya yayaraq, guya Azərbaycan Ordusunun Qarabağ ərazisində hərəkətliliyini yazır və bildirir ki, Azərbaycan tərəfi Qarabağda hərbi əməliyyata hazırlaşır.
Əslində qabaqdangəlmişlik edən ermənilər özlərini sığortalamaq üçün indidən informasiya müharibəsində yeni cəbhə yaratmağa çalışırlar.
Fransadan, Hindistandan və İrandan hərbi-siyasi dəstək alan Ermənistan son günlər informasiya sahəsində də fəallıq nümayiş etdirir. Paşinyanın İtaliya mətbuatına açıqlaması, Qərbin Ermənistanı NATO-ya dəvət etməsi, ermənilərin Avropa Birliyinə qoşulmaq arzusu, Makronun Ermənistana səfərinin anons edilməsi, ABŞ-ın Ermənistanla birgə hərbi təlim keçirmək planı və digər amillər düşmən ölkənin əl-qolunu açır və ermənilərə əlavə stimul verir. Ermənistanı qarşıdurmaya təhrik edən qüvvələr isə regionda yeni münaqişənin yaranmasında maraqlıdırlar və Cənubi Qafqazda sülhə təhdid yaradırlar.
Bununla belə, Rusiyanın bostanına daş atan Paşinyan da dediyi hər bir sözün fərqindədir və həmin fikirlərin məsuliyyətinin ağır olduğunu yaxşı bilir. Amma rusların təpkisindən çəkinmədən müttəfiqini açıq şəkildə ittiham edən Ermənistan Baş naziri müttəfiq cəbhəsində Rusiyanı Fransayla əvəz etmək üçün məqam gözləyir. Rusiya isə Cənubi Qafqazdan, daha doğrusu, Ermənistandan asanlıqla getməyəcək. Bunu dünən Kremlin söz adamları Ermənistanı birbaşa təhdid edərək bildirdilər. Əvvəlcə Putinin mətbuat katibi Dmitri Peskov, daha sonra isə Rusiya XİN-in nümayəndəsi Mariya Zaxarova Paşinyana yerini göstərdi və Rusiya haqqında məsuliyyətsiz danışmamağı məsləhət gördülər. Ermənistan isə dayanmır, Paşinyanın məqsədi tamam başqadır. Öz xoşbəxtliyini Qərbdə axtaran Ermənistan ona dəstək verən havadarlarının köməyinə arxayındır, ona görə də qeyri-konstruktiv mövqe nümayiş etdirir. Daxildəki qüvvələr də fəallaşaraq, Paşinyanı devirmək üçün aktiv fazaya start veriblər. Paşinyan da bunu anlayır və hakimiyyətini saxlamaq üçün xarici siyasətdə müəyyən dəyişiklik etməklə daxili auditoriya üçün oynayır. Amma onun başladığı oyun təhlükəlidir və hər an Ermənistanın növbəti məğlubiyyəti ilə nəticələnə bilər.
Vəli Həsənov,
KONKRET.az

Siyasi       Tarix: 06 sentyabr 2023
f Paylaş

Oxşar xəbərlər

Bu gün Azərbaycanda Zəfər Günüdür

Bu gün Azərbaycanın İkinci Qarabağ müharibəsində qazandığı tarixi Qələbənin altıncı ildönümü - Zəfər Günü qeyd olunur. xəbər verir ki, Zəfər Günü Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyevin 2020-c

Tramp Pekinin köməyi ilə iki müharibəni bitirməyə çalışır

ABŞ Prezidenti Donald Tramp administrasiyası Ukrayna və Yaxın Şərqdəki münaqişələrin həlli üçün diplomatik səyləri intensivləşdirib. xəbər verir ki, bu barədə "The Washington Post" qəzetinin köşə yazarı Devid İqnatiu

Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan noyabrın 8-də Xankəndidə təltif edilmiş hərbi qulluqçularla görüşüblər

Bolşeviklərin vədləri və reallıq: İnqilab xalqı necə məhv etdi

1917-ci ilin Fevral inqilabı zamanı bolşeviklər partiyasının sıralarında cəmi 24 min nəfər var idi. Lakin cəmi altı ay sonra, həmin ilin oktyabrında onların sayı təxminən 350 min nəfərə çatmışdı. Bu, Rusiya imperiyasını

Ərdoğan: Birdir bizim hər halımız; sevincimiz, kədərimiz; bayraqlarda hilalımız

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "X"dəki hesabında Azərbaycana səfəri, Prezident İlham Əliyevlə görüşü barədə videoçarx paylaşıb. xəbər verir ki, Ərdoğan paylaşımına "Birdir bizim hər halımız; sevincimiz

Səfir: Qazaxıstan və Azərbaycan transxəzər infrastrukturunun inkişafını davam etdirəcək

Azərbaycan və Qazaxıstan arasında əməkdaşlığın inkişafı məsələləri Qazaxıstanın Bakıdakı səfirliyində keçirilən dəyirmi masada müzakirə edilib. səfirliyin məlumatına istinadən xəbər verir ki, tədbirdə diplomatlar, Azərbayca

DİN: 6 ildir Zəfərin Qüruru ilə yaşayırıq

Daxili İşlər Nazirliyi Zəfər Günü ilə bağlı təbrik paylaşıb. -un verdiyi xəbərə əsasən, təbrikdə deyilir:. "6 il əvvəl işğaldan azad olunmuş torpaqlarda tarixin ən şərəfli səhifəsi yazıldı. 44 günlük Zəfər yürüşünd

Azərbaycan xalqı bir yumruq kimi birləşmişdi – Prezident

Azərbaycan xalqı 44 günlük Vətən müharibəsi zamanı bir yumruq kimi birləşmişdi. xəbər verir ki, bunu Prezident İlham Əliyev noyabrın 6-da Zəngilan rayonunun Cahangirbəyli və Cəbrayıl rayonunun Soltanlı kəndlərinə köçən sakinlərl

Hacıyevin Ermənistana səfəri ilə bağlı suala Mirzoyanın cavabı

Ermənistan xarici işlər və beynəlxalq ticarət naziri Ararat Mirzoyan Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin Ermənistana səfəri barədə danışıb. KONKRET. -a istinadla xəbər verir ki, bu barədə Ermənistan parlamentind


yeni xeberler azerbaycan xeberleri son xeberler son xeberler bugun 2026 canli apa.az xeberler valyuta mezennesi banklar cəbhədən son məlumat