Paşinyan Rusiyaya xəyanət edib, Qərbə sığındı - Ermənistanı nə gözləyir?

Paşinyan Rusiyaya xəyanət edib, Qərbə sığındı - Ermənistanı nə gözləyir?"Ermənistanın baş naziri Nikol Paşinyanın İtaliyanın "La Repubblica" nəşrinə müsahibəsində səsləndirdiyi "Biz bir gün ayılıb görəcəyik  ki, Rusiya, ümumiyyətlə, Cənubi Qafqazda yoxdur" fikri Rusiyaya arxadan vurulan yeni bir zərbə və unudulmaz xəyanətin ifadəsidir. Bu bir daha sübut edir ki, Ermənistan hakimiyyəti Rusiyadan daha tez can qurtarmaq, Qərbin qoltuğuna sığınmaq arzusundadır. Öz arzusunu həqiqətə çevirmək üçün Paşinyan və komandası xeyli müddətdir ciddi cəhdlər göstərir, Rusiyanı Ermənistana dəstək verməməkdə, 44 günlük müharibə dövründə ona lazımi kömək göstərməməkdə, təcavüzkarların tərəfində hətta vuruşmamaqda günahlandırır".
Bu sözləri azxeber.com-a açıqlamasında Milli Məclisin deputatı Tahir Rzayev deyib.
Paşinyan Rusiyaya xəyanət edib, Qərbə sığındı - Ermənistanı nə gözləyir?Onun sözlərinə  Ermənistan dövlətini Azərbaycan ərazisində yaradan və bu günə kimi ona ən çox dəstək verən Rusiyadır:
"Əgər Rusiya olmasaydı, Ermənistan dövlətinin varlığından, bu millətin harınlığından, təcavüzündən, silahlanmasından, Azərbaycan torpaqlarını işğal etməsindən söhbət gedə bilməzdi. Hazırda da Rusiya Ermənistanın arxasındadır, bu ölkənin ərazisində öz hərbi bazasını yerləşdirib, Ermənistanı silahla təmin edir, Qarabağ separatçılarına silah - sursat ötürülməsinə gizli yollarla imkan yaradır.
Dünyaya yaxşı məlumdur ki, Ermənistan Rusiyanın pol-postudur, onun quludur. Belə olan halda Paşinyanın söylədikləri təəccüb doğurmaya, insanı düşündürməyə bilməz. Bu fikirləri əlbəttə baş nazirin Qərbə yarınması, Avropanın dəstəyini qazanması, xarici dövlətlər qarşısında götürdüyü öhdəliklərə əməl etməsi kimi qiymətləndirmək də, Rusiyadan narazılıq şousu yaratmaq, Azərbaycanı arxayın salmaq kimi də dəyərləndirmək olar. Ancaq bütün hallarda Paşinyan səhv edir, yanılır".
Deputat hesab edir ki, baş nazirin kimlərə xidmət etdiyi, hansı yolla getdiyi, söylədiklərinin nə məqsəd daşıdığı hamıya məlumdur.
"Nikol hələ də eyforiyadadır. Fransanın, Qərbin, NATO-nun bəzi əməkdaşlarının çaldığına oynayır, onların yalan, saxta vədlərinə uyub, xəyallar içərisindədir. Belə getsə, o yuxudan gec ayılacaq və ayılanda Ermənistanın yoxluğunu görəcəkdir. Azərbaycan Prezidenti cənab İlham Əliyev reallıqları, mövcud vəziyyəti, dünyada baş verən hadisələri zərgər dəqiqliyi ilə ölçüb - biçərək özünün balanslaşdırılmış siyasətini uğurla həyata keçirir, beynəlxalq aləmdə dövlətimizin nüfuzunu yüksəldir və Ermənistanın məğlubiyyətinə yollar açır". 
Şəbnəm Zahir

Siyasi       Tarix: 07 sentyabr 2023
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Bu gün Azərbaycanda Zəfər Günüdür

Bu gün Azərbaycanın İkinci Qarabağ müharibəsində qazandığı tarixi Qələbənin altıncı ildönümü - Zəfər Günü qeyd olunur. xəbər verir ki, Zəfər Günü Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyevin 2020-c

Tramp Pekinin köməyi ilə iki müharibəni bitirməyə çalışır

ABŞ Prezidenti Donald Tramp administrasiyası Ukrayna və Yaxın Şərqdəki münaqişələrin həlli üçün diplomatik səyləri intensivləşdirib. xəbər verir ki, bu barədə "The Washington Post" qəzetinin köşə yazarı Devid İqnatiu

Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan noyabrın 8-də Xankəndidə təltif edilmiş hərbi qulluqçularla görüşüblər

Bolşeviklərin vədləri və reallıq: İnqilab xalqı necə məhv etdi

1917-ci ilin Fevral inqilabı zamanı bolşeviklər partiyasının sıralarında cəmi 24 min nəfər var idi. Lakin cəmi altı ay sonra, həmin ilin oktyabrında onların sayı təxminən 350 min nəfərə çatmışdı. Bu, Rusiya imperiyasını

Ərdoğan: Birdir bizim hər halımız; sevincimiz, kədərimiz; bayraqlarda hilalımız

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "X"dəki hesabında Azərbaycana səfəri, Prezident İlham Əliyevlə görüşü barədə videoçarx paylaşıb. xəbər verir ki, Ərdoğan paylaşımına "Birdir bizim hər halımız; sevincimiz

Səfir: Qazaxıstan və Azərbaycan transxəzər infrastrukturunun inkişafını davam etdirəcək

Azərbaycan və Qazaxıstan arasında əməkdaşlığın inkişafı məsələləri Qazaxıstanın Bakıdakı səfirliyində keçirilən dəyirmi masada müzakirə edilib. səfirliyin məlumatına istinadən xəbər verir ki, tədbirdə diplomatlar, Azərbayca

DİN: 6 ildir Zəfərin Qüruru ilə yaşayırıq

Daxili İşlər Nazirliyi Zəfər Günü ilə bağlı təbrik paylaşıb. -un verdiyi xəbərə əsasən, təbrikdə deyilir:. "6 il əvvəl işğaldan azad olunmuş torpaqlarda tarixin ən şərəfli səhifəsi yazıldı. 44 günlük Zəfər yürüşünd

Azərbaycan xalqı bir yumruq kimi birləşmişdi – Prezident

Azərbaycan xalqı 44 günlük Vətən müharibəsi zamanı bir yumruq kimi birləşmişdi. xəbər verir ki, bunu Prezident İlham Əliyev noyabrın 6-da Zəngilan rayonunun Cahangirbəyli və Cəbrayıl rayonunun Soltanlı kəndlərinə köçən sakinlərl

Hacıyevin Ermənistana səfəri ilə bağlı suala Mirzoyanın cavabı

Ermənistan xarici işlər və beynəlxalq ticarət naziri Ararat Mirzoyan Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin Ermənistana səfəri barədə danışıb. KONKRET. -a istinadla xəbər verir ki, bu barədə Ermənistan parlamentind


yeni xeberler azerbaycan xeberleri son xeberler son xeberler bugun 2026 canli apa.az xeberler valyuta mezennesi banklar cəbhədən son məlumat