"Paşinyan sual verilməli yox, qovulmalıdır" - Şarmazanov
Ermənistan parlamentinin keçmiş vitse-spikeri Eduard Şarmazanov Parlament müxalifətinin baş nazir Nikol Paşinyanın iştirakı ilə 44 günlük müharibənin şəraitinin öyrənilməsi üzrə istintaq komissiyasının iclasında etməmək qərarını doğru hesab edir.
KONKRET.az-ın xəbərinə görə, o facebook səhifəsində bununla bağlı paylaşım edib.
Şarmazanov vurğulayıb ki, məğlubiyyət gətirən Nikol Paşinyana sual vermək yox, onu qovmaq lazımdır.
"Paşinyan soruşulmalı yox, qovulmalıdır.
Parlament müxalifəti Nikol Paşinyanın iştirakı ilə keçirilən "istintaq komissiyası"nın iclasında iştirak etməməklə düzgün iş görür.
Nikol Paşinyan müharibə gətirdi.
O dedi: Qarabağ Ermənistandır, dövr.
Tavuş döyüşlərindən sonra Nikol özünü qalib "ali komandan" elan etdi.
Nikol dedi: Ordumuz bölgədəki problemləri həll edir.
Nikol dedi: Azərbaycan konstruktivdir.
Nikol dedi: Danışıqlara sıfır nöqtəmdən başlayıram.
Nikol dedi: biz qalib gələcəyik.
Nikol Putinin müharibəni dayandırmaq təklifindən imtina etdi.
Nikol təslimiyyəti imzaladı.
Nikol Şuşa, Hadrut və Qarabağ ərazisinin 75%-ni təslim etdi.
Nikol Qara gölün 30%-ni təslim etdi.
Nikol Laçını, Şüşünü, Zabuxu təslim etdi.
Nikol hesab edir ki, Ağrı dağı və Nuhun gəmisinin Ermənistan Respublikası ilə heç bir əlaqəsi yoxdur.
Bütün bunlardan sonra ona hansı sualları vermək lazımdır?
Nikolu qovmaq lazımdır, sual vermək yox", – Eduard Şarmazanov Facebook səhifəsində yazıb.
Günel Mikayılova,
KONKRET.az

Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə paylaşım olunub
"Sabah" doğma meydanda xal itirdi
"Şəfa" "Araz-Naxçıvan"a, "Zirə" "Qəbələ"yə qarşı
"Zəfər turu": "İmişli" "Sumqayıt"a, "Sabah" "Şamaxı"ya qarşı
Məşhur aktrisa vəfat etdi
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
Tramp Pekinin köməyi ilə iki müharibəni bitirməyə çalışır
"KamAz" dəmir maneələrə çırpıldı - Sürücü öldü
Türkiyədə mikroavtobus faciəsi - 9 ölü
Benzin qiyməti kəskin ucuzlaşdı
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Bu hərbçilərə ali hərbi rütbələr verildi - Adlar
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi