Paşinyana ŞOK: minlərlə hərbçi yoxa çıxdı, hamı ölkəni tərk edir

Paşinyana ŞOK: minlərlə hərbçi yoxa çıxdı, hamı ölkəni tərk edirAzərbaycan Silahlı Qüvvələri qarşısında darmadağın olan Ermənistanda minlərlə əsgərdən xəbər yoxdur.
Publika.az xəbər verir ki, hökumətin itkilərin real sayını gizləməsi xalqda ciddi narazılıq yaradıb.
Ermənilərin sosial mediada paylaşdığı bilgilər ölü sayının rəsmi açıqlamalardakından qat-qat çox olduğunu ortaya çıxarıb. Sosial medianın erməni seqmentində təmas xəttində 5 minə yaxən hərbi rütbəli şəxs və əsgərin itkin düşdüyü xəbərləri yayılıb. Bu əsgərlər haqqında 27 sentybardan bu günə qədər heç bir bilgi verilmədiyi qeyd olunub.
Ermənistan vətəndaşlar Müdafiə Nazirliyini real itkiləri gizləməkdə ittiham edir və Azərbaycanla döyüşmək üçün məcburən göndərilən, döyüşdə itkin düşən yaxınlarının fotolarını paylaşırlar.
Erməni əsgərlərinin valideynləri və qohumları cəbhədən xəbər alına bilməyən əsgər və ya hərbi rütbəli şəxslərin siyahısını tapa bilmir. Hərbi qurumlar da hər hansı bilgi vermir.
Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Hovannisyan ölkənin hərbi heyətinin bilinməyən aqibəti haqqında çox sayda paylaşım olduğunu etiraf edir: "Bəzi vətəndaşlar onları tapmağa yardımçı olmaq üçün uşaqlarının fotolarını sosial mediada paylaşır. Bölgədə davam edəm döyüşlər səbəbilə ölənlərin cəsədləri tapılmır. İlk Qarabağ və Aprel döyüşlərindən fərqli olaraq, bu döyüşlər tamamilə başqadır. Sanki bir kabusdur. Bu səbəbdən üzr istəyir və vətəndaşlardan anlayışlı olmağı rica edirik".
Sosial mediada paylaşılan foto və qeydlərdə məcburi şəkildə döyüşə göndərilən ermənilərin ailələrinin qorxu və təşviş içində olduğu müşahidə edilir. İtkinlər mövzusunun gündəmə gəlməsi əsgərlərin anaları və bütün cəmiyyət tərəfindən Paşinyana qarşı yeni etiraz aksiyalarının alovlanmasının qarşısını açır. Xalqdakı reaksiya səbəbilə döyüş istəyən və məğlub olan Paşinyan hökumətinə qarşı kütləvi etirazların qarşımızdakı günlərdə başlaya biləcəyi ehtimal edilir.
Digər tərəfdən Ermənistanın işğalı altında olan Qarabağda qalan ermənilərin çox çətin şərtlərdə yaşadığı bildirilir. Xankəndidə bəzi insanların evlərini istimək üçün ev əşyalarını və mebelləri yandırdığı, işıq üçün sadəcə şam istifadə edə bildikləri qeyd olunur. Xankəndi sakinlərinin şəhərdən 300 km məsafədə yerləşən paytaxt İrəvana axın etdiyi bildirilir. Bir çoxunun paytaxtda qohum və dostları olsa da, bəziləri Ermənistanda belə qalmaq istəmir.
Zümrüd

Dünya       Tarix: 09 oktyabr 2020
f Paylaş

Oxşar xəbərlər

Məhkəmədən İranın vurduğu sərnişin təyyarəsi ilə bağlı qərar

Kanada məhkəməsi 2020-ci ildə Tehran yaxınlığındakı təyyarə qəzasında həlak olan 6 nəfərin ailələrinə 84 milyon dollar təzminat müəyyənləşdirib. "Milliyet"ə istinadla xəbər verir ki, Ontario əyalətinin Ali Ədalə

Çin planları açıqladı: 2022-ci ildə kosmosa

Çin 2022-ci ildə tikilməkdə olan Tiangong Milli Kosmik Stansiyasına missiyalar da daxil olmaqla 40-dan çox kosmosa buraxılış həyata keçirməyi planlaşdırır. xəbər verir ki, bu barədə məlumatı Çin Aerokosmik Elm və Texnologiy

ABŞ-dan Gürcüstana tənqid: Narahatlıq doğurur

"Məhkəmə sistemi və ya müstəqil nəzarət orqanları kimi demokratik təsisatları zəiflədən addımlar Gürcüstanın NATO və Avropa İttifaqına daxil olmaq istəklərini sarsıdır". bu barədə ABŞ-ın Gürcüstandakı Səfirliyinin

İrkutskda DƏHŞƏT: 5 nəfər diri-diri yanaraq öldü

Rusiyanın İrkutsk vilayətində baş verən yanğında 5 nəfər ölüb. Ölənlərdən üçü qadın, biri kişi, bir də 11 yaşlı uşaqdır. xəbər verir ki, İrkutsk vilayətinin Xomutovo kəndində taxta ikimərtəbəli yaşayış evində yanğın haqqınd

ABŞ-ı qorxuya salan Rusiyanın ƏN TƏHLÜKƏLİ 5 SİLAHI

ABŞ-ın "19FortyFive" portalının şərhçisi Brent İstvud Rusiyanın 5 ən təhlükəli silahının siyahısını hazırlayıb. -a istinadla xəbər verir ki, siyahının ilk pilləsində "Poseydon" pilotsuz sualtı qayığı ye

Türkiyə Ordusu çox sayda terrorçunu zərərsizləşdirdi

"Sülh Çeşməsi", "Zeytun Budağı" və "Fərat Qalxanı" əməliyyat bölgələrində təxribat atəşi açan və əraziyə sızmağa cəhd edən 6 PKK/YPG terrorçusu zərərsizləşdirilib. xəbər verir ki, bu barədə Türkiy

Böyük Britaniyada rekord sayda yoluxma qeydə alındı

Böyük Britaniyada ötən sutka ərzində koronavirusa 218 724 yoluxma halı qeydə alınıb. "Sinxua"ya istinadla verdiyi xəbərə görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər. Məlumata əsasən, ölkədə koronavirus

Çin imkansızı bacardı

Üçüncü Dünya müharibəsinə səbəb olacağı ehtimal edilən ABŞ, Rusiya və Çin arasında silahlanma yarışının sürətlənməsi gərginliyi artırır. Ağ Ev Pekinin son aylarda Pentaqonu şoka salan hərbi sınaqlarından sonra hərəkətə keçdi

Bu ay Yer kürəsində 6 maqnit qasırğası olacaq

Cari lilin yanvar ayının ortasında Yer kürəsinin sakinləri maqnit qasırğaları ilə üz-üzə qalmalı olacaqlar. xəbər verir ki, bu barədə P.N. Lebedeva adına Fizika İnstitutu məlumat yayıb. Belə ki, 11, 12, 15, 17, 18 yanva


son xeberler yeni xeberler azerbaycan xeberleri meherremlik 2026 enson xeberler xeberler az sonxabar