Paşinyana ŞOK ZƏRBƏ
Mesrop Papikyan İrəvan Ağsaqqallar Şurasından və Paşinyanın rəhbərlik etdiyi Vətəndaş Müqaviləsi Partiyasından istefa verib.
Publika.az bu barədə "Sputnik Ermənistan"a istinadən bildirir.
Sosial şəbəkə hesabından qərarını açıqlayan M.Papikyan parlamentdəki "Mənim addımım" fraksiyasında boşalan bir deputat mandatından da imtina edib: "Bu gün Mərkəzi Seçki Komissiyası mənə məlumat verdi ki, siyahıya görə parlamentin "Mənim addımım" fraksiyasının mandatını alacağam. Lakin mən bundan imtina etmək üçün ərizə verdim, İrəvan Ağsaqqallar Şurasına üzv olmaqdan imtina etdim və partiyadan çıxmağı qərara aldım".
O bildirib ki, 30 ildir Ermənistanda yalan planlarla hərəkət edirlər: "Hökumət, müxalifət, hakimiyyət dəyişikliyi, inqilab və s. Yeganə gündəmimiz suveren, qüdrətli bir dövlətin yaradılması olmalıdır və bunun üçün dərin, əsaslı dəyişikliklər etməliyik. İndiki partiya-siyasi sistemində belə dəyişikliklərə nail olmaq mümkün deyil".
Qeyd edək ki, Papikyan 2016-cı ildə Vətəndaş Müqaviləsi Partiyasının üzvü olub. 2018-ci ilin sentyabrında İrəvan Ağsaqqallar Şurasına "Mənim addımım" partiyalar blokunun siyahısından daxil olub.
Mesrop Papikyan 2019-cu ilə qədər baş nazirin müşaviri vəzifəsində çalışıb.
Zümrüd
Turlar.az [newsid: 0-123300]

Lukaku millidəki karyerasını başa vurdu
Minimum maaşla bağlı müjdə: 100 manat artım
Andorra - Azərbaycan oyunu: Millimiz hesabı açdı
"PAŞA Holding"in dəstəyi ilə Azərbaycan xalçaları Bolqarıstanda nümayiş olunub
Manatın taleyi ilə bağlı mühüm qərar – Mərkəzi Bank hərəkətə keçir
Dünya liderlərinin hesablarına kiberhücumların arxasında kim dayanır? - AÇIQLAMA
Qanlı Gölün ətrafı dəyişir – Yenidənqurma işlərinə start verildi
Birbank hərbçilər üçün nağd kreditdə 5%-dək güzəşt təqdim edir
FT: Şirkətlər süni intellekt bumunun azalması fonunda 4,2 trilyon dollar itiriblər
Bu şəxslərə böyük güzəşt – Xərcləri dövlət qarşılayacaq
Bakıda obyekt yanır
Bakıda polis əməkdaşı vəfat etdi
Sürücü infarkt keçirdi, mikroavtobus dənizə düşdü
Qara dənizdə yük gəmisi batdı: 4 azərbaycanlı xilas edildi
Mağazada qiymət göstərməyənlər cərimələnəcək