Paşinyandan ETİRAFLAR: Savaş başlayana qədər
Qarabağ konfliktinin nizamlanması prosesi 2020-ci ilin payızında döyüş fəaliyyətləri başlayana qədər dalana dirənmişdi.
Publika.az Axar.az-a istinadla xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan Vilnüsdə erməni icması ilə görüşü zamanı deyib.
"Proses o vəziyyətə gəlib çatmışdı ki, erməni tərəfi Qarabağ ətrafındakı yeddi rayonu verməli idi, Qarabağa heç bir formada status verilməməli idi. Əgər siz məndən soruşarsınızsa, deyə bilərəm ki, Qarabağın nizamanlanmasının arxitekturası 1998-1999-cu illərdə başa çatmışdı. Birincisi, Qarabağ danışıqlar prosesindən uzaqlaşdırılmış, bunun sayəsində də beynəlxalq ictimaiyyət tərəfindən tanınan yeganə statusundan məhrum olmuşdu", – deyə o bildirib.
O, separatçıların danışıqlar prosesindən vaxtilə Ermənistanın təşəbbüsüylə çıxarıldığını bildirib:
"Bu haqqında təkcə mən demirəm, Rusiya xarici işlər naziri Sergey Lavrov da deyir. İkincisi, Ermənistan 1999-cu ildə İstanbul xartiyasına səs verdi. Buna əsasən, milli azlıqların siyasi, etnik və mədəni haqları ölkələrin ərazi bütövlüyü çərçivəsində həll edilməlidir. Bu müddət ərzində aparılan danışıqlar prosesi sadəcə feyk idi.
Müharibə niyə əvvəl yox, 2020-ci ildə başladı? Biz xatırlamalıyıq ki, 2016-cı ildə bunun zəngi çalınmışdı. Hələ 2016-cı ilin yanvarında Minsk Qrupunun həmsədrləri Ermənistandan tələb edirdilər ki, biz Dağlıq Qarabağa aralıq statusun təqdimatından imtina edək. Ermənistan tərəfi, əlbəttə, bununla razılaşmadı və 2016-cı ilin aprelində döyüş fəaliyyətləri başlayır. Döyüş fəaliyyətlərinin qarşısını Qarabağ ətrafındakı rayonları ilkin şərtsiz verməklə almaq olardı".
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Lukaku millidəki karyerasını başa vurdu
Minimum maaşla bağlı müjdə: 100 manat artım
Andorra - Azərbaycan oyunu: Millimiz hesabı açdı
"PAŞA Holding"in dəstəyi ilə Azərbaycan xalçaları Bolqarıstanda nümayiş olunub
Manatın taleyi ilə bağlı mühüm qərar – Mərkəzi Bank hərəkətə keçir
Dünya liderlərinin hesablarına kiberhücumların arxasında kim dayanır? - AÇIQLAMA
Qanlı Gölün ətrafı dəyişir – Yenidənqurma işlərinə start verildi
Birbank hərbçilər üçün nağd kreditdə 5%-dək güzəşt təqdim edir
FT: Şirkətlər süni intellekt bumunun azalması fonunda 4,2 trilyon dollar itiriblər
Bu şəxslərə böyük güzəşt – Xərcləri dövlət qarşılayacaq
Bakıda obyekt yanır
Bakıda polis əməkdaşı vəfat etdi
Sürücü infarkt keçirdi, mikroavtobus dənizə düşdü
Qara dənizdə yük gəmisi batdı: 4 azərbaycanlı xilas edildi
Mağazada qiymət göstərməyənlər cərimələnəcək