Paşinyandan HƏBS ANONSU: Bu hərbçilər cəzalandırılacaq
"Mən etdiyim səhvi heç vaxt təkrarlamaram. Bu, bir dəfə olur. Ordu ilə bağlı hər hansı məsələnin açıq müzakirəsindən imtina edirəm".
Publika.az erməni mediasına istinadən xəbər verir ki, bunları Ermənistanın baş naziri Nikol Paşinyan deyib.
Paşinyan ordu üçün hansı silah və hərbi texnikanın alınması ilə bağlı sualı cavablandırarkən bildirib ki, özünümüdafiə sistemində əsaslı islahatlar aparılacaq: "İncəliklərlə bağlı məsələləri, ordu ilə əlaqədar konkret mövzuları müzakirə etməyəcəm və hamıya bunları açıq müzakirə etməməyi məsləhət görürəm. Amma bizim silahlı qüvvələrlə bağlı bütün yanaşmalarımız hökumətin fəaliyyət proqramında öz əksini tapıb. Orada hər şey qeyd olunub və proseslər onun çərçivəsində baş verəcək".
Məğlub olan yüksək rütbəli zabitlərin niyə işdən çıxarılmamasına, onların yerinə müharibədə ən yaxşı xidmətləri olanların namizəd göstərilməməsinə gəlincə, Paşinyan deyib ki, elə ən vacib məsələ də budur: "Ancaq hər şeyi qarışdırmamaq üçün çox diqqətli olmalısınız. Elə hallar olub ki, hansısa komandir şöhrət qazanıb, amma sonrakı araşdırma zamanı məlum olub ki, hər şey heç də belə deyil. Yalan məlumat verən bütün şəxslər cəzalandırılıb, cəzalandırılır və cəzalandırılacaq. Bu, gündəmdə olan çox vacib məsələdir, amma təfərrüat vermək istəmirəm".
Tural Turan

Saatlıq maaş sisteminə keçəcək ilk sahələr açıqlandı
Lukaku millidəki karyerasını başa vurdu
Minimum maaşla bağlı müjdə: 100 manat artım
Andorra - Azərbaycan oyunu: Millimiz hesabı açdı
"PAŞA Holding"in dəstəyi ilə Azərbaycan xalçaları Bolqarıstanda nümayiş olunub
Manatın taleyi ilə bağlı mühüm qərar – Mərkəzi Bank hərəkətə keçir
Dünya liderlərinin hesablarına kiberhücumların arxasında kim dayanır? - AÇIQLAMA
Qanlı Gölün ətrafı dəyişir – Yenidənqurma işlərinə start verildi
Birbank hərbçilər üçün nağd kreditdə 5%-dək güzəşt təqdim edir
FT: Şirkətlər süni intellekt bumunun azalması fonunda 4,2 trilyon dollar itiriblər
Bu şəxslərə böyük güzəşt – Xərcləri dövlət qarşılayacaq
Bakıda obyekt yanır
Bakıda polis əməkdaşı vəfat etdi
Sürücü infarkt keçirdi, mikroavtobus dənizə düşdü
Qara dənizdə yük gəmisi batdı: 4 azərbaycanlı xilas edildi