Paşinyandan KRİTİK AÇIQLAMA: Zəngəzurdan ordunu çəkməsəydim, Bakı

Paşinyandan KRİTİK AÇIQLAMA: Zəngəzurdan ordunu çəkməsəydim, BakıZəngəzurdan hərbi birliklərin geri çəkilməsi əmrini şəxsən mən vermişəm.
Publika.az Axar.az-a istinadla xəbər verir ki, bu sözləri Ermənistan Baş naziri Nikol Paşinyan bu gün parlamentdəki çıxışında deyib.
Onun sözlərinə görə, bu qərar hərbi əməliyyatların yenilənməsinə imkan verməmək üçün atılıb: "Biz istəyirdik ki, heç olmasa, müvəqqəti də olsa, strateji mahiyyət daşıyan yolu itirməyək".
Ermənistan blokunun üzvü Anna Qriqoryan 18 dekabr 2020-ci ildə verilən bu əmrdən sonra Azərbaycan ordusunun əraziyə girdiyini bildirib. O, geriçəkilmə əmrinin şifahi, yoxsa yazılı olduğunu da soruşub.
"Zəngəzurla bağlı məsələdə mən haçansa öz məsuliyyətimdən imtina etmişəm? Yazılı və şifahiyə qalanda, əmr mövcud prosedurla verilir. Müzakirə etmişik və qərar verilib. TŞ toplantısı olmayıb, ancaq TŞ-nin bütün üzvləri, Zəngəzurun qubernatoru, "heç nədən xəbərim yoxdur" deyən xarici işlər naziri, o cümlədən nazir müavini o müzakirədə iştirak edirdilər. Və qərar qəbul edildi. Biz yeni müharibədən qaçmaq istəyirdik. Əgər bu qərar verilməsəydi, hərbi əməliyyatlar yeni güclə başlayacaqdı. Onda, doğrudur, Zəngəzurda bizim ciddi problemlərimiz yarandı. Biz onlarla kilometr öndə idik, təəssüf ki, geri çəkilməyə məcbur olduq", - Paşinyan deyib.
Paşinyan həmçinin bildirib ki, Ermənistan 7 rayonun qaytarılması barədə saziş imzalamışdı (yəni Şərqi Zəngəzurdan geri çəkilməli idi – red.) və bu, artıq yeni xəbər deyil.
N.Paşinyan əmri özünün verdiyini, keçmiş müdafiə naziri Vaqarşak Arutyunyanın isə icra etdiyini bildirib:
"Mən şəxsən bu qərardan və Zəngəzurdakı situasiyadan məsuliyyət daşıyıram".
Paşinyan, həmçinin, Azərbaycanın üçtərəfli bəyanatın "ordular hazırda mövcud olduqları yerdə qalacaqlar" bəndini icra etmədiyini də bildirib.
Qeyd edək ki, 10 noyabr 2020-ci il bəyanatının bu bəndi atəşkəslə bağlıdır. Daha sonra Azərbaycanın 3 rayonundan erməni silahlı qüvvələrinin çıxarılması və Azərbaycanın dövlət sərhədinə yerləşməsi də bəyanatın bəndinə tam uyğundur.
Xatırladaq ki, Ermənistan müxalifəti erməni ordusunun dekabrda 25 km-dan çox geri çəkildiyini açıqlamışdı.

Dünya       Tarix: 28 oktyabr 2021
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Tələblər yerinə yetirilməsə, Saakaşvili aclığa başlayacaq

Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili əcnəbi həkimlərin və vəkillərin onunla məxfi görüşməsinə icazə verilməsini tələb edir. Əks təqdirdə, siyasətçi yanvarın 6-da yenidən aclıq aksiyasına başlayacaq. -a istinadl

Qazaxıstanda GƏRGİN GECƏ: etirazçılar polisi döydülər, maşınlara OD VURDULAR - VİDEO

Almatıda Respublika meydanında etirazçılar polis əməkdaşını döyüb və hüquq-mühafizə orqanlarının əməkdaşlarının avtomobillərini yandırıblar. xəbər verir ki, bu barədə "Sputnik Qazaxıstan" məlumat yayıb. Bildirili

Türkiyə buna görə Ermənistana MÜRACİƏT ETDİ

Türkiyənin "Pegasus" aviaşirkəti İstanbul-İrəvan reyslərinin həyata keçirilməsi üçün Ermənistanın Mülki Aviasiya Komitəsinə müraciət edib. xəbər verir ki, bu barədə Ermənistanın Ərazi İdarəsi Nazirliyinin mətbua

Vyana danışıqları bərpa edildi

Vyanada Birgə Hərtərəfli Fəaliyyət Planının tam fəaliyyətini bərpa etmək üçün danışıqlar bərpa olunub. xəbər verir ki, bunu Rusiyanın Vyanada beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi Mixail Ulyanov bildirib. "Qıs

İsrail ordusu Qəzza zolağında Həmas-ın hədəflərinə zərbələr endirdi

İsrail ordusu Qəzza zolağında "Həmas" hərəkatının hədəflərini vurmaq üçün təyyarə və tanklardan istifadə edib. xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti bildirib. Məlumata əsasən, zərbələr "Həmas"ı

ABŞ 20-dən çox rus PUA-sını vurdu

Suriya və Ukrayna üzərində uçan rus istehsalı "Lancet" pilotsuz aparatları naməlum silahlarla vurulub. -a istinadla xəbər verir ki, bu barədə Çin mediası məlumat yayıb. Rusiyanın PUA texnologiyasını öyrənmək istəyə

Məhkəmədən İranın vurduğu sərnişin təyyarəsi ilə bağlı qərar

Kanada məhkəməsi 2020-ci ildə Tehran yaxınlığındakı təyyarə qəzasında həlak olan 6 nəfərin ailələrinə 84 milyon dollar təzminat müəyyənləşdirib. "Milliyet"ə istinadla xəbər verir ki, Ontario əyalətinin Ali Ədalə

Böyük Britaniyada rekord sayda yoluxma qeydə alındı

Böyük Britaniyada ötən sutka ərzində koronavirusa 218 724 yoluxma halı qeydə alınıb. "Sinxua"ya istinadla verdiyi xəbərə görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər. Məlumata əsasən, ölkədə koronavirus

Azərbaycan ssenarisi Ukraynada... - Kortunov

ABŞ və digər NATO ölkələri Ukraynaya görə hərbi qarşıdurmaya girmək niyyətində deyil. -a istinadla xəbər verir ki, bunu Rusiya Beynəlxalq Əlaqələr Şurasının sədri Andrey Kortunov deyib. "Rusiya tərəfinin məqsədi Qər


son xeberler azerbaycan xeberleri yeni xeberler bu gune olan xeberler zelzele ən son xəbərlər bugün son.xeber