Paşinyanın bu addımı gürcüləri qəzəbləndirdi: SƏRT ETİRAZ - FOTO
Ermənistan Baş naziri Nikol Paşinyanın Feysbuk paylaşımı kəskin etirazlara səbəb olub.
Axar.az-a istinadla xəbər verir ki, Paşinyan sosial şəbəkə hesabında Gürcüstanın Cavaxetiya bölgəsinin adını təhrif edərək, "Cavakx" adı ilə foto paylaşıb. Buna kəskin etiraz edən gürcülər bölgənin Cavaxetiya adlandırıldığını, "Cavakx" sözü ilə separatizm təbliğ edildiyini yazıblar.
Paşinyan şəkli guya Cavaxetiyadakı ermənilərin Qarabağ döyüşlərində Ermənistanın yanında olduğunu göstərmək üçün yayıb. Əslində isə şəkildə göstərilən mitinqdə Paşinyanın təqdim etdiyi kimi minlərlə yox, cəmi 300 nəfər olub.
Qeyd edək ki, Cavaxetiya Gürcüstan ərazisidir. Onun Ermənistana birləşdirilməsi yönündə illərdir bəzi qruplar daxildə və xaricdə fəaliyyət aparırlar.
"Cavakx" da separatçıların istifadə etdiyi addır. Belə ki, guya "Böyük Ermənistanın" əyalətlərindən biri "Cavakx" adlanırmış.


Lukaku millidəki karyerasını başa vurdu
Minimum maaşla bağlı müjdə: 100 manat artım
Andorra - Azərbaycan oyunu: Millimiz hesabı açdı
"PAŞA Holding"in dəstəyi ilə Azərbaycan xalçaları Bolqarıstanda nümayiş olunub
Manatın taleyi ilə bağlı mühüm qərar – Mərkəzi Bank hərəkətə keçir
Dünya liderlərinin hesablarına kiberhücumların arxasında kim dayanır? - AÇIQLAMA
Qanlı Gölün ətrafı dəyişir – Yenidənqurma işlərinə start verildi
Birbank hərbçilər üçün nağd kreditdə 5%-dək güzəşt təqdim edir
FT: Şirkətlər süni intellekt bumunun azalması fonunda 4,2 trilyon dollar itiriblər
Bu şəxslərə böyük güzəşt – Xərcləri dövlət qarşılayacaq
Bakıda obyekt yanır
Bakıda polis əməkdaşı vəfat etdi
Sürücü infarkt keçirdi, mikroavtobus dənizə düşdü
Qara dənizdə yük gəmisi batdı: 4 azərbaycanlı xilas edildi
Mağazada qiymət göstərməyənlər cərimələnəcək