"Paşinyanın bu hesablaması yanlış idi, Lavrov düz deyir" – Erməni politoloq

Ötən il Rusiya-Ermənistan münasibətlərindəki gərginlik özünün kulminasiya nöqtəsinə çatdı. Ermənistanın öz strateji müttəfiqinə qapını göstərməsi, Rusiyanın təşkilatçılığı ilə keçirilən iclas və sammitləri baykot etməsi, Roma nizamnaməsinin ratifkasiyası, Nikol Paşinyanın Qərb platformalarında Rusiya əleyhinə bəyanatları iki ölkə arasında münasibətləri daha da gərginləşdirdi.
Ekspertlər Ermənistanın tezliklə KTMT və Avrasiya İqtisadi İttifaqından çıxacağını ehtimal etsə də, əslində bu asanlıqla baş verən məsələ deyil və Ermənistan da bu təşkilatlardan çıxmağa hazırlaşmır. Düzdür, Ermənistanın Qərbdəki dəstəkçiləri Rusiyanın Cənubi Qafqazı tərk etməsi üçün hər cür oyun qurub. Ermənistana silah daşıyan Fransanın, ermənilərin maraqlarını müdafiə edən ABŞ-nin və digər dövlətlərin məqsədi tezliklə Cənubi Qafqaza daxil olaraq bölgədə strateji planlarını həyata keçirməkdir. Bunun üçün ilkin addım da atılıb.
Avropanın müşahidə missiyası Ermənistandadır və əslində düşmən ölkədə Rusiya hərbçilərinin hərəkətlərinə nəzarət edir, kəşfiyyat fəaliyyəti ilə məşğuldur. Rusiya Ermənistana dəfələrlə öz siyasətinə əl gəzdirməyi məsləhət görsə də, hələlik irəlləyiş yoxdur. Moskva isə tələsmir və öz forpostunun tezliklə düz yola qayıdacağını gözləyir.
Rusiyanın xarici işlər naziri Sergey Lavrovun bir neçə gün əvvəl səsləndirdiyi fikirlər də bu yöndədir.  Lavrov bildirib ki, Moskva heç vaxt Ermənistanla münasibətlərin dondurulmasının təşəbbüskarı olmayıb:
"Ermənistan rəsmiləri KTMT və Aİİ-dən çıxmağa çalışıblar. Nikol Paşinyan hakimiyyətə gələndə bizim İrəvandan uzaq qalmaq istəyimiz yox idi. İrəvan KTMT sənədini imzalamaqdan imtina etdi. Ermənistan ərazisindəki Aİ missiyası Rusiya sərhədçilərinin işinə maraq göstərməyə başladı. Avropalı kəşfiyyatçılar Rusiyanın bölgədəki varlığını şübhə altına salmağa çalışdılar.  Moskva bunu İrəvanla müzakirə edib".
Lavrovun bu bəyanatı Ermənistanda geniş rezonans doğurub və müzakirələrə səbəb olub. Politoloq Suren Surenyantsın fikirincə, Rusiya ilə münasibətlərin bərpası alternativ təhlükəsizlik təklifləri almayan Ermənistandan böyük səylər tələb edəcək:
"İndi Rusiya-Ermənistan münasibətlərində dərin böhran müşahidə olunur. Lavrov düz deyir,  tərəflərdən yalnız birinin səyi ilə bu münasibətləri bərpa etmək olmaz. Münasibətləri müttəfiqlik səviyyəsinə çatdırmaq üçün qarşılıqlı addımlar atılmalıdır. Onlar heç vaxt əvvəlki kimi olmayacaq".
Onun sözlərinə görə, Rusiya ilə münasibətlərin səviyyəsi müstəqil Ermənistanın tarixində ən aşağı həddə düşüb. Üçüncü Respublika dövründə heç vaxt bu qədər aydın ifadə edilən böhran komponenti olmayıb. Politoloq hesab edir ki, əvvəlki üç prezidentin dövründə tərəflər arasında müxtəlif  anlaşılmazlıqlar yaransa da, bu vəziyyət tez bir zamanda aradan qaldırılırdı.
Politoloq bildirib ki, Sergey Lavrov üçtərəfli bəyanatın mətninin mahiyyətini açıqlayarkən aşkar həqiqətləri deyib:
"Faktiki olaraq Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri Ermənistanın öz siyasətinin acı bəhrəsini gördüyünə işarə edib. Görün nə baş verdi? 2022-ci ilin aprelindən sonra Paşinyan belə bir tezis irəli sürdü ki, Ermənistanən və Azərbaycanın Rusiyanı regiondan sıxışdırmağa dair ortaq maraqları var. O hesab edirdi ki, normallaşma və ya barışıq məhz bu əsasda olmalıdır. Bu məntiqlə Paşinyan hesab edirdi ki, Dağlıq Qarabağı qurban verməklə o, üçtərəfli sazişin 9-cu bəndini yerinə yetirməkdən yayına bilər. Amma, bu hesablama yanlış idi".
Surenyants bildirib ki, Ermənistan Qarabağı itirdikdən sonra, Rusiya və Azərbaycan üçtərəfli bəyanatda nəzərdə tutulan 9-cu bəndin yerinə yetirilməsini tələb edir. Ermənistan bu sazişdən qaça bilməz:
"Azərbaycan Qərb platformalarında istədiyi hər şeyi əldə etdikdən sonra Ermənistanı həm siyasi, həm də texniki məsələlərdə ikitərəfli və ya birbaşa təmaslara çəkə bildi. Bu, Ermənistan üçün çox ağır nəticələrə səbəb ola bilər".
Surenyants  Sergey Lavrovun Aİ missiyasının Ermənistandakı rus sərhədçilərinin işi ilə fəal maraqlanması ilə bağlı fikrinə də toxunub: "Məndə belə fakt yoxdur və Aİ missiyasının kəşfiyyat fəaliyyəti ilə məşğul olmasını deyə bilmərəm. Amma müəyyən məlumatlara əsaslanan rus versiyasını da təkzib etmək olmaz. Fikrimcə, Aİ-nin müşahidə missiyası Ermənistan üçün "təhlükəsizlik yastığıdır". Amma Aİ ilə münasibətləri Rusiya ilə düşmənçilik üzərində qursaq,  Moskvanın Ermənistana təzyiqi artacaq".
Vəli Həsənov,
KONKRET.az

Siyasi     Baxılıb: 126   Tarix: 20 yanvar 2024
f Paylaş

Oxşar xəbərlər

Mehriban Əliyeva Tiflisdə Gürcüstan Milli Muzeyində

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva aprelin 6-də Tiflisdə Gürcüstan Milli Muzeyində olub. xəbər verir ki, Gürcüstan Milli Muzeyində bu ölkənin tarixinin müxtəlif dövrlərinə aid eksponatlar sərgilənir. Muzeyin "Gürcüstand

İran ultimatum verdi: Danışıqlar pozulur

ABŞ-İran arasında əldə olunduğu bildirilən atəşkəs fonunda regionda yeni gərginlik dalğası formalaşır. xəbər verir ki, The Wall Street Journal İranın vasitəçilərə İslamabadda planlaşdırılan görüşdə iştirakını Livandakı vəziyyətl

İsraildə etiraz dalğası: səbəblər nədir?

"İsrailin Baş naziri Binyamin Netanyahuya qarşı etirazları tək bir səbəblə izah etmək olmaz. Bu narazılıqlar uzun illərdir davam edən çoxşaxəli problemlərin nəticəsidir. Ölkənin uzun müddətdir müharibə vəziyyətində olmas

Litvanın Baş naziri Azərbaycana səfərə gəlib

Litva Respublikasının Baş naziri İnqa Ruqiniene aprelin 8-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.  xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağın şərəfin

Prezidentin sosial şəbəkə hesablarında Gürcüstana dövlət səfəri ilə bağlı paylaşım olunub

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Gürcüstana dövlət səfəri ilə bağlı videoçarx paylaşılıb.  paylaşımı təqdim edir:

Ceyhun Bayramovla Əraqçi ilə müzakirə apardı

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə İran İslam Respublikasının xarici işlər naziri Seyid Abbas Əraqçi arasında telefon danışığı baş tutub. Bu barədə  -a XİN-dən məlumat verilib. Telefon danışığ

Dünya nəfəsini dərmədən bu prosesi izlədi - Ötən gecə nələr baş verib?

ABŞ ilə İran arasında atəşkəslə bağlı əldə olunan razılıq, dünyanı böyük bir gərginlikdən xilas etdi. yenoisabah-a istinadən aprelin 7-dən 8-nə keçən gecə cərəyan edən prosesin xronologiyasını təqdim edir. Prosesdə əsas rold

Mehriban Əliyeva Mirzə Fətəli Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyi ilə tanış olub - FOTO

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva aprelin 6-da Tbilisidə Mirzə Fətəli Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyi ilə tanış olub. Azərbaycanın birinci xanımına muzey haqqında məlumat verildi. Muzeyin binası vaxtil

Dövlət başçısının Gürcüstana səfəri strateji tərəfdaşlığın genişlənməsinə yeni təkan verəcək

Azərbaycan Prezidenti cənab İlham Əliyevin aprelin 6-da Gürcüstana dövlət səfəri çox mühüm siyasi və strateji əhəmiyyət daşıyır. Cənubi Qafqazda siyasi sabitliyin, iqtisadi inkişafın və regional əməkdaşlığın təmin olunmasınd


azerbaycan xeberleri yeni xeberler son xeberler şou biznes xəbərləri cəbhədən xəbərlər son xeberler az cəbhədən görüntülər