Paşinyanın erməni xalqından oğurladığı 38 milyard - İNANILMAZ RƏQƏMLƏR
Nikol Paşinyanın siyasəti Ermənistana və xalqına 38,4 milyard dollar ziyan vurub.
Publika.az xəbər verir ki, bu hesablamaları erməni iqtisadçı, Hərbi Sığorta Fondunun Qəyyumlar Şurasının üzvü Mesrop Manukyan aparıb.
İqtisadçı bu nəticəyə Qarabağdakı müharibə zamanı insan və maddi itkiləri müqayisə edərək gəlib. Beləliklə, o, Avropa Şurasına görə, adambaşına düşən yaşayış xərcinin 3,1 milyon avro olmasına əsaslanaraq insan itkisini pulla 7 milyard dollar olaraq qiymətləndirir. Mütəxəssis ölən və itkin düşənlərin sayını 4500, I qrup əlillərin - təxminən 5000, ikinci qrup əlillərin - təqribən 6000, fiziki cəhətdən sağlam, lakin yararsız insanların sayını - 2000 nəfər hesablayıb.
Bundan əlavə, Manukyan qeyd edir ki, "Hayastan" Ümumerməni Fondu Qarabağ ərazilərinin inkişafına təxminən 150 milyon dollar sərmayə qoyub və bu investisiyaların çarpan təsirini 500 milyon olaraq qiymətləndirir.
Müdafiə sisteminə dəyən ziyan təxminən 2 milyard dollardır. "Zod" qızıl mədəninin bir hissəsinin itirilməsi nəticəsində Ermənistan daha 8 milyard itirib.
Ölən hərbçilərin ailələrinə, eləcə də 1-ci qrup əlilliyi olan hərbçilərə ödəmək üçün Hərbi Sığorta Fondu 1,2 milyard dollar öhdəlik götürüb.
Qarabağdakı döyüşlər zamanı xeyli sayda infrastruktur obyektinə - elektrik, su təchizatı, suvarma, yollara da ziyan dəyib. İqtisadçı buradakı ümumi ziyanı 2 milyard dollar olaraq qiymətləndirir.
Bundan əlavə, Manukyanın qiymətləndirməsinə görə, mənəvi ziyan təqribən 3 milyard dollar təşkil edib.
Zümrüd

Premyer Liqa: VI tura bu gün iki oyunla yekun vurulacaq
Sumqayıtda 67 yaşlı kişi bıçaqlandı: Həyat yoldaşı saxlanıldı
Bakıda bu şirkətə 16 min dollar cərimə yazıldı
"Neftçi"nin tanınmış futbolçusu vəfat etdi - FOTO
"Trabzonspor" "Qalatasaray"ı darmadağın edib
Elçin Yusubov Qarabağ bölgəsinin Rumıniya regionları ilə əlaqələrinin qurulmasını müzakirə edib - FOTOLAR
Prezident keçmiş futbolçunu fəxri diplomla təltif etdi
İllər sonra açılan "Kurtlar Vadisi" sirri - Kozinoğlu obrazını canlandıran aktyor İLK DƏFƏ DANIŞDI
66 yaşlı kişini motosiklet vurub öldürdü
Ərdoğan sabah ABŞ-yə səfər edəcək
Məşhur aktrisa vəfat edib
Üçü Bakıda, biri İrəvanda - O biri isə qəbiristanlıqda... - FOTO
XİN Fransanın Azərbaycana səyahət xəbərdarlığını pislədi
Qarabağdakı antiterror əməliyyatından 3 il ötür
Hər kəsin istifadə etdiyi ağrıkəsici ilə bağlı - Xəbərdarlıq