Paşinyanın kəndləri "barter" etmək təklifi - Niyə 1975-ci il xəritələri indi yada düşdü?

Paşinyanın kəndləri "Ermənistanla Azərbaycan arasında sərhədin demarkasiyası prosesində kəndlər məsələsi qaçılmaz olaraq öz həllini tapmalıdır".
KONKRET.az "Yeni Müsavat"a istinadən xəbər verir ki, bunu Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar Ermənistanın İctimai Televiziyasına müsahibəsində deyib.
T.Klaar qeyd edib ki, sözügedən məsələlərlə bağlı həll yolunun tapılması asan olmalıdır: "Əminəm ki, Ermənistandan keçməklə Azərbaycanın qərb hissəsi ilə Naxçıvan arasında tranzit əlaqələrinin razılaşdırılması məsələsində irəli getmək kifayət qədər asandır və ya asan olmalıdır. Düşünürəm ki, bu, bütün iştirakçı tərəflər üçün maraqlı vəziyyətdir, maraqlı nəticə mövcuddur. Ümid edirəm ki, hər tərəfdən bir qədər xoşməramlıqla biz bu sahədə real irəliləyiş əldə edə biləcəyik. Çünki düşünürəm ki, belə olan halda Azərbaycandan Ermənistandan keçərək Naxçıvana, Naxçıvandan isə Gümrüyə və nəhayət, Qarsa gedən dəmir yolumuz varsa, bu, təkcə Azərbaycanın deyil, Ermənistanın da maraqlarına uyğundur".
Görünən odur ki, Avropa İttifaqı işğal altında olan kəndlərin qaytarılması ilə bağlı Azərbaycana dəstək verməkdə qərarlıdır. Söhbət Qazağın 7 kəndi və Naxçıvanın Kərki kəndindən gedir. Ermənistanın baş naziri Nikol Paşinyan Praqada AzadlıqRadiosuna müsahibəsində 8 kəndi – Qazağın 7 kəndi və Kərki kəndini qaytarmağa hazır olduqlarını bildirib, lakin bir şərtlə ki, Azərbaycan da "erməni kəndlərini təhvil verməlidir". Baş nazirin iddiasına görə, "Berkaber (tarixi adı Bibiş), Vazaşen (Lələkənd), Ayqeovit (Uzuntala) və  Paravakar (Tatlı) kəndləri Azərbaycanın nəzarətindədir" və Bakının tələb etdiyi 8 kənd yalnız bu kəndlərin "qaytarıldığı" təqdirdə həllini tapa bilər. İrəvan bununla "barter" təklif edir. Baxmayaraq ki, onun adını çəkdiyi ərazilər tarixi olaraq, Azərbaycan ərazisidir və I Qarabağ müharibəsi başlayana qədər bu ərazilərin böyük hissəsində azərbaycanlılar yaşayıb.
Siyasi şərhçi Asif Nərimanlı bildirib ki, Azərbaycan torpaqları olan bu ərazilər əslində birbaşa bizim nəzarətimizdə deyil:
"Bu kəndlər Azərbaycan və Ermənistan ordusunun hazırda dayandığı sərhəd xəttində yerləşir. Paşinyanın sözlərindən aydın olur ki, İrəvan Azərbaycan Ordusunun geri çəkilməsini və bu kəndlərin ərazilərindəki nəzarətin aradan qalxmasını istəyir. Diqqətçəkən məqam Paşinyanın "Azərbaycanda qalan ərazilər" iddiasında Gədəbəyin Başkənd kəndinin adını çəkməməsidir. Başkənd Azərbaycan torpağıdır, lakin SSRİ dövründə burada ermənilər yaşadığı üçün "erməni anklavı" kimi qəbul olunurdu. 1992-ci ildə ordumuz kəndə nəzarəti bərpa etdi. Ermənistan zaman-zaman Başkəndin onlara məxsus olduğunu iddia edir, 8 kəndin qaytarılması məsələsi gündəmə gələndə də bunu ortaya atırlar. Hərçənd bu dəfə Paşinyanın Başkənd iddiasını yeniləməməsi maraq doğurur. Mümkündür ki, erməni baş nazir daha real hesab etdiyi əraziləri – sərhəd boyunca ordumuzun nəzarət xəttində yerləşənləri ala biləcəyini düşünür. O baxımdan, Bakının 8 kənd tələbinə qarşı bu iddianı ortaya atır".
Erməni baş nazirin sərhədlərin delimitasiyasının 1975-ci il xəritəsinə uyğun aparmağa hazır olduğunu bəyan etməsi də "erməni kəndləri" adlandırdığı əraziləri ələ keçirmək məqsədi daşıyır. Görünür, Ermənistan Azərbaycanın 8 kənd tələbini icra etmək məcburiyyətində qalacağını anladığı üçün nəsə əldə etmək naminə bu xəritəni irəli sürür. Lakin Bakının bu məsələdə razılaşacağı gözləntisi azdır. SSRİ xəritələrinin gündəmə gəlməsi həm də prosesin Moskva masasında müzakirə edilməsi ehtimalını önə çıxarır. Rəsmi Bakı bu məsələdə əsrin əvvəlindəki xəritələrin əsas götürülməsi mövqeyindən çıxış edir. Paşinyanın təklifi kəndləri qaytarmamaq niyyətindən doğur, yoxsa erməni ictimai rəyini öz xeyrinə dəyişmək istəyir?
Siyasi ekspert Xəyal Bəşirov hesab edir ki, Paşinyan hakimiyyəti bu məsələdə əvvəldən qeyri-səmimi mövqe nümayiş etdirir:
"Onda gərək üçtərəfli sənədə imza atmazdı. Paşinyan Münhendə kapitulyasiya ifadəsini Ermənistan üçün təhqir hesab etdiyini söyləmişdi. İrəvanın şərt kimi irəli sürdüyü kəndləri özlərindən çıxarıblar. 10 noyabr sənədində belə razılaşma yoxdur. Amma Qazaxın 7 kəndi və Kərki anlaşması var. Ermənistan bu məsələdə bəhanə edir". X.Bəşirovun sözlərinə görə, Azərbaycan qanuni addımlar atır: "Həm 10 noyabr sənədinə istinad edirik, həm beynəlxalq hüquqa söykənərək həmin kəndləri tələb edirik. Amma Ermənistan nə edir, hələ də prosesi uzatmağa, sülh sazişini imzalamağa mane olacaq addımlar atır. Bu da Paşinyanın nüfuzunu artırmayacaq. Çünki müharibədən sonra keçirilən növbədənkənar seçkilərdə erməni xalqı ona görə səs verdi ki, həm alternativ yox idi, həm də sülhə səs verməyə üstünlük verdi. İndi iki il sonra yenə Ermənistanda seçki olacaq. O zaman Paşinyan xalqa izahat verməli olacaq ki, hansı işləri görüb. Erməni cəmiyyəti səs vermişdi ki, Azərbaycanla müharibə olmasın, sülh yaransın. İrəvanda və başqa şəhərlərdə yaşayanlar "Qarabağ klanı"nın qurbanı olmaq istəmirdilər. Ancaq keçən dövrdə baş verən sərhəd toqquşmaları, erməni ordusunda itkilər Paşinyanı xalq qarşısında hesabat verməyə məcbur edəcək. Xalq soruşacaq ki, sənin Serj və ya Robert dövründən fərqin nə oldu?! Ona görə Qazağın 7 kəndi və Kərki ilə bağlı Paşinyanın indiki siyasəti uğursuz olacaq".
Siyasi ekspert Azad Məsiyevin sözlərinə görə, 10 noyabr sənədinin müddəalarına əsasən Ermənistan işğal etdiyi ərazilərdən çıxmalıdır:
 "Qazağın 7 kəndi Ermənistanda anklavdır. Ermənistan gediş-gəliş üçün təhlükəsizliyi təmin etməlidir. İrəvanın təklifləri isə ictimai rəyi yayındırmaq üçün manevrlərdir. Sadəcə, Paşinyan sülh sazişi prosesini uzatmaqla beynəlxalq dəstəyi qazanmaq niyyətindədir. Əgər Ermənistan həmin sərhədlər çərçivəsində Azərbaycanın ərazi bütövlüyünü tanımayacaqsa, o zaman biz öz təhlükəsizliyimiz üçün bufer zona yaratmalıyıq. Eyni zamanda Qazağın 7 kəndi və Kərki dinc yolla qaytarılmayacaqsa, o zaman Azərbaycan gücdən istifadə etmək hüququnu özündə saxlayır".
Politoloq Cümşüd Nuriyev düşünür ki, İran Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan torpaqlarının geri qaytarılmasının əleyhinədir:
"Paşinyan o qədər qeyri-ciddi adamdır ki, onun dediklərini qəbul etmək istəmirəm. Amma üçtərəfli bəyannamənin müddəalarında bu məsələlər öz əksini tapıb. Ümumiyyətlə, o kəndlərin geri qaytarılmasının çox böyük əhəmiyyəti var. Bilirsiniz ki, İrəvan-Qafan-İran yolu məhz Kərkidən keçir. İran kəndlərin qaytarılmasının əleyhinədir. Həmin ərazilərin Azərbaycana verilməsini istəmirlər. Onların bəyanatından belə çıxır ki, Paşinyan sözünü geri götürəcək". C.Nuriyevin fikrincə, Ermənistan bu məsələni gündəmə gətirməklə Azərbaycanı təxribata çəkmək istəyir: "Qazağın kəndindən İrəvan-Tiflis yolu keçir. Əslində bu yol İrəvanın yeganə əlaqəsidir. Ermənistan çalışacaq ki, kəndləri geri qaytarmasın. Bütün hallarda o torpaqlar geri qaytarılmalıdır. Ermənistan tərəfi yaxşı başa düşür ki, Azərbaycan bütün torpaqlarını azad etmək fikrində və əzmindədir. Bizim hazırda əsas məqsədimiz işğal altında olan kəndləri azad etməkdir. İrəvan hakimiyyəti bunu dərk edir".

Siyasi       Tarix: 12 may 2023
f Paylaş

Oxşar xəbərlər

İlham Əliyev və Mehriban Əliyeva Zəngilanda

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 6-da Cəbrayıl rayonunun Soltanlı kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər. xəbər verir ki, Cəbrayıl, Qubadlı v

İlham Əliyev və Mehriban Əliyeva Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 6-da Zəngilan rayonunun Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər. Qeyd edək ki, Cahangirbəyli kənd

Azərbaycan mədəniyyət ictimaiyyəti Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

Azərbaycan mədəniyyət ictimaiyyəti Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib. xəbər verir ki, təbrikdə deyilir:. "Möhtərəm cənab Prezident, 8 noyabr - Zəfər Günü Azərbaycan torpaqlarının işğaldan aza

Ərdoğanın səfəri hansı mesajları verir? – Politoloqdan AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 8 Noyabr – Zəfər Günü münasibətilə Azərbaycana səfər etməyi planlaşdırır. Son günlər Azərbaycan-Türkiyə münasibətləri ilə bağlı sosial şəbəkələrdə müxtəlif müzakirələ

Bu gün Azərbaycanda Zəfər Günüdür

Bu gün Azərbaycanın İkinci Qarabağ müharibəsində qazandığı tarixi Qələbənin altıncı ildönümü - Zəfər Günü qeyd olunur. xəbər verir ki, Zəfər Günü Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyevin 2020-c

Prezident qanuna dəyişiklikləri təsdiqlədi

Azərbaycan Prezidenti İlham Əliyev "Qismən yenilənmiş Radiorabitə Reqlamenti və onun əlavələri"nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanununu imzalayıb. xəbər verir ki, Milli Məclis tərəfində

Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

Qırğız Respublikasının Prezidenti Sadır Japarov Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb. xəbər verir ki, məktub Azərbaycan Prezidentinin rəsmi internet saytında dərc edilib. Məktubda qeyd olunub:. "Zati-aliləri,

Azərbaycan, ABŞ və Ermənistan üçtərəfli işçi qrup yaratdı 

ABŞ, Azərbaycan və Ermənistan hökumətləri Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutunun (TRIPP) həyata keçirilməsini sürətləndirmək məqsədilə üçtərəfli texniki planlaşdırma qruplarının fəaliyyətinə başlayıblar. -a istinadə

Ərdoğan hökuməti toplayır - Azərbaycan səfəri

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə bu gün Beştəpədə Nazirlər Kabinetinin toplantısı keçiriləcək. nocommentaz-a istinadən bildirir ki, hökumətin iclasında əsas müzakirə mövzularından birinin milyonlarl


son xeberler yeni xeberler azerbaycan xeberleri ən son xəbər en son xəbərlər bugün en sonxeber siyaseti xeberler bugun