Paşinyanın oğlu mühasirəyə düşdü, 40-dan çox düşmən məhv edildi - ŞOK DETALLAR / VİDEO
Video əlavə olunub.
xxx
Ermənistanın baş naziri Nikol Paşinyanın oğlu Aşotun müharibədə mühasirədən çıxarılması üçün 40-dan çox qurban verilib.
Publika.az xəbər verir ki, Ermənistan mediası 44 günlük müharibənin yeni detallarını açıqlamağa davam edirlər.
Bu detallardan biri də Paşinyanın oğlu ilə bağlıdır. Belə ki, 2020-ci ilin oktyabr ayının əvvəlində Aşotun döyüşlərdə iştirak etdiyi görüntülərin erməni ictimaiyyətinə təqdim edilməsi, "baş nazirin oğlu da döyüşür" təbliğatının aparılması qərarı verilib.
Bu təbliğat planı Paşinyanın arvadı Anna Akopyan tərəfindən hazırlanıb, icrası yüksək texnologiyalar naziri Akop Arşakyana tapşırılıb. Plana görə, Aşotun Cəbrayılda təhlükəsiz məsafədən döyüşlərə qatılması təşkil olunmalı, bunun kadrları çəkilməli imiş. İrəvandan xüsusi çəkiliş qrupu Cəbrayıla göndərilib, lakin Azərbaycan ordusunun Cəbrayılı azad etməsi planı alt-üst edir.
Daha sonra Aşotun "döyüş filminin" Zəngilan istiqamətində çəkilməsi qərarı verilir. Lakin ordumuzun sürətlə irəliləməsi Aşotun bir qrup hərbçi ilə mühasirəyə düşməsi ilə nəticələnir.
Onların mühasirədən çıxarılması üçün keçirilən əməliyyat zamanı 40-dan çox əsgər və zabit qurban verilir. Sonda Aşotu Gorusa apara bilirlər.
Asif
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Lukaku millidəki karyerasını başa vurdu
Minimum maaşla bağlı müjdə: 100 manat artım
Andorra - Azərbaycan oyunu: Millimiz hesabı açdı
"PAŞA Holding"in dəstəyi ilə Azərbaycan xalçaları Bolqarıstanda nümayiş olunub
Manatın taleyi ilə bağlı mühüm qərar – Mərkəzi Bank hərəkətə keçir
Dünya liderlərinin hesablarına kiberhücumların arxasında kim dayanır? - AÇIQLAMA
Qanlı Gölün ətrafı dəyişir – Yenidənqurma işlərinə start verildi
Birbank hərbçilər üçün nağd kreditdə 5%-dək güzəşt təqdim edir
FT: Şirkətlər süni intellekt bumunun azalması fonunda 4,2 trilyon dollar itiriblər
Bu şəxslərə böyük güzəşt – Xərcləri dövlət qarşılayacaq
Bakıda obyekt yanır
Bakıda polis əməkdaşı vəfat etdi
Sürücü infarkt keçirdi, mikroavtobus dənizə düşdü
Qara dənizdə yük gəmisi batdı: 4 azərbaycanlı xilas edildi
Mağazada qiymət göstərməyənlər cərimələnəcək