Paşinyanın sonrakı PEŞMANLIĞI: Bir il əvvəl...
Ermənistanın baş naziri Nikol Paşinyan bir il əvvəl Azərbaycanın şərtlərini rədd etməsindən peşman olduğunu dilə gətirib.
Publika.az rusiya KİV-lərinə istinadla xəbər verir ki, səhvini etiraf edən Paşinyan deyib: "Əgər Yerevan bir il əvvəl Qarabağ ətrafındakı beş rayonu Azərbaycana qaytarmağa razılıq versəydi, vəziyyətin başqa cür həllinə nail ola bilərdi. Amma Ermənistanda kim inanardı ki, bu, doğru yoldur? Bir çox qeyri-müəyyənlik olduğundan çox az insan, o cümlədən mən özüm də buna inanmırdım".
O qeyd edib ki, erməni tərəfi Qarabağ münaqişənin kəskinləşdiyi ilk günlərdə də buna getmədi. "Biz Azərbaycanın şərtini o vaxt qəbul etdik ki, müharibənin gedişində dönüş yaratmağın mümkün olmadığı artıq aydın görünürdü və qarşıda hadisələrin pis inkişafından yayınmaq vəzifəsi dayanmışdı", - deyə Paşinyan əlavə edib.
Atalar demişkən, sonrakı peşmançılıq fayda verməz.

Lukaku millidəki karyerasını başa vurdu
Minimum maaşla bağlı müjdə: 100 manat artım
Andorra - Azərbaycan oyunu: Millimiz hesabı açdı
"PAŞA Holding"in dəstəyi ilə Azərbaycan xalçaları Bolqarıstanda nümayiş olunub
Manatın taleyi ilə bağlı mühüm qərar – Mərkəzi Bank hərəkətə keçir
Dünya liderlərinin hesablarına kiberhücumların arxasında kim dayanır? - AÇIQLAMA
Qanlı Gölün ətrafı dəyişir – Yenidənqurma işlərinə start verildi
Birbank hərbçilər üçün nağd kreditdə 5%-dək güzəşt təqdim edir
FT: Şirkətlər süni intellekt bumunun azalması fonunda 4,2 trilyon dollar itiriblər
Bu şəxslərə böyük güzəşt – Xərcləri dövlət qarşılayacaq
Bakıda obyekt yanır
Bakıda polis əməkdaşı vəfat etdi
Sürücü infarkt keçirdi, mikroavtobus dənizə düşdü
Qara dənizdə yük gəmisi batdı: 4 azərbaycanlı xilas edildi
Mağazada qiymət göstərməyənlər cərimələnəcək