"Payızda gündəlik yoluxma sayında iki-üç dəfə artım ola bilər" - Qapanma labüddür?

Bir neçə gün öncə Ümumdünya Səhiyyə Təşkilatının Avropa Regional Bürosunun rəhbəri Hans Klüge payızda virusa yoluxanların sayında artım olacağı ilə bağlı proqnoz verib. Vaksinasiya prosesinin davam etməsinə baxmayaraq, milyonlarla insanın peyvənd olunmamış qaldığını vurğulayıb və vaksinasiya ilə bağlı çağırışlar edib.
Ölkəmizdə və dünyada koronavirusa yoluxanların sayında müşahidə olunan artım insanlarda narahatlıq yaradır. Payız fəslində sərt karantinə keçid olacağından ehtiyat edənlər də az deyil. İnsanlar əvvəlki kimi yoluxmanın pik həddə çatmasından çəkinir, sərt karantin rejiminə geri dönmək istəmirlər.
Bəs görəsən, yoluxma sayının artması bizi sərt karantin rejiminə geri qaytara bilərmi?
Mövzu ilə bağlı Oxu.Az-a açıqlama verən Milli Məclisin deputatı Məlahət İbrahimqızı payızda virusa yoluxanların artacağı ilə bağlı proqnozu təsdiqləyib:
"Ümumdünya Səhiyyə Təşkilatının payızda yoluxma proqnozu ilə bağlı söylədiyi fikirləri izlədim. Payız-yaz aylarında havalar tez-tez dəyişdiyinə görə hava-damcı yolu ilə yayılan xəstəliklərdə daha çox artım müşahidə olunur. İndiyə qədər ənənəvi, klassik virus deyilən yuxarı tənəffüs yollarının kəskin respirator xəstəlikləri də payızda daha çox olur. Payız-yaz aylarında havalar tez-tez dəyişir. İnsanların orqanizmi soyuyur, hərarəti dəyişir. İnsanlar özləri bəzən diqqət edə bilmirlər. Ona görə də bu xəstəlik məhz həmin dövrdə çox artır. ÜST, ölkənin səhiyyə qurumları bu məsələni bilirlər. Ona görə də xəbərdarlıq edirlər".
M.İbrahimqızı qeyd edib ki, sərt karantin rejiminə geri dönməyəcəyik:
"İnsanın özünü qoruması səhiyyə mədəniyyətidir. O, hər şeydən özünü qorumalıdır. İnsanın sağlamlığı əvəzsizdir, qiyməti yoxdur. Dünyada bir çox başqa xəstəliklər də yayılıb. Payızda risk olmasın deyə önləyici tədbirlər görülməlidir. İzdihamlı yerlərdən maksimum dərəcədə çəkinməliyik. Qapalı yerlərdə qoruyucu maskalardan istifadə etsək, daha yaxşı olar. Ən yaxşısı, peyvəndin vurulmasıdır. Pandemiya iqtisadiyyata güclü zərbə vurub. Böhran baş alıb gedir. Ölkələrdə vaksinasiya prosesi 50 faizdən çoxdur. İnsanlarda artıq təbii immunitet yaranıb".
İnfeksionist Vüqar Cavadzadə isə əlavə edib ki, virusa yoluxanların sayında artım müşahidə olunur:
"Koronavirus infeksiyasının yayılması nisbətən azalsa da, ölkələrin böyük hissəsində müşahidə edilir. Dünya hələ pandemik vəziyyətdən çıxmayıb. Ölkədə gündəlik 500-600 yoluxma var. Qarşıdan payız fəsli gəlir. Havaların soyuması ilə əlaqədar nəticələr göstəricilərdə özünü büruzə verəcək. Gündəlik yoluxma sayında iki-üç dəfə artım müşahidə edilə bilər".
V.Cavadzadə mutasiyaya uğramış ştamların yoluxuculuq qabiliyyətinin yüksək olduğunu söyləyib:
"Koronavirus infeksiyası getdikcə mutasiyaya uğradığına görə, yoluxuculuq sürəti artsa da, xəstələrdə xəstəliyin gedişi yüngül olur. Ölüm halları az müşahidə edilir. Statistikaya baxsaq, görərik ki, gün ərzində 500 yoluxma faktı qeydə alınsa da, ölüm göstəricisi 0-dır. Payızda da ölüm hallarında artım müşahidə edilməyəcək.
Mutasiya olunmuş ştamların yoluxuculuq qabiliyyəti yüksəkdir, onlardan ölüm sayı isə azdır. Ölüm hallarında artım olmayacaq. Vaksinasiya zəruridir. Kim olunmayıbsa, olunmalıdır. Tədbirlərə riayət etməlidirlər. Qapalı yerlərdə maska taxmaq lazımdır. İnsanlar özlərini qorusalar, belə davam etsə, qarşısı alınacaq".
Qeyd edək ki, ötən gün Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 561 yeni yoluxma faktı qeydə alınıb, 595 nəfər müalicə olunaraq sağalıb. Dünyasını dəyişən olmayıb.

Sosial       Tarix: 03 sentyabr 2022
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Azərbaycanda qızıl bahalaşdı

Qızılın sentyabrın 9-na olan göstəriciləri açıqlanıb. KONKRET.azxəbər verir ki, qızılın 1 unsiyası 7541.6080 manat, 1 qramı isə 242.47 manat təşkil edib. Qiymətlər əyyarlar üzrə 99 əyyar təmiz qızılda 242.47 ₼, 750 əyya

Bu şəxslər 10 min manatadək cərimə olunacaqlar

Ağacların üzərinə qanunsuz yerləşdirilən 267 reklam qurğusu sökülüb. xəbər verir ki, bu barədə Dövlət Reklam Agentliyi (ADRA) məlumat yayıb. Bildirilib ki, 2026-cı ilin yanvar-avqust aylarında Bakı və regionlarda aparıla

Bu avtomobillər 600 manatdan satışa çıxarılır

Azərbaycanda dövlət qurumlarının balansında olan müxtəlif nəqliyyat vasitələri hərraca çıxarılacaq. xəbər verir ki, hərrac Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfində

Arıqlamaq istəyənlərin NƏZƏRİNƏ - Nahar üçün ideal vaxt açıqlandı

Naharın hansı saatda yeyilməsi yalnız gündəlik qidalanma rejiminə deyil, çəkiyə nəzarətə də təsir göstərə bilər. Aparılan araşdırmalardan birində arıqlamağa çalışan 420 nəfərin qidalanma vərdişləri izlənilib. Məlum olub ki

Mehman Hacıyev dünyasını dəyişdi

Gəncə futbolunda ağır itki baş verib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, veteran oyunçu Mehman Hacıyev 52 yaşında dünyasını dəyişib. "Kəpəz" klubunun yetirməsi olan futbolçu komandının heyyətind

Üç övladı olanların nəzərinə: 420 manat ala bilərsiniz

Üç və daha çox övladı olan ailələrin çoxuşaqlı ailə kimi tanınması nəzərdə tutulur. Bununla bağlı təklif irəli sürən Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib ki, dəyişikli

İsmayıllıda baş vermiş kütləvi zəhərlənmə hadisəsinin səbəbi açıqlanıb

İsmayıllı rayonu, Hacıhəsənli kəndində toy məclisində avqustun 20-də baş verən kütləvi zəhərlənmə hadisəsinin səbəbi açıqlanıb. Bu barədə -a Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib

Neftin qiyməti 120 dollara yüksələ bilər

Yaxın Şərqdə dəniz gəmiçiliyinə hücumlar artarsa, "Brent" markalı xam neftin bir barelinin qiyməti 120 dollara qədər yüksələ bilər. azərtac-a istinadən xəbər verir ki, bu proqnozla ABŞ-nin qabaqcıl investisiya banklarında

Ağdamda traktor minaya düşüb

Ağdam rayonunda traktor şum işləri apararkən minaya düşüb. Hadisə rayonun Sarıcalı kəndində baş verib. İlkin məlumatlara görə, traktor texnika əleyhinə minaya düşüb. Partlayış zamanı texnikaya ciddi ziyan dəysə də, sürücünü


yeni xeberler son xeberler azerbaycan xeberleri en son xeberleri xəbər.az cəbhədən son görüntülər zelzele